Azər Türk Bankdan yeni rəqəmsal layihəyə dəstək
Dövlət bankı Azər Türk Bankın maliyyə dəstəyi ilə yeni layihə-“Spatrix” rəqəmsal platforması həyata vəsiqə alıb.
Platformanın əsas vəzifəsi ümumi rifaha nail olmaq üçün müxtəlif mürəkkəblik səviyyəsindəki məsələləri həll etməyə hazır olan təşkilat və fərdləri bir araya gətirməkdir. Belə ki, yardım göstərmək istəyənlərlə yardıma ehtiyacı olanlar bir-birilərini bu platforma üzərindən asanlıqla tapa biləcəklər.
Platforma necə işləyir?
“Spatrix” platformasında mütəmadi olaraq aksiya və layihələr həyata keçirən təşkilatlar (dövlət strukturları, şirkətlər, ictimai birliklər) və könüllü fəaliyyətlə məşğul olmaq istəyən fərdlər (yaşından və cinsindən asılı olmayaraq )qeydiyyatdan keçə bilərlər. Təşkilatlar öz sosial layihələrini bu platformada nümayiş etdirmək və könüllüləri bu layihələrdə iştirak etməyə çağırmaq imkanına malikdir. Könüllülər də öz növbəsində onları maraqlandıran hər hansı bir layihəyə qoşula bilirlər.
Hər bir potensial layihə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə əlavə olunur, bu da təşkilatlar və könüllülərin fəaliyyətinin ümumilikdə qlobal rifaha doğru atılan addım olduğunu bildirir.
Könüllülər və təşkilatlar üçün ərazi məhdudiyyəti yoxdur. Yəni, hər hansı bir ölkədən olan könüllü dünyanın müxtəlif yerlərində həyata keçirilən istənilən layihəyə qoşula bilər.
Platforma “blockchain” texnologiyası əsasında yaradılıb. Buna görə platforma iştirakçılarının bütün fəaliyyəti tamamilə şəffafdır və məlumatları etibarlı şəkildə qorunur.
Qeydiyyatdan elə indi keçə bilərsiz: www.spatrix.net
Platforma dövlət bankı olan “Azər Türk Bank”ın maliyyə dəstəyi ilə yaradılıb. Qeyd edək ki, platformanın ilk istifadəçiləri "Bir” tələbə-könüllü proqramının üzvləri oldu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 5 saat sonra
-
9 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















