Hesab.az-da Silahlı Qüvvələrə dəstək layihəsi!
Hesab.az onlayn xidmətlər portalı Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qururla və mərdliklə döyüşən ordumuzun yanında olduğunu bildirmişdir. Bu məqsədlə GoldenPay/Hesab.az, Silahlı Qüvvələrə dəstək “ sosial layihəsinə başladı.
Hazırda Hesab.az-da istifadəçilər tərəfindən adi qaydada edilən ödənişlərə görə GoldenPay həmin ödənişlərin müəyyən faizini Hesab.az-da yaradılan daxıla əlavə edir. Hesab.az-da yaradılan daxıldakı məbləğ 5 000 AZN-ə çatdıqda, GoldenPay üzərinə 5 000 AZN daha əlavə edərək, Silahlı Qüvvələrə Yardım Fonduna 10 000 AZN ianə edəcək. Ətraflı: https://bit.ly/3nxbKdh
Beləliklə də, istifadəçilər Hesab.az-da adi qaydada ödənişlərini etməklə sosial dəstək layihəsində iştirak edərək, “Silahlı Qüvvələrə Yardım Fondu”-na dəstək olmuş olurlar.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vətəndaşlara müraciətində qeyd olunduğu kimi, Sosial şəbəkələrdə Silahlı Qüvvələrimiz üçün yardım toplayan şəxslərin sayının çoxaldığını nəzərə alaraq, vətəndaşlardan ayrı-ayrı şəxslərin hesabları deyil yalnız Müdafiə Nazirliyinin paylaşdığı rəsmi hesab nömrələrinə köçürmələr etsinlər. Hesab.az onlayn xidmətlər portalında istifadəçilərin Müdafiə Nazirliyinin paylaşdığı rəsmi hesab nömrələrinə ödəniş etmələri üçün “Silahlı Qüvvələrə Yardım Fondu”-na ödəniş etmək xidmətini də, əlavə edildi.
Silahlı Qüvvələrə Yardım Fondu üçün ianə etmək istəyən istənilən hüquqi və ya fiziki şəxs Hesab.az onlayn ödəniş portalı üzərindən istənilən yerdən, istənilən anda ödəniş edə bilər. Fonda ianə etmək istəyən istifadəçilər Hesab.az veb saytı və ya mobil tətbiqində “Xeyriyyə” bölməsinə daxil olur və “Silahlı Qüvvələrə Yardım Fondu” üzərinə klik edirlər. Bundan sonra FİN və ya VÖEN üzrə axtarış edərək ödənişi həyata keçirə bilərlər. Qeyd edək ki, ödəniş zamanı komissiya məbləği tutulmur.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 6 saat sonra
-
8 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır


















