“Sabahın Sahibkarları”-na “Ziraat Bank Azərbaycan” dəstəyi davam edir!
(®️) “Ziraat Bank Azərbaycan” korporativ sosial məsuliyyət prinsipləri çərçivəsində əhalinin həssas qruplarından olan işsiz şəxslərin məşğulluğa və kiçik biznesə çıxışına şərait yaradan Özünüməşğulluq proqramında yaxından iştirak edərək, qeyd edilən kateqoriyaya daxil olan şəxslərin sosial rifahının yüksəldilməsinə dəstəyini davam etdirir.
“Ziraat Bank Azərbaycan” proqram çərçivəsində bir çox vətəndaşa öz biznes arzusunu həyata keçirməsinə dəstək vermişdir. Belə ki, 08.09.2020 tarixində Özünüməşğulluğa cəlb edilən 2 sahibkar “Ziraat Bank Azərbaycan” tərəfindən dərzi fəaliyyəti ilə bağlı lazımi avadanlıqlarla təmin edilmişdir.
Sözügedən proqramın məqsədi ölkədə həssas əhali qruplarının kiçik və orta sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, yerli istehsalın artırılması, ailə biznesinin qurularaq ölkəmizin iqtisadiyyatına dəstək verilməsidir.
Qeyd edək ki, bu günə qədər Bakı, Salyan, Sumqayıt, Mingəçevir və digər ərazilərdə yaşayan ailələrə öz işlərinin qurulmasında dəstək göstərilmişdir.
Əlavə olaraq, “Ziraat Bank Azərbaycan” ASC Türkiyənin 156 illik tarixə malik Ziraat Maliyyə Qrupunun törəmə Bankı olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilən 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərməkdədir. Korporativ və pərakəndə bankçılıq sahəsində məhsullar və xidmətlər təklif edən “Ziraat Bank Azərbaycan”-ın ölkə ərazisində Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən 4 filialı mövcuddur və qısa müddət ərzində filialların sayını 2 dəfəyə yaxın artırmağı planlaşdırır. Bank məhsulları və xidmətləri haqqında ətraflı məlumatı *9229 Məlumat Mərkəzinə zəng edərək, www.ziraatbank.az saytına daxil olaraq və ya Bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 5 saat sonra
-
9 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır






















