Eks-deputat İlham Əliyev koronovirusla mübarizə üçün ianə etdi - MƏBLƏĞ
Eks-deputat İlham Əliyev Koronovirusla Mübarizəyə Dəstək Fonduna ianə etmişdir.
03 Aprel 2020
Milli Məclisin eks-deputatı İlham Əliyev Prezident İlham Əliyevin koronovirusla mübarizədə vətəndaşlara dəstək olmaq çağırışına qoşulub.
Dünyada (COVID-19) koronovirus infeksiyasının yayılması və bunun ölkəmizə təsiri ilə əlaqədar İlham Əliyev Koronovirusla Mübarizəyə Dəstək Fonduna 10 min manat köçürmüşdür.
İlham Əliyevin sözlərinə görə Koronovirusla Mübarizəyə Dəstək Fonduna ianələr bir daha onu göstərir ki, fərdi və dövlət sektoru ilə bərabər, bütün vətəndaşlar həmrəydirlər və pandemiya ilə mübarizdə fəal iştirak edirlər.
“Hər kəsə məlumdur ki, Azərbaycan koronovirusla mübarizə üçün xüsusi fond yaradan ilk dövlətlərdəndir. Belə fondlar infeksiya ilə effektiv mübarizə və ümumi bəlaya qarşı bütün imkanların konsolidasiyası üçün şərait yaradır”. Bu gün tək ölkəmiz deyil, bütün dünya çətin günlər yaşayır. Belə bir durumda həmrəy olmağımız, bir-birimizə dəstək olmağımız çox vacibdir. İnanıram ki, tezliklə bu bəlaya da qalib gələcəyik və adi həyat tərzimizə qayıdacağıq” – deyə İlham Əliyev öz açıqlamasında bildirmişdir.
Qeyd edək ki, Koronovirusla Mübarizəyə Dəstək Fondu Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronovirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
10 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır






















