Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Bir sıra xidmətlərdən banklar istifadə edə bilmirlər" - MÜSAHİBƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bir sıra xidmətlərdən banklar istifadə edə bilmirlər" - MÜSAHİBƏ
"Unibank" ASC-nin Baş Hüquq və Komplayens inzibatçısı Əfqan Baxışov
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Müasir dünyanın tələblərindən biri kimi bu gün Azərbaycanda da maliyyə və bank sektorunda rəqəmsallaşmaya keçid, yeni texnoloji vasitə və üstünlüklərin tətbiqi və ümumilikdə sektorun elektronlaşması iqtisadiyyatın gələcək hədəflərindəndir.

Azərbaycanın bank sektorunda rəqəmsallaşma ilə bağlı mövcud vəziyyət, infrastruktur, problemlər, diqqətə alınmalı məqamlar, bu istiqamətdə görülən işlər və perspektivlərlə bağlı "Unibank" ASC-nin Baş Hüquq və Komplayens inzibatçısı Əfqan Baxışovla müsahibəni təqdim edirik.

- Azərbaycanda dövlət və banklar elektron bankçılığa keçidə nə dərəcədə maraqlıdır?

- Bu gün bizdə prioritet sahələrdən biri maliyyə və bank xidmətlərində rəqəmsallaşmaya keçiddir. Burda əsas məqsəd son müasir texnoloji inkişafdan istifadə etməklə xidmətlərin əhaliyə çatdırılmasıdır. Dövlət bilir ki, rəqəmsallaşmanın tətbiqi ilə maliyyə xidmətləri daha böyük kütlə üçün, yəni həm fiziki şəxslər, həm də biznes subyektləri üçün daha əlçatan və daha rahat əldə olunan olacaq. Xüsusilə də pandemiya şəraitində insanların bu sahəyə ehtiyacı daha çox artıb. İnsanlar maliyyə xidmətlərini evdən və ya mobil telefondan almaq istəyirlər. Bu zaman vətəndaş üçün xidmət daha sürətli, daha şəffaf və daha rahat olur. Banklar üçün də rəqəmsallaşmanın tətbiqi gəlirliyi daha çox artırır. Çünki fərqli müasir xidmətlər nəticəsində daha çox müştəri bazası yaranır.

- Bu gün bankların rəqəmsal transformasiyaya keçid sürətini necə qiymətləndirə bilərik?

- Rəqəmsallaşma özü bir keçid mərhələsidir. Rəqəmsallaşmada yanaşma hansısa biznes modelində dəyişikliklərin baş verməsi prosesidir. İnsanlar arıtq “hard copy”dən, fiziki sənədləşmədən və digər məsələlərdən İT həllərin tətbiqinə keçidə üstünlük verirlər. Rəqəmsal transformasiya hər bir fəaliyyətin tam rəqəmsallaşa bilməsi, İT texnologiyalar üzərində qurulmasıdır ki, dövlətin də məqsədi buna keçiddir.

2007-2009-cu illərdə ABŞ-da olan və dünyaya yayılan maliyyə böhranı və bizdə də devalvasiyadan sonra bank sistemində canlanmanın təmini, inamın artırılması və digər məsələlər bank sistemində rəqəmsal transformasiyaya ehtiyacı daha da artırdı. Banklarda, xüsusilə son dövrlərdə rəqəmsallaşmaya keçidlə bağlı sürətlənmə hiss olunur. Çünki yeni İT həllərin maliyyə xidmətlərinə çıxışı və ümumiyyətlə xidmət sektorunda tətbiqi bu texnologiyalardan istifadə etməklə gəlirliliyin nə qədər artırıla bildiyini göstərdi. Lakin onu da nəzərə almaq lazımdır ki, rəqəmsallaşma əhəmiyyətli dərəcədə investisiya və peşəkar insan kapitalı da tələb edir. Bu amillərə və bankların biznes strategiyasına da uyğun olaraq rəqəmsal texnologiyalar fərqli hədlərdə tətbiq edilir. Bəzi banklar rəqəmsallıqda daha çox irəlidə, digəri isə daha geridə ola bilir.

- Dövlət tərəfindən bank sistemində rəqəmsallaşmaya keçidlə bağlı atılan addımları necə dəyərləndirmək olar?

- Dövlətin siyasətində də rəqəmsallaşmaya keçidlə bağlı aydın strategiya var. Bu baxımdan, məsələn, 2016-cı ildə tətbiq olunmuş Azərbaycan Respublikasında Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi, daha sonra isə Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi hazırlanıb. 2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişlənməsi üzrə Dövlət Proqramı mövcud olub. Bütün bunlar həm dövlətin siyasi iradəsini göstərir, həm də həmin siyasət sənədləri xüsusilə də ödəniş sistemləri infrasturkruunun inkişafına nail olmaq məqsədi daşıyırdı.

Bank sektorunda son dövrlərdə baş verən əhəmiyyətli sənədlərdən biri Konstitusiya Məhkəməsinin 2020-ci il 12 avqust tarixli qərarı oldu. Bu qərarla Konstitusiya Məhkəməsi bir çox banklar, müştərilər üçün müəyyən sual doğuran məqamlara aydınlıq gətirdi. Analoq imza tərəflər arasında imzanın alternativi kimi daha geniş istifadəsinin əsaslarına aydınlıq gətirdi. Bu vaxta qədər bizdə bütün sənədlərin imzalanması bir qayda olaraq ya şəxsin iştirakı ilə fiziki imza ya da şəxsin elektron imzası ilə həyata keçirilirdi. Digər hallarda hansısa bir formada sənədin tətbiqinin mümkünlüyü və həddi aydın olmadığından problemlər yaranırdı. Artıq Konstitusiya Məhkəməsi öz rəyi ilə məsələyə tam aydınlıq gətirdi ki, tərəflər hətta ilk müqaviləni belə analoq imza ilə bağlaya bilərlər. Bu, müştərilər və banklar üçün böyük yeni imkanlar açır və rəqəmsallaşmaya keçid üçün də çox mühüm təkandır. Banklar artıq öz sistemlərinin buna uyğunlaşdırılmasını həyata keçirirlər.

- Bundan öncə Mərkəzi Bank tərəfindən məsafədən bank hesabının açılması ilə bağlı qaydalar tərtib olunmuşdu...

- Bəli, 2019-cu ildə “Bank hesablarının açılması, aparılması və bağlanması qaydaları” qəbul edilib. Həmin qaydalarda məsafədən bank hesabının açılması ilə bağlı hissələrin olması çox mühüm irəliləyiş idi. Bununla şəxslər elektron imza və videogörüntü vasitəsilə məhdudiyyətsiz və ya yalnız videogörüntü və ya müvafiq informasiya ehtiyyatı vasitəsilə identifikasiya ilə bank hesabları aça və ya müəyyən məhdudiyyətlərlə, müvafiq olaraq illik əməliyyatların ümumi məbləği 6 000 manat və ya 500 manat həddində əməliyyatlar apara bilərlər. Hesab edirəm ki, rəqəmsallaşmaya keçidin gücləndiyi və yeni qərarların mövcud olduğu indiki şəraitdə pul risklərinin idarə edilməsi və müvafiq texniki tələbləri müəyyənləşdirmək şərtilə həmin limitlərin artırılmasına yenidən baxmaq olar.

Mühüm məqamlardan biri də odur ki, ödəniş sistemləri haqqında qanun layihəsinin hazırlanması artıq yekunlaşmaq üzrədir. Bu layihənin də qəbulu rəqəmsallaşmada çox mühüm əhəmiyyət daşıyacaq. Çünki layihə müasir yanaşmalara uyğun, beynəlxalq ekspertlərin də iştirakı ilə uzun müddət işlənilmiş və təkmilləşdirilmiş bir layihədir. Layihədə elektron imza kimi yeniliklər olacaq. Bu layihə ödəniş xidməti təchizatçıları ilə bağlı müxtəlif tələblərlə yanaşı bir çox əlavə yenilikləri, o cümlədən “sandbox”u (müvəqqəti istinaedici yanaşmanın tətbiqi üçün hüquqi əsas) da özüylə gətirəcək ki, bu da bazarda bank xidmətlərinin genişlənməsinə öz təsirini göstərəcək.

- Rəqəmsal bankçılıq sisteminə keçid mərhələsində gələcəklə bağlı nəzərə alınmalı və ehtiyyatla davranılmalı məqamlar hansılardır?

- Bir sıra məqamlar var ki, onları həm nəzarət orqanları, həm də banklar nəzərə almalıdır. Məsələn, yeni texnoloji həllər genişləndikcə, bu bankların biznes modelinə mütləq şəkildə təsirini göstərəcək. Bu təsirlərin müsbət və ya mənfi yöndə olacağı əvvəlcədən qiymətləndirilməlidir. Böyük şirkətlər var ki, onlar artıq maliyyə xidmətləri bazarında iştirakçıya çevrilirlər. Məsələn, mobil operatorlar. Əvvəl onlar maliyyə xidmətlərinin göstərilməsində iştirakçı deyildilər, indi isə iştirak edirlər. İnformasiyanın ötürülməsi və analoq imzanın tətbiqi nəticəsində onlar istər-istəməz bazarda iştirakçıya çevrilirlər. Bu gün bizdə hansısa informasiyanın ötürülməsi barədə qanunvericilik tələbinə görə, bir sıra xidmətlərdən banklar istifadə edə bilmirlər. Amma gələcəkdə Azərbaycanda skorinq şirkətlərinin olması istisna olurmur. Skorinq şirkəti kənar üçüncü şirkət olaraq sən ona məlumatı ötürdüyündə o sənə yeni yanaşma ilə tamamilə fərqli bir skorinq təqdim edə bilər. Bu xidmətlərin də gələcəkdə tətbiq olunacağı istisna deyil. Yaxud hansısa yeni iştirakçıların bu proseslərdə iştirakı da gözləniləndir. Məsələn, hansısa məlumatların banklarda yox, etibarlı bir üçüncü subyektdə saxlanılması imkanları ola bilər. Bunlar gələcək yeniliklər olacaq. Bunlardan irəli gələn məsələlərin necə tənzimlənəcəyi mütləq nəzərə alınmalıdır. İT həllərin tətbiqi yeni kiber və maliyyə risklərini artırır. Bu risklərin də tənzimlənməsinə mütləq xüsusi diqqət yetirilməlidir.

Onu da nəzərə almaq lazımdır ki, həm banklar, həm də nəzarət orqanı üçün xidmətlər genişləndikcə məlumat bazası da artır. Məlumatların analiz imkanları çoxalır. Bu analizləri edə biləcək müasir İT həllərə əsaslanan sistemlərin formalaşdırılması vacibdir. Yeni resursların formalaşdırılması, bu gün bank sektorunda mövcud olan tək İT mütəxəssislərinin yox, eyni zamanda risk mütəxəssislərinin, biznes mütəxəssislərinin müvafiq biliklərə malik olmadıqları diqqətə alınmalıdır. Mütəxəssis bazasının formalaşdırılması üçün təhsildə yeni texnoloji həllərlə bağlı fənlərin təbiqinin genişləndirilməsi, bununla bağlı təhsil ocaqlarında praktiki hissənin artırılması, bankların təhsil müəssisələri ilə əməkdaşlığa cəlb edilməsi müsbət təsirə malik olar. İstehlakçıların hüququnun qorunması və yeni texnoloji həllərdən istifadə barədə maarifləndirici tədbirlərin genişləndirilməsi də məqsədəuyğundur.

- Bu sahədə dünya təcrübəsindən götürə biləcəyimiz daha hansı yeniliklər ola bilər?

- Yaxşı olar ki, yeni texnoloji həllərə keçid hissəsində dünyadan tətbiq olunan təcrübələrdən biri olan “sandbox” təcrübəsi tətbiq olunsun. İkinci məsələ prinsip əsaslı tənzimləmənin genişləndirilməsidir. Bizdə hazırda daha çox qayda əsaslı tənzimləmə tətbiq olunur. Amma prinsip əsaslı tənzimləmə imkan verir ki, nəzarət orqanına veriləcək səlahiyyətlər baxımından bir qədər fərqli yanaşma olsun və fəaliyyət imkanları müəyyən həddə genişləndirilsin.

Avropa Birliyi çərçivəsində etibarlı texnolji həllərin və süni intellektin tətbiqi ilə bağlı müxtəlif hüquqi sənədlər mövcuddur. Onlardan biri Avropa Mərkəzi Bankının süni intellektlə bağlı təlimatıdır ki, bu təlimatda ən müasir yanaşmaların kriteriyaları, məsələn hüquqilik, etiklik və dayanıqlılıq kimi məsələlər əks olunur. Hansısa bank bir yeniliyi tətbiq etməzdən əvvəl həmin kriteriyalara cavab verilməsini daha rahat qiymətləndirə bilir. Yaxşı olardı ki, bizdə də belə bir sənəd hazırlansın.

Marja.az Telegramda: https://t.me/marjaaz

"Report"

20.04.2021 16:13

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ