"PASHA Bank Cup II" proqramlaşdırma yarışmasının qalibləri açıqlandı
Azərbaycanın aparıcı korporativ bankı PASHA Bank, yerli İT mütəxəssisləri arasında keçirilən "PASHA Bank Cup II" yarışmasının nəticələrini açıqlayıb.
Proqramlaşdırma yarışmasının final mərhələsində müxtəlif yaş kateqoriyalarında 40 finalçısı iştirak etmişdir. Müsabiqənin son mərhələsində ölkənin ən istedadlı İT mütəxəssisləri və ya gələcək İT mütəxəssisləri qarışıq suallardan ibarət və müxtəlif çətinlik dərəcəsinə malik 6 tapşırığın həllində 4 saat ərzində yarışdı
"PASHA Bank Cup II" yarışmasının münsiflər heyəti Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadə, Bakı Mühəndislik Universitetinin baş müəllimi Etibar Seyidzadə, PAŞA Bankın Rəqəmsal Mühəndislik şöbəsinin rəhbəri Vüsal Xəlilov, PAŞA Bankın Rəqəmsal Laboratoriyasının eksperti Rəşad Əmircanov və mühəndisi Şəhriyar Novruzov bütün tapşırıqları hamıdan daha sürətli və daha yaxşı yerinə yetirən 9 qalibi seçdi.
Beləliklə, "PASHA Bank Cup II" yarışmasının qalibləri aşağıdakılardır:
Kateqoriya: Məktəblilər | Qalib | Yekun nəticə | Mükafat |
1 yer | Murad Eynizadə | 100 | Apple MacBook Pro 13 |
2 yer | Əziz Hüseynov | 100 | e-reader Pocketbook 614 Black |
3 yer | Hüseyn Hacıyev | 76.4 | Xiaomi Mi Band 4 |
Kateqoriya: Tələbələr | Qalib | Yekun nəticə | Mükafat |
1 yer | Ziya Muxtarov | 100 | Apple MacBook Pro 13 |
2 yer | Ülvi Aslanlı | 74 | Apple AirPods 2 |
3 yer | Nicat Hüseynov | 69.8 | e-reader Pocketbook 614 Black |
Kateqoriya: Mütəxəssislər | Qalib | Yekun nəticə | Mükafat |
1 yer | Rəşad Məmmədov | 84.8 | Apple MacBook Pro 13 |
2 yer | Fərid Əhmədov | 67.2 | Apple iPad 9.7 32GB Wi-Fi Grey |
3 yer | Ramil Həsənov | 61 | Apple AirPods 2 |
Xatırladaq ki, İT mütəxəssisləri üçün sayca ikinci “PAŞA Bank Cup II” yarışmasında 300-dən çox insan iştirak etmiş, onlardan 55-i müsabiqənin final mərhələsinə yüksəlmişdir.
İl ərzində baş tutan 4 seçmə mərhələ HackerRank platforması üzərindən onlayn aparılmışdır. PAŞA Bank, Azərbaycanda proqramlaşdırma sektorunun inkişafına, o cümlədən bu ixtisas üzrə təhsil alan məktəblilər və tələbələrin biliklərinin artırılmasına və artıq mütəxəssislərin peşə bacarıqlarının artırılmasına yönəlmiş müsabiqələrin keçirilməsini davam etdirməyi planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 5 saat sonra
-
9 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















