Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

İnvestorlar üçün yeni təhlillər

iç səhifə xəbər başlığı altı (mobil)_31
İnvestorlar üçün yeni təhlillər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Unicapital İnvestisiya Şirkəti" ASC-nin analaitikləri investorları üçün Azərbaycan və dünya kapital bazarlarında baş verən, gözlənilən maraqlı hadisələrlə bağlı növbəti təhlillərinin təqdim edib.

Azərbaycanın Kapital bazarındakı vəziyyət:

Maliyyə Nazirliyinin istiqrazının yerləşdirilməsi üzrə hərrac: Sonuncu 02 fevral 2021-ci il 1 illik hərrac zamanı əvvəldən 20 milyon AZN təklif olunacağı elan olunmuşdur. Hərrac zamanı 20 milyon təklif qarşılığında 16 investor tərəfindən tələb 73,94 milyon olub. Sifarişlərin gəlirlilik intervalı isə 5,88-12% aralığında dəyişib. Yerləşdirmənin nəticəsinə gəldikdə, keçirilmiş sonuncu 1 illik hərrac zamanı 30 milyon AZN vəsait, orta gəlirlik 6,1985% olmaqla, yerləşdirilib.

Bu həftə Maliyyə Nazirliyi 9 fevral tarixində 3 illik istiqrazın yerləşdirilməsi üzrə hərrac keçiriləcəyini elan edib. Sifarişlər üzrə təklif olunan həcm isə 35 milyon AZN olaraq göstərilib. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda isə, emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Düşüncələrimiz:

Mərkəzi Bank sonuncu görüşü zamanı fiskal siyasətin dəstəyi ilə məcmu tələbin artması gözləntiləri fonunda öz inflyasiya gözləntilərini bu ilin sonuna 4% olaraq proqnozlaşdırır. Bu isə Mərkəzi Bankın hədəflədiyi səviyyədir. Bir sözlə, artacaq inflyasiya gözləntiləri fonunda uçot faiz dərəcəsinin kəskin azaldılması ehtimalı aşağı görünür. Növbəti görüş mart ayında olacaq. Mərkəzi Bank bu müddət ərzində inflyasiya və digər qlobal, regional və iqtisadi amillərin necə dəyişəcəyini izləyərək martda qərar verəcək.

Hedc fondlar maliyyə bazarlarındakı kiçik investorlara qarşı.

1990-cı illərin əvvəlləri müstəqillik əldə etdikdən sonra Azərbaycana ilk gətirilən mobil telefonları və kompüter avadanlıqlarını yəqin ki, həmin dövrün sakinlərindən savayı kimsə xatırlamaz. Dəyəri indiki mobil telefonlardan qatqat baha olan həcmi, kifayət qədər böyük olan və ancaq zəng etmək və zəngləri qəbul etmək funksiyasına malik olan telefonlar qısa bir dönəmdə yeniləri ilə əvəz olundu. Texnologiya inkişaf etdikcə, yeni smartfonlar meydana çıxdı. Bu tendensiyaya uyğunlaşa bilməyən mobil telefon istehsalçıları isə müflis oldu. Digər inkişaf sahələrindən biri də kompüter sahəsidir. 1990-cı illərin əvvəli “MS-DOS” sistemidən sonra “Windows” sisteminin ilk versiyalarının kompüterlərdə istifadəsinə başalanıldı. Həmin dövr, demək olar ki, bu sahədə bir inqilab oldu. Pentium adlandırılan kompüterlər o dönəm üçün çox böyük bir yenilik hesab olunurdu. İndi isə bu kompüterlər tarixin yaddaşında qalıb. Bütün bunları yazmaqda məqsədimiz texnologiya və elmin yerində durmadığını və necə sürətlə inkişaf etdiyini diqqətinizə çatdırmaqdır. Son zamanlar isə artıq “rəqəmsallaşma” dövrü başlayıb. Yəni, lazım olan informasiyaların hamı üçün əlçatan olması, buna təkan verən isə İnternet şəbəkəsinin geniş yayılması və onun özünün sürətlə inkişaf etməsidr. Hara baxsaq, hər yerdə internetin tətbiqi ilə, əvvəllər edilməsi günlər çəkən bir çox məsələlər artıq kompüter arxasında bir düymə vasitəsilə öz həllini tapır.

Bütün bu yeniliklər və inkişaf maliyyə sahəsindən də yan keçməyib. Son illər ərzində trendə çevrilmiş “Fintech” adlandırılan sahənin inkişafı, nəticə olaraq, maliyyə sahəsindəki bir çox xidmət sahələrinin vətəndaşlar üçün hazır yazılmış proqram təminatlarından (application) istifadə etməklə, internet üzərindən asan şəkildə aparılmasına səbəb olur.

Rəqəmsallaşma, eyni zamanda, bir çox araşdırmaların və tədqiqatların aparılması üçün zəruri olan məlumat bazasının əldə olunmasına səbəb olur. Bizdən məsləhət alındıqda, insanları həmin şəxsin sosial şəbəkəsinə qoşulmağı və onu izləməyi tövsiyyə edirəm. Hazırda belə informasiyalar kifayət qədərdir. Bütün bunları sürətləndirən isə internet şəbəkəsindən geniş istifadə olunmasıdır ki, bu da son zamanlar yeni sahələrin yaranması üçün köhnə prinsiplər üzərində işləyən bir çox sahələrə yeni çağırışlar edir. Belə bir dönəmdə bu çağırışlara uyğunlaşan şirkətlər gələcəyin şirkətləri olaraq qalacaq, uzlaşmayanlar isə itib aradan çıxacaqlar.

Son zamanlar hamı Maliyyə bazarlarında baş verən “GameStop” şirkətinin səhminin kəskin bahalaşmasından, sonda isə ucuzlaşmasından danışır. Məsələnin mahiyyətinə baxdıqda isə bu proseslərin fonunda yuxarıda sadaladığım amillər dayanır. İlk olaraq, mətləbə keçməmişdən öncə, hadisələrin necə baş verdiyini tam anlamaq üçün internetin maliyyə bazarlarında alqı-satqı proseslərini necə sadələşdirdiyi barədə bəzi məlumatlar qeyd etmək istəyirik. Təsəvvür edin ki, əvvəllər hər hansı bir istiqrazın alınması üçün uzun bir proseslərdən keçmək tələb olunurdu. Hətta müəyyən illərədək kağızların alınması fiziki formada həyata keçirilirdi. Amma sonradan rəqamsallaşmanın artması və internetin geniş tətbiq olunması bu prosesləri aradan qaldırdı. İndi təsəvvür edin, sizin əlinizdə hər hansı bir sərbəst vəsait var, bunu yerləşdirmək üçün sadəcə həmin vəsaiti bank hesabına yatırmağınız kifayətdir. Qalan iş artıq internetin və internet üzərindən işləyən proqramların üzərinə düşür. Sizə sadəcə kompüter arxasına keçərək, sadə prosedurlardan keçmək tələb olunur. Hazırkı maliyyə alətləri ilə bağlı alqı-satqı platformaları o qədər sadələşdirilib ki, heç bir maliyyə, iqtisadi savadı olmayan şəxslər də bu platformalardan yararlana bilər. Sizdən tələb olunan sadəcə bunu etmək istəyinin olmasıdır. Bu tip istifadə olunan və sadəliyi ilə diqqətimi çəkən və ABŞ-da və onun qanunları ilə fəaliyyət göstərən platformalardan biri “Robinhood” proqramıdır. Bu platformanı internet olan istənilən yerdə, ya internet üzərindən , ya da internetə bağlı olan hər hansı bir cihaza onun proqramını yükləməklə çox sadə şəkildə istifadə etmək olar. Bəzi platformalar ilə müaqyisə etdikdə, biz bu tip fəaliyyət göstərən proqram təminatlarının aşağıdakı üstünlüklərini görə bilirik:

- Əqdlər üzrə komissiya sıfırdır.

- Hesab açmaq çox sadədir, proqramdan istifadə çox sadədir, geniş kütlə üçün nəzərdə tutulub.

- Bu və bu tip digər proqramlar vasitəsilə, demək olar ki, mümkün olan bir çox maliyyə alətlərini (səhmlər, istiqrazlar, ETF-lər,opsionlar) almaq olur.

- Bir çoxları üçün ən təəccüblüsü isə, vəsaitin yetə biləcəyi qədər səhmin alına bilməsi imkanıdır. Misal üçün, əgər Apple şirkətinin 1 səhmini almaq istəyirsinizsə, sizin gərək 130 dollardan artıq vəsaitiniz olsun, amma bu proqram sizə imkan verir ki, nə qədər vəsaitiniz varsa, o qədər də səhm payı ala biləsiniz. Bir sözlə, bir səhmi hissələrə belə bölmək olur.

- Vəsaitə dair tələb yoxdur, yəni 1 dollar olsa belə, ticarət apara bilirsiniz.

Bütün bu kimi sadələşdirilmiş şərtlər birjadan kənar insanlar üçün yeni imkanlar açır. Bu isə, öz növbəsində, eyni zamanda həmin insanların birjaya təsir etmək imkanlarını da artırır. Uzun illər ərzində formalaşmış düşüncələrdən biri “Böyük evlər” adlandırılan dünyanın müxtəlif ölkələrində mövcud olan həcmcə böyük banklarının, daha çox informasiya mənbəyi əllərində toplaşdığı üçün, maliyyə bazarlarına təsir imkanlarının olduğu düşünülürdü. Xırda iştirakçıların bazara təsir etmək imkanlarını heç kim ağlına gətirə bilmirdi. Amma son baş verən hadisələr bunun əksini göstərdi. Bəlli oldu ki, “Su dama-dama göl olar” prinsipi əsasında , xırda vəsaitli investorları bir istiqamətə sosial şəbəkələr vasitəsilə yönəltməklə, nəticədə formalaşmış “Göl suyunun daşması” ilə qısa müddətli olsa da, müəyyən fəsadlara səbəb olmaq olar. Bir sözlə, xırda investorlar Reddit kimi forum platformasında “WallStreet Bets” kanalında birləşərək və “Robinhood2 platformasından istifadə edərək, dəyəri aşağı olan “GameStop” şirkətinin səhmini dəfələrlə qaldıra bildilər. Düzdür, sonradan bu səhmin qiyməti, demək olar ki, əvvəlki səviyyəsinə qayıtdı. Bu, bir daha göstərir ki, internet və tətbiqlərin istifadəsi gələcəkdə maliyyə sahəsində yeni imkanlar açır.

Düşüncələrimiz:

Baş vermiş hal tarixə düşdü və artıq bu hadisə ilə bağlı “Netflix” filmin çəkilməsi üzərində işləyir. Təbii ki, bu baş vermiş hadisə hələ uzun müddət ərzində araşdırılacaq. Bununla bağlı məhkəmə çəkişmələrinin baş verməsi belə istisna deyil.

Böyük ehtimal, belə hallar ABŞ-da tənzimləyici orqanlarını mövcud qabaqlayacı tədbirlərin görülməsini həyata keçirməyə vadar edəcək. Bu, daha çox sadələşdirilmiş qaydalara yenidən baxılmaqla, bazar iştirakçılarına verilən lisensiya və razılıqlarda müəyyən tənzimləyici bəndlərin əlavə olunması ilə mümkün olacaq. Ümumiyyətlə, maliyyə sahəsində olmasa belə sosial şəbəkələrlə bağlı biz bunun şahidi oluruq. Xüsusilə, Avropada, ABŞ-da sosial şəbəkələr vasitəsilə çağırışlar edərək və insanları bir araya toplayaraq, həmin kütləni yönəltməklə bəzi dağıdıcı hərəkətlər etdikdən sonra dövlətlər bunu tənzimləmək üçün sosial şəbəkələrlə bağlı bəzi qanunlar qəbul etdi və bəzilərinin tətbiqi isə hələ ki, müzakirə obyektidir. Bir sözlə, bu tip hal bir daha tənzimləyici orqanları mövcud reallıqları nəzərə almaqla, düşünməyə vadar edəcək.

“Unicapital İnvestisya şirkəti “ ASC fəaliyyəti ilə bağlı lisenziyanı 8 yanvar 2016-cı il tarixində əldə edib. (Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən verilmiş 087910 nömrəli lisenziya)

Qeyd: Bu material şəxsi istifadə üçün nəzərdə tutulur və tövsiyə xarakterlidir.

Unicapital
08.02.2021 13:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ