Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda Ulu Öndərimiz Heydər Əliyevin anım mərasimi keçirilib
Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda dekabrın 12-də Ulu Öndərimiz Heydər Əliyevin anım mərasimi keçirilib.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından bu gün 17 il keçir. Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun idarə heyəti və əməkdaşları ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib və daha sonra Fondun inzibati binasında Ulu Öndərin xatirəsi ehtiramla yad edilib. Tədbirin açılışında ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. AƏSF-nin İcraçı direktorunun müşaviri Akşın Cahangirov Azərbaycan dövlətçiliyinin qurucusu, müstəqil Azərbaycanın memarı olan Heydər Əliyev ideyalarından, Ulu öndərin fəaliyyəti nəticəsində Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasından, Heydər Əliyev irsinin Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən və Azərbaycanın bugünkü siyasi-iqtisadi kursundan danışıb. A. Cahangirov bildirdi ki, o, nadir tarixi şəxsiyyət olmaqla müstəqilliyimizin qorunub saxlanılmasında, dövlət təsisatlarının yaradılmasında, hüquqi dövlət və demokratik cəmiyyət qurulmasında, azərbayçançılıq məfkurəsinin formalaşmasında misilsiz xidmətlər göstərib. Hələ sovetlər dönəmində Azərbaycana rəhbərlik edərkən Ulu Öndər Heydər Əliyev xalq təsərrüfatının müxtəlif sahələrinin inkişafına nail olmaqla yanaşı, milli-mənəvi dəyərlərimizin qorunması, ziyalılara qiqqət və qayğının göstərilməsi, milli kadrların yetişdirilməsi kimi mühüm məsələləri xüsusi vurğulayıb.
Tədbirdə iştirak edən digər şəxslərdə dahi şəxsiyyət olan Heydər Əliyevin qəlblərdə əbədi olaraq yaşayacağını söyləyiblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 6 saat sonra
-
7 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















