Mobil manşet üstü reklam_21

Lənkəran şəhərində də güzəştli mənzillər tikiləcək

5 il ərzində Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti nəticəsində ümumilikdə 3 279 ailə mənzil ilə təmin edilmişdir. Yaxın 2 il ərzində isə daha 6827 ailənin mənzillə təmin edilməsi planlaşdırılır.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Lənkəran şəhərində də güzəştli mənzillər tikiləcək
iç səhifə xəbər şəkil altı (mobil)_32

2021-ci ilin mart ayında Lənkəran şəhərində 1,5 hektar və Sumqayıt şəhərində isə 2 hektar torpaq sahəsi güzəştli mənzillərin tikintisinin reallaşdrılması məqsədi ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi sərəncamına verilmişdir.

Bu barədə Marja-ya Agentlikdən bildirilib.

Regionlarda yaşayan vətəndaşların mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə MİDA tərəfindən davamlı olaraq ölkənin digər şəhər və rayonlarında da vətəndaşların mənzilə olan ehtiyacı araşdırılaraq tələbatın daha çox olduğu yerlərdə torpaq sahələrinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

Qeyd edək ki, ötən müddət ərzində Agentliyə 2016-cı ildə Bakı şəhərinin Yasamal rayonunda əvvəlcə 11,6 hektar, 2017-ci ildə Suraxanı rayonunda 20 hektar və daha sonra Yasamal rayonunda 15,4 hektar, 2019-cu ilin əvvəlində Sumqayıt şəhərində 0,75 hektar, iyun ayında isə Gəncə şəhərində 6,23 hektar, 2020-ci ildə Suraxanı rayonunda 23,25 hektar torpaq sahələri ayrılmışdır. 

MİDA-nın ilk layihələri olan Yasamal Yaşayış Kompleksi (11,6 ha) və Hövsan Yaşayış Kompleksinin (20 ha) icrası tamamlanmış, növbəti 3 layihəsi (Yasamal Yaşayış Kompleksi (15.4 ha), Sumqayıt şəhərində reallaşdırılan layihə və Gəncə Yaşayış Kompleksi) üzrə tikinti işləri isə davam etdirilməkdədir. Paralel olaraq Suraxanı rayonunda 18,81 ha torpaq sahəsində yeni yaşayış kompleksinin tikintisinə başlanılmışdır.

2016-cı il dekabrın 24-də Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin, 2017-ci il dekabrın 24-də isə Hövsan Yaşayış Kompleksinin təməli qoyulmuşdur. 2018-ci ilin dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Agentliyin ilk layihəsi Yasamal Yaşayış Kompleksinin açılışında iştirak etmiş, həmçinin 15,4 hektar torpaq sahəsində reallaşdırılacaq yeni yaşayış kompleksinin təməlini qoymuşlar. 2020-ci ilin mart ayının 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hövsan Yaşayış Kompleksinin açılışında iştirak etmiş, iyunun 24-də isə Gəncə şəhərində yaşayış kompleksinin tikintisi ilə tanış olmuşlar.

Hesabat dövrü ərzində (2016-2020) Yasamal Yaşayış Kompleksi və Hövsan Yaşayış Kompleksində ümumilikdə 4805 mənzil, 2 orta təhsil məktəbi, 3 uşaq bağçası, 1 tibb mərkəzi inşa olunmuşdur. Yasamal Yaşayış Kompleksində yerləşən 1633 güzəştli mənzilin satışı tam başa çatdırılmış, Hövsan Yaşayış Kompleksində satışa çıxarılan mənzillərdən isə 655-nin rəsmiləşdirilməsi yekunlaşdırılmışdır. 21 aprel 2021-ci il tarixində isə Hövsan Yaşayış Kompleksində yerləşən növbəti 503 mənzilin satışı həyata keçiriləcək.

Bu müddət ərzində “Güzəştli mənzil” sistemi vasitəsilə ümumilikdə 2288 mənzil vətəndaşlara təqdim edilmişdir. Mənzilə sahib olmuş vətəndaşlardan 1345 nəfərinin yaşı 35-ə qədərdir.

Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq MİDA tərəfindən dövlət sifarişi əsasında dövlət orqanları, təşkilatları və müəssisələrinin işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə də mənzillər ayrılır. Müvafiq qurumların müraciətlərinə əsasən Agentliyin layihələrindən ümumilikdə 1418 mənzil dövlət sifarişi əsasında ayrılmışdır. Bu mənzillərdən 991-nin rəsmiləşdirilməsi başa çatdırılmışdır.

Beləliklə, 5 il ərzində Agentliyin fəaliyyəti nəticəsində ümumilikdə 3 279 ailə mənzil ilə təmin edilmişdir. Yaxın 2 il ərzində isə daha 6827 ailənin mənzillə təmin edilməsi planlaşdırılır.

Bununla yanaşı, Azərbaycan Respublikası vətəndaşlarının güzəştlə mənzil əldə etmələrinə şərait yaradılmasına dair ölkə başçısının tapşırıqlarına uyğun olaraq MİDA tərəfindən Yasamal rayonunda 15,4 hektar ərazidə 2202 mənzilin, 350 yerlik üç uşaq bağçasının, 1200 şagird yerlik orta təhsil məktəbinin, Gəncə şəhərində 6,23 hektar ərazidə 986 mənzilin, 125 yerlik uşaq bağçasının, 1176 şagird yerlik orta təhsil məktəbinin, Sumqayıt şəhərində 0.75 hektar ərazidə 144 mənzilin tikinti işləri tamamlanmaq üzrədir.

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə reallaşdırılan yeni yaşayış kompleksində isə 2950 mənzilin, 240 yerlik bir uşaq bağçasının, 1920 şagird yerlik orta təhsil məktəbinin tikintisinə başlanılmışdır. 

Qeyd edək ki, MİDA-nın layihələrində yaşayış binalarının tikintisi ilə yanaşı, insanların rahat yaşayışı üçün geniş həyətlər, yaşıllıq zonaları, uşaq-oyun meydançaları da istifadəyə verilir. Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilir və inşa olunur. Layihələndirmə zamanı ərazilərin yaşıllaşdırılması və abadlaşdırılmasına xüsusi diqqət yetirilir. Komplekslərin ərazisində müasir şəhərsalma prinsiplərinə uyğun olaraq nəqliyyat infrastrukturu yaradılır, piyadaların və nəqliyyat vasitələrinin rahat, maneəsiz və təhlükəsiz hərəkəti təmin edilir. Bütün yol kəsişmələrində əlilliyi olan şəxslər üçün panduslar quraşdırılır, velosiped yolları çəkilir. Sakinlərin avtomobillərinin saxlanması üçün parklanma yerləri də ayrılır.

Vətəndaşlara güzəştli şərtlərlə təklif edilən bütün mənzillər tam təmirli olur, həmçinin mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilir. Mənzillər illik 4%, minimal ilkin ödəniş məbləği mənzilin satış qiymətinin 10%-i və müddəti 30 ilədək olan güzəştli ipoteka krediti ilə təklif edilir. Bundan əlavə mənzili öz vəsaiti hesabına əldə etmək istəyən vətəndaşlara isə əlavə 10% güzəşt tətbiq edilir

Agentliyin fəaliyyəti ilə bağlı önəmli hadisələrdən biri də mənzilləri güzəştlə əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin real vaxt rejimində qeydiyyatının aparılmasını və mənzillərin güzəştli şərtlərlə satışını təmin edəcək şəffaf elektron sistemin yaradılması olub. Bu məqsədlə “Elektron hökumət” portalında “Güzəştli mənzil” sistemi yaradılıb və 2017-ci il mayın 30-dan müraciətlərin qeydiyyatına başlanılıb. Ötən müddət ərzində 16 000-dən çox vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənərək, həmin şəxslər üçün fərdi elektron kabinetlərin yaradılması təmin olunub. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdirlər.

Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” ilə müəyyən edilən tədbirlər planına uyğun olaraq MİDA fəaliyyəti dövründə dövlət-özəl tərəfdaşlığı layihələrini də həyata keçirmişdir. Ümumilikdə 5 il ərzində dövlət-özəl tərəfdaşlığı çərçivəsində MİDA-nın reallaşdırdığı layihələrə çoxmənzilli yaşayış binalarının tikintisi, telefon, televiziya və internet xətlərinin çəkilməsi və sakinlərə müvafiq xidmətlərin göstərilməsi üzrə 80 milyon manata yaxın özəl investisiya cəlb edilmişdir.

Fəaliyyəti dövründə Agentlik tərəfindən müxtəlif sosial və ekoloji aksiyalar da təşkil edilmişdir. Bu tədbirlər çərçivəsində dövlətin sosial siyasətinə dəstək məqsədilə xeyriyyə fondlarına ianələr edilmiş, şəhid ailələri, müharibə veteranları, aztəminatlı ailələrə yardımlar paylanılmışdır. Bununla yanaşı müxtəlif vaxtlarda keçirilən ağacəkmə aksiyaları zamanı Agentliyin və onun tabeliyində olan “MİDA” MMC-nin əməkdaşları tərəfindən 8000-ə yaxın ağac əkilmişdir.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi 5 ildir vətəndaşlara xidmət edir. Həmin gün, Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli 858 nömrəli Fərmanı ilə ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların güzəştlə mənzil əldə etmələrinə şərait yaratmaq məqsədilə yaradılan Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətə başlamasının 5-ci ildönümü ilə əlaqədar qurumun inzibati binasında tədbir keçirilib.

5 illik fəaliyyətin nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunan iclası giriş sözü ilə Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov açıb. O, qurumun yaradılmasının 5-ci ildönümü münasibəti ilə həmkarlarını təbrik edərək ötən dövr ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Sadıqov bildirib ki, Azərbaycan Respublikası vətəndaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi daim ölkə başçısının diqqət mərkəzindədir. Ölkədə aztəminatlı ailələrin güzəştli şərtlərlə mənzillərlə təmin edilməsi məsələsinə cənab Prezident tərəfindən ayrılan xüsusi diqqətin daha bir göstərcisi 2016-cı il 11 aprel tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması oldu.

Agentlik fəaliyyətə başladığı ilk gündən öz işini Azərbaycan Respublikası Prezidentinin dəyərli tövsiyə və göstərişlərinə əsaslanaraq təşkil etmişdir. Sadiq Sadıqov qeyd etdi ki, ölkə başçısının insanların yaşayış sahələrinə olan ehtiyacının ödənilməsi və rahat yaşayışının təmin olunması məsələsinin həllinin prioritet kimi müəyyən edilməsi, həmçinin Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətinə göstərdiyi dəstək qarşıya qoyulan vəzifələrin uğurla reallaşdırılmasına öz töhfəsini verir.

12.04.2021 15:20

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 5-ci-2_28
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
InvestAZ