“Çətin tapılan premium ərzaqları biz satırıq”
Hal-hazırda dünyada və ölkəmizdə yaranan COVİD-19 virusu onlayn satışın daha çox inkişafına gətirib çıxartmışdır. Bu vəziyyətin ən çox inkişafına təkan vermiş sahəsi onlayn ərzaq sifarişi sahəsi oldu. Təsadüfi deyil ki, mart – iyun ayları ərzində bazara yeni 8 onlayn ərzaq sifarişi saytı, 4 mobil əlavə daxil olmuşdur. Marketlər isə onlayn sifarişlərin artmasına hazır olmadıqlarına görə hələki onlaynda passiv fəaliyyət göstərirlər. Bu marketlərdən yalnız üçü onlayn satışda aktivlik edir, digərləri isə hələ də ya onlayn satış platforması yoxdur, ya da yalnız telefon sifarişi ilə çatdırılmanı həyata keçirir. Onlayn satış həcminə gəldikdə isə karantin rejiminin gücləndirilməsi ilə əlaqədar olaraq ən yüksək satışlar martın axırı və aprelin əvvəlinə təsadüf edir. Qeyri-rəsmi məlumatlara görə, mart ayındakı onlayn satış həcmi 2019-cu ilin ən yüksək satış ayı ilə müqayisədə 500% artım müşahidə olunmuşdur. Artım tempinə görə bütün sahələri geridə qoyan onlayn ərzaq çatdırılmasında artıq bir-birilə rəqabətə girən 10-dan çox oyunçu var. Diqqətimizi bazara yenicə daxil olan Supermart.az saytı çəkdi. Supermartın həmtəsisçisi və eyni zamanda layihə rəhbəri olan Elmir Kərimli ilə bu bazar haqqında fikir mübadiləsi apardıq, onlayn ərzaq marketindəki çətinliklərdən və Supermart layihəsi barəsində söhbət etdik.
- Elmir bəy, onlayn ərzaq market seqmentində bir-birindən fərqli 10-dan çox layihə fəaliyyət göstərir. Rəqabət mühiti və ümumi bazar haqqında fikirlərinizi bilmək istərdik.
- Azərbaycanda bu seqment həddindən sürətlə inkişaf etməsinə baxmayaraq hələ də həcmcə çox kiçikdir. Bu hələki kiçik olan bazarda dediyiniz kimi 10-dan çox layihə fəaliyyət göstərir. Bu layihələri şərti olaraq 3 qrupa bölmək olar:
1. “Offline” fəaliyyət göstərən market şəbəkələrinin onlayn fəaliyyəti (öz çatdırılması və onlayn platforması ilə)
2. Öncədən çatdırılma xidməti göstərən şirkətlərin hər-hansısa marketlə və ya marketlərlə əməkdaşlığı çərçivəsində fəaliyyət göstərən onlayn platformalar.
3. Özlərini yalnız onlayn platforma kimi mövqeləndirən marketlər.
Yeri gəlmişkən, 3-cü kateqoriyada yalnız 3 sayt aiddir, lakin onlar rəqabətdə digərlərinə qiymət siyasətində uduzurlar.
- Supermart.az platformasını bu kateqoriyalardan hansına aid etmək olar?
- 4-cüsünə (gülür). Qeyd edim ki, bu platforma hər hansısa supermarketin onlayn mağazası və ya çatdırılma xidməti saytı deyil. Müştərilərə əsl onlayn supermarket kimi xidmət göstərmək, marjinallığı kiçildərək ən ucuz qiymət təklif etmək əsas məqsədimizdir. Əslində Supermart layihəsi 2017ci ildən demək olar ki, hazır idi. Lakin o zaman yetərincə maliyyə dəstəyi olmadığından və bazar hələ hazır olmadığına görə layihəni bir müddətlik dondurmuşduq. Yeri gəlmişkən layihə xarici investorla ortaq yatırım nəticəsində ərsəyə gəlib. Layihə bazara daha tez çıxa bilərdi, lakin biz bir balaca gözləyib bazarı və istehlakçı istəklərini izləyərək bazara rəqabatə davamlı bir məhsul çıxartmağı qərar verdik. Artıq qürurla deyə bilərəm ki, supermart.az online ərzaq platforması müştərilərə bazardakı rəqiblərindən tam olaraq fərqli bir servis göstərir.
- Fərqli servis dedikdə nəyi nəzərdə tutursunuz? Supermart layihəsi bazardakı rəqiblərindən nə ilə fəqlənir?
- Ən əsas üstünlüyümüz ucuz qiymət və ekskluziv premium ərzaq məhsullarının satışıdır. Supermart.az layihəsi şərti olaraq 2 hissəyə bölünür. Birinci hissədə ən çox tələbatda olan 3000-dən çox baza ərzaq və qeyri-ərzaq məhsulları yerləşdirilib. Bu baza məhsullarına qoyduğumuz qiymətlərin 90 %-i bazarın ən ucuz qiymətidir. İkinci hissə isə Supermart Premium adlanır. Bu bölmədə siz digər onlayn marketlərdə tapa bilməyəcəyiniz və ya çətinliklə tapdığınız ekskluziv və premium ərzaqların onlayn satışıdır.
Zənnimcə ən əsas üstünlüklərdən biri də saytda istifadəçi naviqasiyasının rahat və sürətli olmasıdır. Bu gün bazarda fəaliyyət göstərən onlayn platformaların demək olar ki, heç birində məhsul adı Azərbaycan şriftlərinə uyğun yazılmayıb və bu da məhsul axtarışında çətinlik yaradır. Supermart.az saytının kontentinə xüsusən fikir verilir və hər gün yeni məhsul xarakteristikaları əlavə olunur.
- Çatdırılma şərtləri sizdə necədir?
- Biz sözün açığı çatdırılma ilə bağlı uzun müddət qərarsız qalmışdıq. Bazarda olan bəzi rəqiblərimiz hal-hazırda 20 və ya 50 AZN minimal sifarişdə çatdırılmanı pulsuz edirlər. Ancaq onların qiymət siyasətini monitorinq etdikdə isə gördük ki, bir çoxlarında məhsul qiymətləri 5-10% bahadır, bəzilərində isə bu kampaniya xarakterini daşıyır və yalnız müəyyən ərazilərə çatdırılma var. Uzun sözün qısası istifadəçi pulsuz çatdırılmanı almaq üçün şərtlərlə üzləşir və bir çox hallarda ərzaq səbətinin qiyməti baha olduğuna görə qənaət etmək əvəzinə xərcə düşür. Lakin müştəriyə yüksək səviyyədə xidmət göstərmək üçün çatdırılma pulsuz ola bilməz. Buna görə də biz çatdırılma ilə bağlı tamamilə başqa siyasət seçdik. Supermart.az saytında çatdırılma şərti olaraq pulludur və yalnız daşıma xərcini qarşılayır. Ancaq digərlərindən fərqləndirən 3 xüsusiyyəti var:
1. Sifariş məbləğində yoxdur. Siz supermart.az saytından 0.50 AZN-lik alışqan belə sifariş edə bilərsiniz.
2. Bakı və Bakı kəndlərinin istənilən nöqtəsinə çatdırılmanı həyata keçiririk. Çatdırılma qiyməti cəmi 2 AZN təşkil edir.
3. 9:00-19:00 arası olan sifarişlər təcili olaraq həmin günü çatdırırıq.
Yuxarıda sadaladığım xüsusiyyətlər tam olaraq heç bir rəqibimizdə yoxdur.
- Elmir bəy, kampaniyalar və endirimlərlə bağlı Supermart-da vəziyyət necədir?
- Bizim əsas mesajlarımızdan biri ondan ibarətdir ki, müştərilərimizə yalnız kampaniya zamanı deyil, hər zaman ucuz qiymət təklif edirik. Hal-hazırda www.supermart.az platformasından ilk dəfə qeydiyyatdan keçənlərə 2 AZN balans hədiyyə olunur. Müştəri bu balansı sifariş zamanı istifadə edərək gün ərzində PULSUZ çatdırma əldə edə bilər. Endirimlərə gəldikdə isə bizim strategiyamız endirim kampaniyası zamanı minimum 20 % endirim etməkdir. Saytda balans və cashback funksiyası var. Gələcəkdə müştərinin həm Supermartın özündən həm də brendlərdən balansa cash back qazanmaq şansı olacaq. Bu balansı istənilən məhsul sifarişinə istifadə edə bilər.
- Təşəkkür edirəm Elmir bəy, geniş informasiyaya və maraqlı müsahibəyə görə. Sonda potensial müştərilərinizə nə çatdırmaq istərdiniz?
- Mən də sizə təşəkkürümü bildirirəm. Sonda potensial müştərilərimizə onu demək istərdim ki, biz sizin xərclərinizi artırmaq üçün deyil, daha çox qənaət etməyiniz və rahatlığınız üçün varıq. Saytımıza (Supermart.az) daxil olun və yoxlayın, əminəm ki, göstərdiyimiz servisdən qat-qat razı qalacaqsınız.
Müştərilərin xəbərləri
“PAŞA Kapital”ın anderrayteri olduğu dövlət zəmanətli ilk korporativ - “AZƏRMAŞ GROUP”un istiqrazları uğurla yerləşdirildi ®
Azərbaycan banklarının mənfəəti 1 milyard manatı keçib – Artımın 93%-i cəmi iki bankın hesabına təmin olunub
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 22 d. əvvəl
-
52 d. əvvəl
Azərbaycanda minik avtomobili istehsalı geriləyir – 500 ədəd daha az istehsal edilib
-
-
1 saat əvvəl
Azərbaycanda doğum və nikahların sayı azalır – Əhalinin sayı 10 milyon 280 min nəfərə yaxınlaşıb
-
1 saat əvvəl
Fəaliyyət var, etimad yoxdur. PR niyə reputasiyaya çevrilmir?
-
1 saat əvvəl
İllik gəlirlilik 15%, müddət 18 aydır - 20 oktyabrda satışa çıxarılır
-
1 saat əvvəl
Vergi gəlirləri artırılır, Neft Fondundan büdcəyə transfertlər azaldılır – 2030-cu ilədək PROQNOZLAR
- 1 saat əvvəl
-
2 saat əvvəl
Dünya Bankı Qrupu Azərbaycana 100 milyon dollara yaxın özəl kapital cəlb edib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın dövlət borcu 28,6 milyard manata çatacaq – İki ildə 2,6 milyard manat artım gözlənilir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Mətbuat Şurasına yeni sədr seçilib
“PAŞA Kapital”ın anderrayteri olduğu dövlət zəmanətli ilk korporativ - “AZƏRMAŞ GROUP”un istiqrazları uğurla yerləşdirildi ®
Ən çox oxunanlar
Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI
Manatın taleyi ilə bağlı 4 illik PROQNOZ AÇIQLANDI
Azərbaycanın dövlət borcu 28,6 milyard manata çatacaq – İki ildə 2,6 milyard manat artım gözlənilir
Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqlə! ®
Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıb
Azərbaycanda neftin qiymətinin 65 dollardan aşağı düşməsi ehtimalı az qiymətləndirilir
Rəsmi məzənnələr açıqlandı
























