Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Yaxın zamanlarda Balaxanıda 8 şirkət fəaliyyətə başlayacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yaxın zamanlarda Balaxanıda 8 şirkət fəaliyyətə başlayacaq
Balaxanı Sənaye Parkı

2017-ci ildə istifadəyə verilmiş Balaxanı Sənaye Parkının hazırda 19 rezidenti var. Bunlardan 11-i artıq fəaliyyət göstərir. Digər 8 rezidentin (ağac-taxta tullantılarının emalı, kömür istehsalı, plastik tullantılarının təkrar emalından plastik torların istehsalı, avtomobil şinlərin emalı və tullantı taxtalardan pallet və taxta unu istehsalı, tullantı avtomobil şinlərinin piroliz üsulu ilə emalından yanacaq istehsalı, plastik məmulatlar qapı və arakəsmə istehsalı, işlənmiş yağların emalı, kraft kağızdan çanta istehsalı sahələri) yaxın zamanlarda fəaliyyətə başlayacağı göslənilir.

Bu barədə Marja-ya İqtisadiyyat Nazirliyindən bildirilib.

Reklam_3_11

Qeyd edilib ki, rezidentlər tərəfindən Balaxanı Sənaye Parkına ümumilikdə 40 milyon manatdan artıq investisiya yatırılıb. Sahibkarların marağı nəzərə alınaraq, Balaxanı Sənaye Parkının ərazisi 10.1 hektaradək genişləndirilib. Balaxanı Sənaye Parkında artıq 570-ə yaxın daimi iş yeri yaradılıb, istaehsalın genişləndirilməsi və yeni layihələrin icrası hesabına iş yerlərinin 720-ə çatdrılması nəzərdə tutulur.

Balaxanı Sənaye Parkının rezidentləri haqqında məlumat

Sənaye Parkının rezidenti olan “Az.Ekol.” MMC plastik (PET) butulkaların təkrar emalından plastik qırıntıların istehsalı üzrə fəaliyyət göstərir. Layihənin ümumi investisiya dəyəri 1,5 milyon manat təşkil edir. İllik istehsal gücü 2400 tondur. İstehsal sahəsində 30-dən çox daimi iş yeri açılıb.

Parkın daha bir rezidenti - “Ekokat” MMC işlənmiş mühərrik yağlarının emalı üzrə fəaliyyət göstərir. İnvestisiya qoyuluşu 1 milyon manat təşkil edən müəssisənin illik istehsal gücü 3000 tondur. Artıq rezident tərəfindən işlənmiş mühərrik yağlarının toplanması və tədarükü üçün müqavilələrin bağlanmasına başlanılıb. Layihə çərçivəsində 20-ə yaxın daimi iş yeri yaradılıb.

Sənaye Parkının digər rezidenti, fərdi sahibkar Eminov Etibar tullantı kağızlardan istifadə etməklə çap-poliqrafiya məhsulları istehsal edir. Ümumi investisiya məbləği 1 milyon manat təşkil edir. İllik istehsal gücü 350 tondur. İstehsal sahəsində 30-dan çox daimi iş yeri yaradılıb.

Balaxanı Sənaye Parkının rezidenti “METAK” MMC tullantı-plastik məmulatların təkrar emalı nəticəsində müxtəlif plastik qablaşdırma məhsullarının istehsalı və tullantı kağızlarının təkrar emalı ilə məşğul olur. Layihənin investisiya dəyəri 18,7 mln. manat, illik istehsal gücü 12 min ton plastik məhsul və 1,1 milyon ədəd karton qablaşdırma  məhsuludur. İstehsal sahəsində 140-dan çox daimi iş yeri açılıb.

Parkın rezidenti “FORİELLA” MMC süngər tullantılarının təkrar emalı və mebel istehsalı üzrə fəaliyyət göstərir. Ümumi investisiya məbləği 4 milyon manat olan müəssisədə ildə 100 min ədəd stul, 10 min masa istehsal etmək mümkündür. Müəssisədə 300 nəfər daimi işlə təmin olunub.

 Dah bir rerzident - “Bioropean” MMC işlənmiş qida yağlarının təkrar emalından biodizel üçün xammal istehsalı məşğul olur. İnvestisiya dəyəri 500 min manat olan müəssisənin illik istehsal gücü 2300 tondur.

Sənaye Parkının digər rezidenti, Fərdi sahibkar Tərlan Əzimov qida tullantılarından yem istehsalı üzrə fəaliyyət göstərir. 2.2 milyon manat investisiya yatırılan müəssisənin illik istehsal gücü 2800 tondur. Müəssisədə 60 nəfər daimi işlə təmin olunub.

“Alphapack Azerbaijan” MMC isə Sənaye Parkının rezidenti kimi, yapışqan lent istehsal edir. Müəssisənin investisiya dəyəri 800 min manat, illik istehsal gücü 5 milyon kv.m yapışqan lentdir. Müəssisədə 15 nəfər daimi işlə təmin olunub.

Parkın rezidenti “Ata Park” MMC qablaşdırma və etiketləmə işləri ilə məşğul olur. İnvestisiya məbləği 2,8 milyon manat olan müəssisənin illik istehsal gücü 1950 tondur. Müəssisədə 30 nəfər daimi işlə təmin olunub.

Balaxanı Sənaye Parkının daha bir rezidenti “Oreon Commerce” MMC maqnezium oksid panellərin istehsalı və təkrar emalı üzrə fəaliyyət göstərir. Layihənin  investisiya dəyəri 1 milyon manat olan müəssisənin illik istehsal gücü 450 min ədəd paneldir. Müəssisədə 15 nəfər daimi işlə təmin olunub.

“Az Ekol” MMC, “Foriella” MMC və “Bioropean” MMC istehsal etdikləri məhsulları dünyanın bir neçə ölkəsinə ixrac edir.

Məlumat üçün bildirək ki, digər sənaye parklarının rezidentləri kimi, Balaxanı Sənaye Parkının rezidentləri də bir sıra güzəştlərdən yararlanırlar. Belə ki, rezidentlər 10 il müddətinə mənfəət (fərdi sahibkarlar gəlir vergisindən), torpaq və əmlak vergilərindən azaddır, sənaye parkında istehsal sahəsinin qurulması və istehsalı məqsədilə idxal edilən texnika, texnoloji avadanlıq və qurğular isə ƏDV-dən 10 il, idxal rüsumundan isə 7 il müddətinə azad edilir.

Balaxanı Sənaye Parkı Az.Ekol Ekokat METAK Bioropean FORİELLA rezident Alphapack Azerbaijan Ata Park Oreon Commerce
23.09.2020 08:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ