“Ziraat Bank Azərbaycan” qanvermə aksiyası həyata keçirdi
(®️) Sosial məsuliyyət layihələriylə hər zaman seçilən “Ziraat Bank Azərbaycan” həm Böyük Qələbəmizin həyatımıza sonsuz fərəh və iftixar duyğuları bəxş etdiyi, həmdə koronavirus infeksiyasının ölkəmizdə çətinliklər yaratdığı bir vaxtda könüllü qan donorluğuna dəstək tədbiri kimi, ölkədə qan ehtiyatının daha da artırılmasına yönələn könüllü qanvermə aksiyası təşkil etdi.
Qanvermə aksiyası Bankın Baş ofis ve filiallarında Bank işçiləri arasında həyata keçirilmişdir. Bank işçiləri bu aksiyada aktiv iştirak edərək bu çətin dövrdə həmrəylik nümunəsi göstərmişdir.
“Ziraat Bank Azərbaycan” qan vermə aksiyasının vətəndaşlarımızın həyatı üçün son dərəcə vacib olduğunu qeyd edərək digər qurumları da bu aksiyada iştirak etməyə, donor olmaqdan çəkinməməyə və ehtiyacı olan vətəndaşlarımıza sağlamlıq mübarizəsində dəstək olmağa çağırmışdır.
Əlavə olaraq, “Ziraat Bank Azərbaycan” ASC Türkiyənin 157 illik tarixə malik Ziraat Maliyyə Qrupunun törəmə Bankı olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilən 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərməkdədir. Korporativ və pərakəndə bankçılıq sahəsində məhsullar və xidmətlər təklif edən “Ziraat Bank Azərbaycan” ASC-nin ölkə ərazisində Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən 5 filialı mövcuddur. Bank məhsulları və xidmətləri haqqında ətraflı məlumatı *9229 Məlumat Mərkəzinə zəng edərək, www.ziraatbank.az saytına daxil olaraq və ya Bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 6 saat sonra
-
8 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır






















