Evinizi daha asan hostel edə biləcəksiniz - Mənzil Məcəlləsində dəyişiklik
Azərbaycanda özəl çoxmənzilli yaşayış sahələrinin və yaşayış evlərinin mehmanxana və ya mehmanxana tipli obyekt kimi istifadə edilməsi asanlaşır.
Bu barədə məsələ Mənzil Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, mehmanxana, mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulan digər tikinti obyektləri "yerləşmə vasitələri" adlandırılır və statusuna görə yaşayış sahəsi hesab edilirlər. Nəticədə özəl mənzil fonduna aid çoxmənzilli yaşayış sahələrinin və yaşayış evlərinin mülkiyyətçi tərəfindən "yerləşmə vasitəsi" kimi istifadəsi üçün heç bir prosedur qaydası (yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi) tələb olunmayacaq.
Təklif edilən dəyişikliyi şərh edən "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov bildirib ki, bu dəyişiklik insanlara öz yaşayış evlərindən daha asan şəkildə mehmanxana və ya hostel kimi istifadə etmələri üçün şərait yaradır:
"Hazırki qanunvericiliyə əsasən, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanından icazə almalısan, ancaq dəyişiklikdən sonra mehmanxanalar yaşayış kateqoriyasına aid ediləcəyi üçün buna ehtiyac qalmır. Yəni hazırki qanunvericiliyə əsasən, mehmanxanalar qeyri-yaşayış kateqoriyasına aid edilir, dəyişiklikdən sonra isə mehmanxanalar yaşayış kateqoriyasına aid ediləcək. İnsanlar yaşayış evlərini alıb kiçik hostellər edirlər və onun üçün müvafiq icra hakimiyyətinə müraciət edirlər. Bu dəyişiklik Mənzil Məcəlləsinə ona görə edilir ki, icra hakimiyyətinə müraciət etməyə ehtiyac qalmasın, insanlar bunun üçün get-gələ düşməsinlər".
N.İbrahimov bildirib ki, bununla belə öz yaşayış evini mehmanxana və ya hostel kimi istifadə etmək istəyənlər Vergilər Nazirliyində, Mədəniyyət və Turizm Nazirliyində qeyidiyyatdan keçməlidirlər, eyni zamanda müəyyən standartlar var ki, onlara əməl olunmalıdır.
O qeyd edib ki, yaşayış evi mehmanxana və ya hostel kimi istifadə edilirsə, onun giriş-çıxışı ayrı olmalı, ətafda yaşayan insanlara maneçilik törətməməlidir.
© Trend
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 54 d. sonra
-
8 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
15 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 26 d. əvvəl
-
37 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 48 d. əvvəl
-
59 d. əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir




























