Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bu sahəyə qoyulan investisiyanın 40%-dək hissəsi investora geri qaytarılacaq - Azərbaycanda

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu sahəyə qoyulan investisiyanın 40%-dək hissəsi investora geri qaytarılacaq - Azərbaycanda

Xəbər verdiyimiz kimi, “Turizm haqqında” yeni qanun layihəsi hazırlanıb. Bu gün qanun layihəsinin Milli Məclisdə müzakirəsi başlayacaqdır.

 

Reklam_3_11

“Marja” layihəyə istinadən xəbər verir ki, qanun layihəsində Turizm fəaliyyətinə dövlət dəstəyinin istiqamətləri göstərilib.

 

Dövlət turizm fəaliyyətini gömrük, investisiya, viza rejimi, rüsum və digər məcburi ödənişlərə güzəşt və imtiyazlar vasitəsi ilə, habelə dövlət tərəfindən tənzimlənən tariflərdə güzəşt və imtiyazlar verilməsi, maliyyə institutlarının vəsaitlər ayırması, sosial-iqtisadi proqramların tətbiqi və qanunla qadağan edilməyən digər vasitələrlə stimullaşdırır.


Turizm fəaliyyətinə rəvac vermək məqsədlə dövlət büdcəsindən subsidiyalar və eyni zamanda, onlardan turizmin inkişafına xidmət edən məqsədyönlü fondlara maliyyə vəsaitləri ayrıla bilər. Bu vəsaitlər həm müxtəlif səviyyəli proqramlar (dövlət proqramları, bölgə proqramları, yerli proqramlar) çərçivəsində, həm də ayrı-ayrı hüquqi aktlarla ayrıla bilər.


Dövlət orqanları və yerli özünüidarəetmə orqanları öz əsasnamələrinə uyğun olaraq turizm fəaliyyətini dəstəkləyir və öz səviyyələrində turizm məhsullarının hərəkətə gətirilməsinə, habelə beynəlxalq turizmin inkişafına rəvac verir, beynəlxalq bazara nüfuz edirlər.

 

Qanunun  8- ci maddəsi Turizm və rekreasiya zonalarına iddir.

 

Layihəyə görə, Turizm və rekreasiya zonalarına istənilən torpaq mülkiyyətçilərinin, habelə torpaq sahiblərinin, istifadəçilərinin və sərəncamçılarının torpaq sahələri, eləcə də qanunvericiliklə yol verilən hallarda və müəyyən olunmuş qaydada xüsusi rejim tətbiq edilən torpaq sahələri daxil edilə bilər. Hər hansı bir şəxsin (o cümlədən dövlət orqanının) mülkiyyətində və ya sahibliyində, icarəsində, istifadəsində, sərəncamında olan torpaqların turizm və (və ya) rekreasiya zonasına daxil edilməsi həmin torpaqlara olan müvafiq hüquqa xitam verilməsinə, eləcə də xüsusi rejim tətbiq olunan torpaq sahəsinin turizm və (və ya) rekreasiya zonasına daxil edilməsi müvafiq rejimin ləğv olunmasına səbəb olmur.


Turizm və rekreasiya zonalarında istirahət-rekreasiya üçün daha əlverişli şəraitin yaradılması, əyləncənin modern üslubda təşkili, turizm fəaliyyətinin yüksək standartlarla həyata keçirilməsi, təbiəti qoruma, milli-mədəni irsin saxlanılması, elmi tədqiqat üçün daha əlverişli zəmin yaradılması, təlim-tərbiyə, turizm statistikasının daha dəqiq aparılması, turizm xidmətlərinin keyfiyyətinə daha ciddi nəzarət məqsədləri üçün istifadə edilir.


Turizm və rekreasiya zonalarında turizm obyektlərinin, təbiət və mədəniyyət komplekslərinin qorunması və bərpası, Dövlət turizm strategiyasına, milli turizm inkişaf planına uyğun infrastrukturun yaradılması və onlardan istifadəsi zamanı turizm və rekreasiya zonalarının əsasnaməsində müəyyən edilmiş qaydalara zidd olmayan digər fəaliyyət növləri həyata keçirilə bilər.


Turizm və rekreasiya zonaları rəsmi rəmzlərə (bayraq, emblem, loqotip və sair) malik ola bilərlər.
Turizm və rekreasiya zonalarına daxil olan ərazilərdə yerli sosial-iqtisadi inkişafla bağlı müxtəlif layihələr həyata keçirilə bilər.

 

TURİZM VƏ REKREASİYA ZONALARININ MƏQSƏDLƏRİ   

 

 Turizm və rekreasiya zonalarının əsas məqsədləri aşağıdakılardır:


-turizm fəaliyyətində iştirak edən istehlakçıların təhlükəsizliyinin təmin olunması;
- turizm, istirahət-rekreasiya üçün münbit şəraitin yaradılması;
- turizmin davamlı inkişafının və yerli sosial-iqtisadi layihələrdə turizm və rekreasiya zonalarının iştirakının təmin edilməsi vasitəsi ilə regionlarda sosial-iqtisadi inkişafa və milli irsin saxlanılmasına nail olunması;
- turizmin köməyi ilə təbiət və tarix abidələrinin, nadir təbiət mənzərələrinin, spesifik turist xidməti obyektlərinin, milli-mədəni irsin qorunmasının və təbliğinin təmin edilməsi;
- müxtəlif turizm növlərinin yaradılması və təbliği;
- müvafiq turizm və (və ya) rekreasiya zonasına daxil olan torpaq sahələrinin mülkiyyətçiləri, eləcə də sahibləri, istifadəçiləri və sərəncamçıları ilə razılaşdırılmış qaydada beynəlxalq standartlara cavab verən, sanitariya-epidemioloji sağlamlığı təmin edən, təhlükəsiz və keyfiyyətli turist xidməti göstərə bilən turizm infrastrukturunun yaradılması;
- turizm və rekreasiya zonalarının ərazisində rəqabət qabiliyyətli və əhalinin bütün təbəqələrinə turist xidməti göstərə bilən turizm bazarının yaradılması;
- daxili və xarici investorların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılması;
- turizm bazarının tələbinə uyğun olaraq turist xidməti təyinatlı turist məhsullarının yaradılması və mövcud olanların çeşidinin genişləndirilməsi;
- zonanın ərazisində turizm xidməti sahəsini yaxşılaşdırmaq məqsədi ilə nəqliyyat, kommunikasiya və informasiya vasitələrinin inkişaf etdirilməsi;
- turizm və rekreasiya zonalarında fəaliyyət göstərən müəssisələrin iştirakı ilə ərazinin sosial-iqtisadi inkişafına istiqamətləndirilmiş layihələrin həyata keçirilməsinə nail olunması;
- zonanın yerləşdiyi ərazidə yeni iş yerlərinin yaradılması, əhalinin sosial-iqtisadi durumunun yaxşılaşdırılması.

 

Layihədə bildirilir ki, turizm və rekreasiya zonaları bu zonaların yaradılması üçün əlverişli olan ərazilərdə rekreasiya təzyiqi normaları nəzərə alınmaqla nəzarət orqanının təklifi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır.


Turizm və rekreasiya zonalarında aşağıdakı güzəşt və imtiyazlar tətbiq edilir:


- əsas infrastrukturun dövlət hesabına yaradılması;
- turizm və rekreasiya zonasının turizm məhsullarının təşviqi planlarının həmin zonada fəaliyyət göstərən və iri vergi ödəyicisi olan turizm infrastrukturu subyektləri ilə razılaşdırılması;


- müvafiq fondlar vasitəsi ilə turizm infrastrukturu subyektlərinə güzəştli kreditlərin verilməsi;


- turizm və rekreasiya zonasında təqdim olunan məhsulların təbliği (brendinq).


-  Turizm və rekreasiya zonaları həmin zonaların təsis sənədlərində təsbit edilmiş üsul və vasitələrlə idarə olunur.


-  Turizm və rekreasiya zonalarında turizm infrastrukturunun milli turizm inkişaf planına və bölgə turizm inkişaf planına uyğun şəkildə yaradılması və inkişaf etdirilməsi təmin edilir, o cümlədən, turizm və rekreasiya zonalarında kommunal xətlərin (su borularının, kanalizasiya borularının, elektrik xətlərinin, qaz kəmərlərinin) çəkilişi və istifadəyə verilməsi, telekommunikasiya xətlərinin (mobil rabitə üçün stansiyaların, yerli poçt məntəqəsinin, optik xətlərin, internetə çıxış nöqtələrinin) çəkilişi və istifadəyə verilməsi, yanğından mühafizə sisteminin qurulması, sanitariya-epidemioloji şəraitin təmin edilməsi dövlət hesabına həyata keçirilir və həmin zonadakı turizm obyektlərinin plan üzrə istismara verilməsi tarixindən gec olmayaraq başa çatdırılır.


Turizm və rekreasiya zonasında turizm obyektlərinin tikintisi yalnız turizm obyektinin tikintisinə verilən icazə əsasında mümkündür.


Turizm mərkəzinin daxilindəki dövlət mülkiyyətində olan bütün torpaqlar və tikililər (dövlət hakimiyyəti orqanlarının binaları və həmin binaların altındakı torpaqlar istisna olmaqla) həmin turizm mərkəzinin baş planı təsdiq olunduğu gündən bir ay müddətində nəzarət orqanının idarəçiliyinə verilməlidir. 


Turizm mərkəzinin dövlət təsisatlarından bəhrələnmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən, turizm fondlarının ayırmalarından bəhrələnmə qaydası isə həmin fondlar tərəfindən müəyyən edilir.


Turizm mərkəzlərində banklar tərəfindən verilən güzəştli kreditlərdən bəhrələnmə qaydası müvafiq bank məhsulu ilə müəyyən olunur. Həmin banklardakı reqlamentin turizm mərkəzindəki fəaliyyətlə əlaqələndirilməsi, eləcə də turizm mərkəzində kredit işinin təkmilləşdirilməsi məqsədi ilə banklarla nəzarət orqanı arasında anlaşma memorandumu, habelə həmin banklarla müvafiq turizm və rekreasiya zonasında idarəçiliyi həyata keçirən qurum arasında mülki-hüquqi əqdlər bağlanıla bilər. 


Turizm mərkəzində və ya turizm və rekreasiya zonasında kredit tənzimlənməsinin təkmilləşdirilməsi üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı və (və ya) maliyyə bazarına nəzarət qurumu ilə nəzarət orqanı arasında anlaşma memorandumları bağlanılır.


Turizm mərkəzində onun aid olduğu turizm və rekreasiya zonasından daha sərfəli şərtlərlə aşağıdakı istiqamətlər üzrə güzəşt və imtiyazlar tətbiq edilir:


-torpağın icarə haqqından 50%-dən 100%-dək miqdarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş həcmdə güzəşt edilir (mənbə dəstəkləmə mükafatı);


- dəyəri dövlət tərəfindən müəyyən edilən tariflərlə tənzimlənən malların və xidmətlərin qiymətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda güzəştlər tətbiq edilir;


- turizm mərkəzindəki obyektin tikilməsinə və istismara buraxılmasına qoyulan investisiyanın 15%-dən 40-%-dək miqdarda olan hissəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həmin investora geri qaytarılır;


-  Turizm mərkəzində əcnəbilərin işə cəlb olunması üçün sadələşdirilmiş prosedurlar tətbiq edilir, bir şərtlə ki, belə işçilərin ümumi sayı və icazə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən limitlərdən artıq olmasın.


-  Turizm mərkəzində təqdim edilən üstünlüklərdən, güzəşt və imtiyazlardan yalnız turizm və rekreasiya zonasında turizm fəaliyyətinə icazə almış şəxs istifadə edilə bilər. Həmin icazə turizm obyektinin tikilməsi, istismarı və fəaliyyəti, habelə turizm mərkəzi çərçivəsində turizm fəaliyyəti üçün dövlət tərəfindən verilməli olan bütün digər sertifikatları, lisenziyaları və ya digər xüsusi icazələri əvəz edir.


-  Turizm fəaliyyəti üçün icazə almış şəxs turizm mərkəzindəki fəaliyyətə başladıqdan beş il keçənədək həmin turizm zonasındakı fəaliyyətini dayandıra və ya fəaliyyətinə xitam verərsə (kreditorların tələbi ilə məcburi müflisləşmə halı istisna olmaqla), bəhrələndiyi bütün güzəşt və imtiyazları geri ödəməlidir. Belə ödənişin məbləğinin hesablanması və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.


-  Turizm mərkəzindəki fəaliyyətin stimullaşdırılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada turizm mərkəzində fəaliyyət üçün layihə-smeta sənədlərinin hazırlanmasına dövlət qurumları tərəfindən köməklik göstərilir.


Turizm mərkəzində fəaliyyət göstərən turizm infrastrukturu subyektlərinin təsnifatlaşdırılması nəzarət orqanı tərəfindən qəbul edilən normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Həmin təsnifat müvafiq subyektlərə turizm sahəsində fəaliyyətə, o cümlədən turizm obyektinin tikintisinə icazənin verilməsi, həmin subyektə tətbiq edilən güzəşt və imtiyazların müəyyən edilməsi üçün istifadə edilir.

02.05.2017 07:48

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ