Məşhur neft naziri Azərbaycana gəlir
Energetika naziri Natiq Əliyev Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Messad İbrahim Əl-Sulaimi qəbul edib.
Nazirlikdən verilən məlumata görə, SOCAR nümayəndələrinin də iştirakı ilə baş tutan görüşdə Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid Əl Falihinin aprelin 25-27-də Azərbaycana səfəri ilə bağlı müzakirələr aparılıb.
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında güclü siyasi, iqtisadi və mədəni əlaqələrin mövcud olduğunu deyən energetika naziri bu səfəri enerji əməkdaşlığında mühüm hadisə kimi qiymətləndirib. Nazir Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid Əl Falihlə OPEC çərçivəsində keçirilən tədbirlərdə sıx təmasda olduğunu xatırladıb və Bakı görüşünün əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyini bildirib.
Öz növbəsində səfir Səudiyyə Ərəbistanının Azərbaycanın müstəqilliyini ilk tanıyan və beynəlxalq təşkilatlarda davamlı dəstək nümayiş etdirən ölkələrdən biri olduğunu xatırladıb. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı həm də Azərbaycanla enerji sahəsində əməkdaşlıq üzrə sazişi ilk imzalayan ölkələrdən biridir. Səfir uzun müddət "Saudi Aramco" şirkətinə rəhbərlik etmiş nazirin neft-qaz sahəsində böyük təcrübəyə malik olduğunu və Bakı görüşlərinin enerji əməkdaşlığının inkişafına fayda verəcəyini bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid Əl Falihinin Bakıya səfəri çərçivəsində energetika naziri ilə yanaşı, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov və SOCAR prezidenti Rövnəq Abdullayevlə görüşü nəzərdə tutulub.
Xalid Əl Falihinin öz istəyinə uyğun olaraq Bibiheybət və Səngəçala baş çəkməsi də səfər proqramına daxil edilib.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 56 d. sonra
-
6 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
13 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 24 d. əvvəl
-
35 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 46 d. əvvəl
-
57 d. əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir




























