“PAŞA Coding Bootcamp” kurslarının buraxılış günü keçirilib
Bu gün veb-tərtibat üzrə “PAŞA Coding Bootcamp” kurslarının buraxılış günü baş tutub.
29 may 2020-ci il tarixində “PAŞA Holding”in Algoritmika Beynəlxalq Proqramlaşdırma Məktəbinin (Mail.ru tərəfdaşı) dəstəyi ilə təşkil etdiyi "PAŞA Coding Bootcamp" adlı veb-tərtibat üzrə intensiv kurs tələbələrinin buraxılışı baş tutub. Ölkədə və dünyada yer alan pandemiya şəraitini nəzərə alaraq, buraxılış günü onlayn formatda həyata keçirilib.
Bootcamp kursunun məqsədi proqram iştirakçılarına 12 həftə ərzində veb-tətbiqlərin yaradılması, onların dizaynının sıfırdan qurulması və hazır məhsulun təqdim edilməsi istiqamətində praktiki biliklərin verilməsidir.
Ölkədə karantin rejimi elan olunduğu gündən, Algoritmika komandası proqramın keyfiyyətini azaltmamaq şərtilə, dərs proqramını nəzərdən keçirib, kursları onlayn formatda davam etdirib.
Sözügedən kursların final mərhələsinə yalnız 23 nəfər keçə bilib.
Bu şəxslər PAŞA qrup şirkətlərində kiçik veb-tərtibatçı vəzifəsində çalışmaq üçün namizəddirlər.
Qeyd edək ki, PAŞA qrupa daxil olan şirkətlər ölkədə İT istiqamətinə marağın artırılmasına böyük önəm verir və bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirirlər. Belə ki, ilin əvvəlindən PAŞA Bank İT mütəxəssislərinin potensialını və Azərbaycan gənclərinin bu sahəyə olan marağını artırmaq məqsədilə “PAŞA Bank Cup”ın keçirilməsi təşəbbüsü ilə çıxış edib. “PAŞA Holding” isə öz növbəsində eyni məqsədi hədəfləyərək ölkə universitetlərinin İT sahəsinə yönəlmiş fakültələrini, habelə universitetlərin startap və təqaüd proqramlarını dəstəkləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
9 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















