Technol mühərrik yağları Mercedes-Benz və Cummins şirkətləri tərəfindən təsdiqləndi
Artıq Technol mühərrik yağlarının istifadəsi Mercedes-Benz və Cummins şirkətləri tərəfindən tövsiyə olunmaqdadır.(®️) Azərbaycanda və Qafqaz regionunda ilk mühərrik və sənaye yağları istehsalçısı Technol istehsal etdiyi mühərrik yağları üzrə Mercedes-Benz və Cummins şirkətlərinin təsdiqini əldə etdi. Şirkətin istehsal etdiyi TECHNOL PLATINUM seriyalı 5W-30 mühərrik yağları Mercedes-Benz şirkəti tərəfindən test edilərək 229.51 saylı təsdiqə, TECHNOL POWER LD seriyalı 10W-40 yağları isə Cummins şirkəti tərəfindən test edilərək CES 20081 təsnifata layiq görülüb.
Mercedes-Benz şirkətinin 229.51 təsdiqinə uyğun olaraq istehsal edilən TECHNOL PLATINUM 5W-30 mühərrik yağları az miqdarlı kükürd, fosfor və sulfatlı kül tərkibinə malik olmaqla həm benzin, həm də xüsusi filtrlə təchiz edilmiş/edilməmiş dizel mühərriklərində istifadə üçün nəzərdə tutulub.
Cummins əsası 1919-cu ildə qoyulmuş, benzin və dizel mühərrikləri, filtrasiya məhsulları və elektrik generatorları istehsal edən və bölgüsünü həyata keçirən transmilli Amerika şirkətidir. TECHNOL POWER LD seriyalı 10W-40 yağları Cummins şirkətinin mühərrik yağlarına qarşı müəyyən etdiyi mühəndislik tələblərini tam qarşılayır.
Müvafiq tələblərə cavab verdiyi üçün bu gün qeyd olunan Technol mühərrik yağlarının istifadəsi Mercedes-Benz və Cummins şirkətləri tərəfindən tövsiyə olunmaqdadır.
Onu da qeyd etmək lazımdır ki, Technol şirkəti cari ilin əvvəlində Amerika Neft İnstitutunun mühərrik yağlarının lisenziyalaşdırma və sertifikatlaşdırma proqramında uğurla iştirak edərək istehsal etdiyi mühərrik yağları üzrə sertifikatla təltif olunub. Sertifikat, Şirkətin istehsal etdiyi mühərrik yağlarının ABŞ, eləcə də beynəlxalq avtomobil və mühərrik istehsalçıları tərəfindən irəli sürülən və ümumilikdə yağ sənayesi üzrə müəyyən edilmiş performans tələblərini tam olaraq qarşıladığını təsdiq edir.
Müştəri məmnuniyyətinə hər zaman diqqət yetirən Technol şirkətində müvafiq beynəlxalq sertifikatların və məhsullar üzrə təsdiqlərin alınması prosesi davam etməkdədir.
Gündəlik 140, illik 50 min ton istehsal gücünə malik Technol şirkətində istehsal prosesinin təşkili məqsədilə Alman istehsalı olan avadanlıqlar quraşdırılıb, istehsal prosesinin tam avtomatlaşdırılması həyata keçirilib. Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və Yaponiyanın tanınmış firmalarının müasir ciahazları ilə təchiz edilən şirkət, yağların geniş səpkidə dəqiq analizi üçün beynəlxalq akkreditasiyadan keçmiş (ISO17025: 2017) müasir laboratoriyaya malikdir.
Technol şirkətində bütün mühərrik və sənaye yağları Infineum, Chevron, Afton kimi nüfuzlu təchizatçıların yüksək keyfiyyətli qatqılarından istifadə edilməklə Amerika Neft İnstitutunun (API), Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) standartlarına müvafiq qaydada isehsal edilir, Amerika Test və Materiallar Cəmiyyətinin (ASTM) tələbləri əsasında sınaqdan keçirilir. İstehsal edilən bütün məhsulların müştəri tələbatına və qanunvericiliyin tələblərinə cavab verməsi üçün şirkətdə ISO9001 2015 standartı tətbiq olunub.
Dünya üzrə tanınmış markaların göstəricilərinə cavab verən yağları istehsal edərək əlverişli qiymətə hər kəs üçün əlçatan etmək Technol şirkətinin başlıca fəaliyyət məqsədidir. Qısa müddət ərzində müştərilərin etimad və rəğbətini qazanan Technol şirkətinin istehsal etdiyi keyfiyyətli məhsullar bu gün daxili bazarın tələbatını ödəməklə yanaşı xarici bazarların tələbatını qarşılamaq üçün 10-a yaxın ölkəyə ixrac olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
- 20 d. əvvəl
- 27 d. əvvəl
-
1 saat əvvəl
Tullantılar necə biznesə çevrilir? “Tullantıların biznesi” kitabı NƏŞR OLUNDU
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
-
13 saat əvvəl
AutoStar Kaukasus yeni S-Class modelini ilk dəfə Azərbaycanda təqdim etdi
-
14 saat əvvəl
Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb
- 14 saat əvvəl
-
15 saat əvvəl
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
Ən çox oxunanlar
İyunda Azərbaycanda orta maaş cüzi azalıb
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
"ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib"
Azərbaycanda şirkətlərin sayı 6 faizə yaxın artıb






















