Bank Respublika cəbhəyanı rayonlarda fermer təsərrüfatlarının yaradılmasına dəstək oldu!
(®️) Ölkəmizdə davamlı olaraq sosial layihələr həyata keçirən, ölkənin aparıcı banklarından olan Bank Respublika, ölkəmizin cəbhəyanı rayonlarında yaşayan həssas əhali qruplarının özünüməşğulluğunun təşkili istiqamətində öz dəstəyini göstərib.
Bu dəfə Bankın əməkdaşları düşmənlə təmas xəttində yerləşən Tovuz, Ağdam və Tərtər rayonlarında sosial müdafiəyə xüsusi ehtiyacı olan işsiz şəxslərlə, aztəminatlı ailələrlə, məcburi köçkünlərlə görüşərək, onların şəxsi biznes yaratmaq arzularını reallaşdırıb. Belə ki, Bank tərəfindən cəbhəyanı bölgələrin sakinlərinə heyvandarlıq təsərrüfatı yaratmaq məqsədilə qoyun, quzu, inək və yem təqdim olunub. Sakinlər şəxsi biznes, yəni daimi gəlir mənbəyi yaratdıqlarına görə “Bank Respublika”ya və layihənin bütün iştirakçılarına öz təşəkkürünü bildiriblər.
Qeyd edək bu tədbirlər, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum çərçivəsində həyata keçirilir.
Bankdan verilən məlumata əsasən, ilin əvvəlindən etibarən Bank tərəfindən Özünüməşğulluq Proqramı çərçivəsində görülən tədbirlər ilin sonunadək ölkənin digər bölgələrində də icra olunacaq.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 5 saat sonra
-
9 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır






















