Kapital Bank aztəminatlı ailələrdən olan abituriyentlərə dəstək göstərdi
(®️) Kapital Bank-ın və Aqrar İnnovasiya və Təchizat şirkətinin dəstəyi ilə Sabirabad rayonda yaşayan aztəminatlı ailələrin övladlarının ali məktəblərə hazırlığını təmin etmək məqsədilə sentyabr ayından sosial layihə başlayıb. Sabirabadın millət vəkili Kamal Cəfərovun təşəbbüsü ilə keçirilən layihənin şərtlərinə əsasən, həmin ailənin övladları “Kainat” Tədris Mərkəzində ali məktəblərə ödənişsiz hazırlıq kurslarında iştirak edəcəklər.
Düşünən Azərbaycan Gənci (DAG) platforması çərçivəsində keçirilən layihədə Sabirabadda yaşayan aztəminatlı ailələrin övladlarının yaşayış səviyyələri təhlil edilib, sonra onlar sınaq imtahlarında iştirak edib və yüksək potensiala malik 12 gənc layihəyə cəlb olunub.
26 sentyabr 2020-ci il tarixində Sabirabad rayonu Heydər Əliyev Mərəzində keçirilən təqdimat zamanı millət vəkili Kamal Cəfərov, Kapital Bank-ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov, Aqrar İnnovasiya və Təchizat şirkətinin direktoru Tofiq Niftəliyev, “Kainat” Tədris Mərkəzinin, Sabirabad rayon təhsil idarəsinin rəhbərliyi, həmçinin digər şəxslər iştirak edirdi.
Qeyd edək ki, Sabirabadın kəndlərində yaşayan gənclərin kurslara gəlib-getməsi üçün pulsuz nəqliyyat da ayrılıb. 10 ay davam edəcək layihə çərçivəsində hər gün 5 saat olmaqla müxtəlif fənlər üzrə tədris həyata keçiriləcək və hər ayın yekununda həm sınaq, həm də yoxlama testləri təşkil olunacaq.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 18 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 6 saat sonra
-
8 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















