Logistika sahəsində tanınmış şirkət məzun və tələbələri işə qəbul etdi
24 avqust 2020-ci il tarixindən etibarən “166 Logistika Akademiyası” 2020 yay təcrübə proqramına start verilib.
“166 Yükdaşıma və Logistika” şirkətindən Marja-ya daxil olmuş məlumata görə,Şirkət Seçim mərhələsində iştirak etmiş 350 nəfərdən 41 nəfər bu mərhələləri uğurla keçərək “166 Yükdaşıma və Logistika” şirkətində 3 aylıq ödənişli (şirkət tərəfindən ödəniş olunaraq) təcrübə proqramına qatılmaq imkanı əldə ediblər.
“166 Logistika Akademiyası” yay təcrübə proqramında iştirak hüququ qazananlar ölkənin müxtəlif universitetlərindən olan tələbə və məzunlardır. Onlar şirkətin əsas departamentlərində yer alaraq peşəkar əməkdaşlar tərəfindən logistika və nəqliyyat, satış, marketinq və biznesin inkişafı, maliyyə, mühasibatlıq, insan resursları və s. sahələrdə praktiki, eyni zamanda nəzəri bilik və bacarıqlara yiyələnəcəklər. Təcrübə proqramına qatılan iştirakçılar təcrübəçi olaraq rəsmi qeydiyyata alınacaq və proqramı uğurla başa vuran iştirakçılara müvafiq sertifikatlar təqdim olunaraq “166 Yükdaşıma və Logistika” şirkətində işlə təmin olunmaq imkanı əldə edəcəklər.
“Son zamanlar ölkəmizdə logistika sahəsi sürətlə inkişaf edir. “166 Yükdaşıma və Logistika” şirkəti olaraq biz də gələcək üçün bəzi yenilikləri hədəf almışıq. Bu yeniliklərin icrasında hər zaman gənc və istedadlı şəxslərə üstünlük verməyə çalışırıq. Şirkətin sürətlə inkişaf etməsində gənc kadrların böyük rolu var. 2020 Yay təcrübə proqramını həyata keçirməkdə əsas məqsəd Azərbaycanın logistika sahəsində istedadların üzə çıxarılması, gənc kadrların yetişdirilməsi, ənənəvi və yeni metodlarla tanış edərək təcrübələrinin artırılması, onlara əlverişli iş mühiti yaratmaqla ölkədə peşəkar kadrların hazırlanmasına yeni töhfə verməkdir. Potensialı yüksək olan kadrlara şirkətimizdə karyera irəliləyişi üçün əlverişli şərait yaratmağa çalışırıq” – deyə “166 Logistika və Yükdaşıma” şirkətinin baş direktoru Aqil Zeynalov qeyd edib.
Ümumiyyətlə, 2019-cu ildən etibarən keçirilən “166 Logistika Akademiyası” yay təcrübə proqramına ümumilikdə 3500-dən artıq müraciət qeydə alınıb. Bu müraciətlərdən bütün mərhələləri uğurla keçən 96 nəfər yay təcrübə proqramına qəbul olunub. 2019-cu ildə lahiyədə iştirak edən 14 şəxs hazırda “166 Yükdaşıma və Logistika” şirkətində müxtəlif departamentlərdə çalışır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 5 saat sonra
-
9 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır






















