Neft Fondu büdcəyə 5 milyard manata yaxın pul köçürüb - 1,6 DƏFƏ ARTIM
2020-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 7 milyard 810,9 milyon manat, xərcləri 5 milyard 254,8 milyon manat olmuş, 2 milyard 556,1 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranmışdır. Böyük məbləğdə artıqlığın yaranmasının əsas səsəbi Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin kəskin artmasıdır. Dollara tələb artdığından Mart ayında Neft Fondu hərraclarda daha çox vəsait satıb.
Marja xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2020-ci ilin birinci rübündə dövlət büdcəsinin icrasına (operativ) dair məlumatında bildirilir.
GƏLİRLƏR
2020-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 7 milyard 810,9 milyon manat və ya rüblük proqnoza qarşı 35,9 faiz çox icra olmuşdur. Həmin vəsaitin 32,5 faizi və yaxud 2 milyard 536,3 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşmüşdür.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2 milyard 39,9 milyon manat vəsait daxil olmuşdur ki, bu da proqnoza nisbətən 221,2 milyon manat və ya 12,2 faiz çoxdur.
Həmin vəsaitin 68,5 faizi və yaxud 1 milyard 396,4 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 244,5 milyon manat və ya 21,2 faiz çoxdur.
2020-ci ilin birinci rübündə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 991 milyon manat vəsait təmin edilmişdir ki, bu da proqnoza nisbətən 91 milyon manat və ya 10,1 faiz çoxdur.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 109,3 milyon manat təşkil etmişdir.
Sair daxilolmalar üzrə büdcəyə 39,7 milyon manat vəsait daxil olmuşdur.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 4 milyard 631 milyon manat vəsait transfert edilmişdir ki, bu da proqnoza nisbətən 1 milyard 793,5 milyon manat və ya 1,6 dəfə çoxdur.
2020-ci ilin birinci rübündə dövlət büdcəsində 2 milyard 556,1 milyon manat profisit yaranmışdır ki, bu da proqnozlaşdırılan 533,4 milyon manat profisitdən 2 milyard 22,7 milyon manat çoxdur.
Eyni zamanda qeyd olunmalıdır ki, cari ilin 1-ci rübündə Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozlaşdırılandan artıq (1 milyard 793,5 milyon manat) vəsait daxil olmuşdur ki, bu transfertin məbləği çıxıldıqdan sonra belə dövlət büdcəsində 762,6 milyon manat profisit yaranmışdır.
Dövlət büdcəsinin profisitinin proqnoza qarşı əhəmiyyətli dərəcədə artması ilk növbədə dövlət büdcəsinə Dövlət Neft Fondundan proqnozdan artıq transfertin (1 milyard 793,5 milyon manat) köçürülməsi, habelə fiskal orqanları (Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi) tərəfindən gəlir proqnozların artıqlaması (312,2 milyon manat) ilə təmin edilməsi hesabına olmuşdur.
XƏRCLƏR
2020-ci ilin birnici rübündə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 100,8 faiz və yaxud 5 milyard 254,8 milyon manat icra edilmişdir ki, bu da ötən ilin eyni dövrünə nisbətən 218,9 milyon manat və ya 4,4 faiz çoxdur.
İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk üç ayında dövlət büdcəsi xərclərinin 48 faizi və ya 2 milyard 519,8 milyon manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,7 faiz və ya 415,3 milyon manat çoxdur.
2020-ci ilin birinci rübündə dövlət büdcəsi xərclərinin 3 milyard 919,9 milyon manatı və ya 74,6 faizi cari xərclərə, 930,3 milyon manatı və ya 17,7 faizi əsaslı xərclərə, 404,6 milyon manatı və ya 7,7 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilmişdir.
2020-ci ilin ilk üç ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilmişdir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
5 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
5 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
10 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 15 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Ən çox oxunanlar
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb























