Azərbaycanda naringi bağlarının güzəştli sığortası başlayıb – ŞƏRTLƏR, MƏBLƏĞLƏR, MİSALLAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda naringi bağlarının güzəştli sığortası başlayıb – ŞƏRTLƏR, MƏBLƏĞLƏR, MİSALLAR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə naringi (mandarin) bağlarının sığortalanması şərtləri açıqlanıb.

Xatırladaq ki, aqrar sığorta mexanizmi çərçivəsində 14 bitki növü və məhsulunun sığortalanması nəzərdə tutulur. Bunlar - buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, limon, portağal, naringi (mandarin), çay, çəltik, tütün, sitrus, fındıq və pambıqdır.

Reklam_3_11

Aqrar Sığorta Fondundan verilən məlumata görə, fermerlər və iş adamları 2021-ci ildə naringi bağlarının sığortalanması üçün artıq indidən müraciət edə bilərlər.

Naringi sahələrinin sığortalanması zamanı sitrus bitkilərinin məhsuldarlığı, qiyməti, yerləşdiyi ərazi və seçilən sığorta zərfi nəzərə alınacaq.

Qaydalara əsasən, hesablama aparılması üçün sitrus bitkisinin 1 hektarı üzrə məhsuldarlıq və məhsulun qiyməti normaları müəyyən edilib.

Belə ki, naringinin bir hektarı üçün məhsuldarlıq norması 1,8-500 sentner arasında, qiymət isə 80-150 manat/sentner arasında  müəyyən edilib.

Bir hektar sahədən məhsuldarlıq və qiymət hədləri aşağıdakı kimidir:

Sitrus

Məhsuldarlıq (Sentner/ha)

Qiymət

(AZN/ Sentner)

Minimum

1,8

80

Maksimum

500

150

 Sitrus sahəsinin sığortası üzrə sığorta məbləği bu məlumatlar və əkinin sahəsi nəzərə alınmaqla müəyyən edilir:

Misal: Astarada əkin sahəsi – 4 hektar, 1 hektar sahədən gözlənilən məhsuldarlıq – 300 sentner, 1 sentner məhsulun bazar qiyməti 100 manat olduqda

Sığorta məbləği = 4 x 300 x 100 = 120 000 manat müəyyən edilir.

Qaydalara görə, aqrar sığorta çərçivəsində naringi bitkisinin sığortalanması üçün 3 sığorta zərfi təklif edilir.

Bunlardan birincisi - əksər riskləri əhatə edən «baza zərfi», digərləri isə  əlavə riskləri əhatə edən zərflərdir. Sığorta zərfləri bir-birindən, əhatə etdiyi risklərlə yanaşı, azadolma məbləğləri ilə də fərqlənirlər.

Birinci, «baza zərfi»ndə azadolma məbləği 10%-dir. Bu zərf naringi bitkisini dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və üçüncü şəxslərin hərəkətindən sığorta edir. 

1-ci sığorta zərfinə aşağıdakı risklər aiddir:

· dolu;

· yanğın;

· zəlzələ;

· torpaq sürüşməsi;

· qasırğa;

· fırtına;

· üçüncü şəxslərin hərəkətləri riskləri üzrə təminat

2-ci sığorta zərfi

İkinci sığorta zərfi üzrə azadolma məbləği 30%-dir. Bu zərf naringi bitkisini bitki xəstəlikləri və zərərvericilər, eləcə də xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu risklərindən qoruyur.

2-ci sığorta zərfinə aid risklər:

· bitki xəstəlikləri və zərərvericilər;

· xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu riskləri üzrə təminat

3-cü sığorta zərfi

Üçüncü sığorta zərfi üzrə azadolma məbləği 10%-dir. Bu zərf naringi bitkisini dolu vurması nəticəsində məhsullarda yaranan keyfiyyət itkisindən qoruyur.

3-cü sığorta zərfinə aid risklər:

· dolu riski nəticəsində məhsullarda yaranan keyfiyyət itkisi üzrə təminat;

Daha sadə desək, 3-cı sığorta zərfi fermerləri, məhsulu dolu vurması nəticəsində malın görünüşünün və keyfiyyətinin korlanmasından qoruyur. Məsələ bundadır ki, dolunun zədələdiyi meyvələrin qiyməti ucuzlaşır və bu hal fermerə maddi zərər vurur. 3-cü sığorta zərfi də bu zərəri qarşılamaq üçün nəzərdə tutulur.

Hansı sığorta zərfinin seçilməsi fermer və ya naringi bağının  sahibinin qərarından asılıdır. Onlar yalnız birinci sığorta zərfi ilə kifayətlənə, ya da onun üstünə əlavə olaraq 2-ci və 3-cü zərfləri də seçə bilərlər. Yəni baza zərfi seçilmədən 2-ci və 3-cü sığorta zərfləri seçilə bilməz.

Naringinin sığortalanması üçün tariflər və sığorta haqları

Naringinin (mandarinin) sığortası üçün tələb olunan sığorta tarifləri və sığorta haqları bitkinin məhsuldarlığı, qiyməti və seçilən sığorta zərfi ilə yanaşı, ölkənin bölgələrindən də asılı olaraq dəyişir.

Daha az təbii fəlakət riski olan bölgələrdə sığorta haqları daha aşağıdır. Fəlakət riski yüksək olan ərazilərdə isə sığorta tarifləri və haqları nisbətən yüksəkdir.

Sığorta zərflərinin əhatə etdiyi risklər, azadolma məbləğləri və sığorta haqları ölkənin regionları üzrə aşağıdakı kimidir:

 

1-ci (baza) sığorta zərfi

2-ci sığorta zərfi

3-cü sığorta zərfi

İqtisadi rayonlar

· dolu;

· yanğın;

· zəlzələ;

· torpaq sürüşməsi;

· qasırğa;

· fırtına;

· üçüncü şəxslərin hərəkətləri riskləri üzrə təminat

· bitki xəstəlikləri və zərərvericilər;

 

· xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu riskləri üzrə təminat

· dolu riski nəticəsində məhsullarda yaranan keyfiyyət itkisi üzrə təminat

Azadolma

10 %

30%

10%

Gəncə-Qazax

5,32%

2%

2,50%

Aran

2,71%

2%

1,19%

Quba-Xaçmaz

2,32%

2%

1,00%

Şəki-Zaqatala

5,20%

2%

2,44%

Dağlıq Şirvan

3,72%

2%

1,70%

Lənkəran

2,32%

2%

1,00%

Abşeron

2,32%

2%

1,00%

Yuxarı Qarabağ

3,30%

2%

1,49%

Göründüyü kimi, ən yüksək sığorta tarifləri Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi rayonlarında, ən aşağı sığorta tarifləri isə Quba-Xaçmaz, Lənkəran və Abşerondadır. Yeri gəlmişkən, sitrus bitkilərinin kütləvi şəkildə becərildiyi Lənkəran regionunda tariflərin aşağı olması bu bitkilərin sığortalanması üçün fermerlərə olduqca sərfəli imkan yaradır.

Ayrı-ayrı bölgələrdə naringi sahəsinin sığortalanması üçün sığorta haqqı belə hesablanır:

Misal 1: Lənkəranda əkin sahəsi – 3 hektar, 1 hektar sahədən gözlənilən məhsuldarlıq – 250 sentner, 1 sentner məhsulun bazar qiyməti 120 manat olduqda

Sığorta haqqı = 90 000 manat X 2,32% = 2 088 manat təşkil edir.

Sığorta haqqının 50%-ni dövlət, yalnız qalan hissəni fermer ödəyir.

Nəticədə ümumi dəyəri 90 min manat olan məhsulun sığortalanması üçün fermer cəmi 1044 manat və ya hər hektara cəmi 348 manat ödəyir.

Misal 2: Astarada əkin sahəsi – 4 hektar, 1 hektar sahədən gözlənilən məhsuldarlıq – 300 sentner, 1 sentner məhsulun bazar qiyməti 100 manat olduqda

Sığorta haqqı = 120 000 manat X 2,32% = 2 784 manat təşkil edir.

Sığorta haqqının 50%-ni dövlət, yalnız qalan hissəni fermer ödəyir.

Nəticədə ümumi dəyəri 120 min manat olan məhsulun sığortalanması üçün fermer 1 392  manat və ya hər hektara cəmi 348 manat ödəyir.

Qaydalara əsasən, fermerlər sığorta haqqının onlara aid olan hissəsini hissələrlə ödəyə bilərlər. Bu halda sığorta haqqının yarısı dərhal, digər yarısı isə 1 aydan sonra ödənilir.

Fermerlərə sığorta haqqı güzəştləri

Bəzi hallarda fermerlərə sığorta haqqının ödənişində əlavə güzəştlər nəzərdə tutulub.

Belə ki, sığortalanmış predmetin yerləşdiyi ərazi dolu riskindən qorunma konstruksiyalarına malik olduqda sığorta haqqına 5% güzəşt edilir.

Bundan başqa, sığorta hadisəsi olmadan başa çatan hər ilə görə fermer sığorta haqqında 5% güzəşt alacaq. Məsələn, hadisəsiz keçən 1 ildən sonra sığorta haqqında 5%, iki ildən sonra 10%, üç ildən sonra isə 15% güzəşt ediləcək.

Nəhayət, yaşı 29-dan aşağı olan fermerlər «gənc fermer» güzəştindən istifadə etməklə sığorta haqqını 5% az ödəyəcəklər.

Naringi sahələrinin sığortalanması üçün müraciətlər başlayıb.

Aqrar Sığorta Fondundan verilən məlumata görə, naringi (mandarin) sahələrinin sığortalanması üçün müraciətlərə başlanılıb.

Fermerlər və iş adamları naringi sahələrinin sığortalanması üçün artıq indidən müraciət edə bilərlər. Müraciətlərin qəbulu aprelin 10-dək davam edəcək.

Aprelin 10-dək edilən müraciətlərdə naringi sahəsinin sığortalanması üçün sahəyə baxış keçirilməyəcək. Aprelin 10-dan mayın 10-dək olan dövrdə edilən müraciətlər zamanı isə müstəqil sığorta eksperti gələrək sahəyə baxış keçirəcək.

05.02.2021 11:01

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ