"İnci Şirkətlər Qrupu" “YAŞAT” Fonduna yardım etdi - MƏBLƏĞ
"Ofisait" mağazalar şəbəkəsinin də daxil olduğu "İnci Şirkətlər Qrupu" QSC ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı yaralananların və şəhid olanların ailələrinin təminatına dəstək məqsədilə yaradılmış “YAŞAT” Fonduna 30 min manat ianə köçürüb.
Bu barədə Marja-ya Şirkətdən bildirilib.
Xatırladaq ki, "İnci Şirkətlər Qrupu" bu ilin Mart ayında Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat, Sentyabr ayında isə Azərbaycan Ordusuna dəstək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrə Yardım Fonduna da 30 min manat ianə köçürmüşdür.
Eyni zamanda, şirkətin bir neçə əməkdaşı da torpaqlarımızın işğaldan azad olması uğrunda gedən döyüşlərdə iştirak etmək üçün ordu sıralarına qoşulub. Qismən səfərbərlik elanı ilə əlaqədar və könüllü döyüş bölgəsinə yollanmış hər bir şirkət əməkdaşının iş yeri və əmək haqqısı tam saxlanılıb, onların ailə üzvlərinə yardım edilib.
Qeyd edək ki, 08 Dekabr 2020-ci il tarixində Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında Fərman imzalayıb. Fond sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılıb.
Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 6 saat sonra
-
7 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















