Notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək
10 iyun 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.
Hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır. Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Dövlət qeydiyyat №-si | 50102179S |
Hərraca çıxarılan həcm | 100 000 000 AZN |
Notun nominal dəyəri | 100 АZN |
Notların tədavül müddəti | 28 gün |
Ödəmə tarixi | 08.07.2020 |
Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır. Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Hərrac nəticəsində bağlanılan əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir.
Təqdim olunan sifarişlər üzrə qiymət diapozonu 99.4773 - 99.4397 təşkil edir.
Azərbaycan Respublikasının Mərkəzi Bankının qısa müddətli notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 gün sonra
-
17 saat əvvəl
Ləğv prosesində olan "Bank of Azerbaijan" ASC-nin kreditorlarının diqqətinə!
-
23 saat əvvəl
Çindən yola düşən TIR-lar bu gün Azərbaycana çatıb - ilk sınaq daşımalarına başlandı
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
İşğaldan azad olunmuş ərazilərə xərcləmələr 1 milyard manatdan çox artırılır
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Müdafiə və milli təhlükəsizlik xərcləri 700 milyon manatdan çox artırılır