Ən yuxarı (mobil)-2_30

Sənaye üsulu ilə xalça istehsal edən yeganə şirkət YT Parkın rezidenti oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sənaye üsulu ilə xalça istehsal edən yeganə şirkət YT Parkın rezidenti oldu

AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) Ekspertlər Şurasının onlayn iclası keçirilib.

İclasda Ekspertlər Şurasının sədri, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, Şuranın üzvləri, YT Parkın direktoru Vasif Abbasov, direktor müavini Zaur Nəhmətov, bir sıra məsul şəxslər, eləcə də rezidentlik üçün müraciət etmiş müəssisənin nümayəndələri iştirak ediblər.

Marja xəbər verir ki, tədbiri giriş sözü ilə açan Şuranın sədri, akademik Rasim Əliquliyev iclasın gündəliyində duran məsələni diqqətə çatdırıb. O, tədbirin müasir texnologiyalar tətbiq etməklə xalça istehsalını həyata keçirən “Dadaş-N” MMC-nin YT Parkda rezident kimi qeydiyyata alınması üçün təqdim etdiyi layihənin müzakirəsinə həsr olunduğunu bildirib.

Sonra “Dadaş-N” MMC-nin direktoru Nəsimi Dadaşov çıxış edərək 1995-ci ildən fəaliyyət göstərən müəssisənin Azərbaycanda sənaye üsulu ilə xalça istehsalını həyata keçirən yeganə şirkət olduğunu vurğulayıb. O, “Dadaş-N” MMC-də istər Azərbaycanın qədim xalçalarının, istərsə də müasir üslubda tikilən xalçaların istehsalı üçün ən son avadanlıqlardan hesab olunan Belçikanın “Van De Viele” şirkətinin kompüter proqramlı oxucu dəzgahından istifadə etməklə müxtəlif ölçülü xalçaların istehsal ediləcəyini diqqətə çatdırıb.

Hazırda daxili bazarda xalça, kilim, palaz və s. kimi məhsullara olan yüksək tələbatdan bəhs edən şirkət rəhbəri daxili tələbatı təmin etmək üçün yeni istehsal müəssisələrinin yaradılmasına ehtiyac duyulduğunu söyləyib.

N.Dadaşov əlavə edib ki, müəssisə Azərbaycanda xalçaçılığın inkişafı ilə bağlı qəbul edilən qərar və proqramları rəhbər tutaraq istehsal sahəsini daha da inkişaf etdirməklə daxili təlabatın ödənilməsini, xalça və bu kimi məhsulların ixrac qabiliyyətinin artırılmasını, yeni iş yerlərinin açılmasını, eləcə də Azərbaycan bazarının xarici təchizatçılardan asılılığının azaldılmasını hədəfləyir.

Onun sözlərinə görə, xalçaçılıq sənətini daha da genişləndirmək, daxili bazarı təmin etmək və xaricə valyuta axınının qarşısını almaq üçün kompüter proqramlı bir neçə avadanlıq tələb olunur. Direktor rəhbərlik etdiyi müəssisənin YT Parkda açılacaq yeni xalça fabrikində istənilən növ (milli, klassik, modern) və ölçüdə xalça və kilim məhsullarının istehsal olunmasının nəzərdə tutulduğunu bildirib. Qeyd edib ki, bu avadanlıqların günlük istehsal gücü 1500-2000 kavdratmetr xalça məhsullarının toxunmasına imkan verir. Müştərilərin istəyi ilə istənilən standart və qeyri-standart ölçülərdə xalçalar toxumaq mümkündür. N.Dadaşov bildirib ki, xalça fabrikində xalça toxumaqla yanaşı, ondan sonrakı prosesləri də icra etmək üçün avadanlıqlar quraşdırılacaq.

İclasda Ekspertlər Şurasının katibi, Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev, Şuranın üzvləri - AMEA-nın müşaviri, akademik Telman Əliyev, Polimer Materialları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov və Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov müzakirə olunan məsələ ətrafında rəy və təkliflərlə çıxış ediblər.

Daha sonra “Dadaş-N” MMC-nin YT Parkın rezidenti kimi qəbul edilməsinə dair səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, adıçəkilən iddiaçıya rezident statusu verilməsi qərara alınıb.

Akademik Rasim Əliquliyev YT Parkda fəaliyyət göstərəcək yeni xalça fabrikində 3D-çap texnologiyalarının tətbiqi məsələsinə toxunub. Üçölçülü texnologiyaların tətbiqi ilə 3D-xalçaların hazırlanmasının ölkəmizdə xalçaçılıq sənəti üçün yeni bir istiqamət olduğunu diqqətə çatdırıb.

Sonda Şura sədri müəssisənin AMEA-nın elmi-intellektual potensialından səmərəli istifadə edəcəyinə, YT Parkda təqdim olunan güzəşt və imtiyazlardan məqsədyönlü şəkildə faydalanacağına, ölkə iqtisadiyyatının inkişafına töhfələr verəcəyinə inamını ifadə edib.

Dadaş-N Nəsimi Dadaşov xalça kilim palaz
27.01.2021 17:59

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ