Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Yanvar-fevral ayları üzrə neft-qaz göstəriciləri açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yanvar-fevral ayları üzrə neft-qaz göstəriciləri açıqlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Energetika Nazirliyinin yaydığı məlumata görə, 2021-ci ilin yanvar-fevral ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 5,8 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 342 min ton az olub.

Respublika üzrə neft hasilatının 3,9 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 628 min tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,3 milyon ton təşkil edib.

Hesabat dövründə 4,8 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 4,6 milyon tonu konsorsium, 255 min tonu isə SOCAR-in payına düşür. Neftin (kondensatla birlikdə) ixraca nəqli 2020-ci ilin müvafiq ayına nisbətən, təxminən 182 min ton, yəni 4 faiz azdır.

Cari ilin yanvar-fevral ayında ölkədə 6,8 milyard kub metr qaz hasil edilib. Qazın 2,2 milyard kub metri AÇG-dən, 3,4 milyard kub metri “Şahdəniz”dən, 1,2 milyard kub metri SOCAR-dan hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 3 faiz, yəni 196 milyon kub metr artımla qaz hasil edilib.

Hesabat dövründə xaricə qaz satışı 3,3 milyard kub metr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 32 faiz çoxdur. Cari ilin yanvar-fevral ayında 2020-ci ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 15,6 faiz çox, yəni 2 milyard kub metr, Avropaya təqribən 783 milyon kub metr, Gürcüstana isə 497 milyon kub metr qaz ixrac edilib. Bu dövrdə BTC boru kəməri sisteminə 18 milyon kub metr qaz verilib. Qeyd edək ki, TANAP ilə Türkiyəyə bu müddətdə 919 milyon kub metr qaz nəql olunub.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 mart 2021-ci il tarixinədək təqribən 558,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. AÇG-dən 527,8 milyon ton xam neft, “Şahdəniz”dən isə 30,9 milyon ton kondensat çıxarılıb. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2021-ci ilin 1 mart tarixinədək təqribən 558 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.

Yataqlar istismara veriləndən cari ilin 1 mart tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 178,9 milyard kub metr, “Şahdəniz”dən isə 138,2 milyard kub metr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 93 milyard kub metri ixraca nəql edilib.

Ölkədə neft emalı 2021-ci ilin yanvar-fevral ayında 1 milyon ton təşkil edib. Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 61,5 min ton az olub.

20.03.2021 12:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ