Gül istehsalçılarının əsas problemləri açıqlandı - "ELEKTRİK ENERJİSİNİN QİYMƏTİ...."
Xarici ölkələrin bir çoxunda iqtisadiyyatda önəmli mövqe tutan istehsal sahələrindən biri də gül istehsalıdır. Hollandiya, Kolumbiya, Ekvador, Keniya, Zimbabve, Zambiya, Tailand kimi ölkələr dünyada əsas gül ixracatçılarından sayılırlar.
Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyasının sədri Cavid Axundov açıqlamasında ilk öncə Azərbaycanda gül istehsalı ilə bağlı mövcud vəziyyətdən danışıb:
“Gülçülük sənayesində əsas rolu qızıl güllər oynayır. Azərbaycanda indi qızılgül istehsal edən dörd ən iri istixana kompleksi var. Bu komplekslər sənaye üsulu ilə qızılgül istehsal edirlər. Bunlar Zirədə yerləşən “Az-Roza” şirkətinə, Qala kəndində “Azerbaijan Flowers Company” şirkətinə, Qəbələdə “Azrose” şirkətinə, Şəmkirdə “AzAqro” şirkətinə məxsus istixanalardır. Azərbaycanın ümumi gülçülük sektorunun yarıdan çoxunu həmin sənaye müəssisələrində istehsal olunan güllər təşkil edir. Onlar qızılgül istehsal edirlər. Ondan başqa bizim daxili bazarda tülpan, gerbera kimi güllər də mövcuddur”.
Bununla yanaşı Assosiasiya rəhbəri qarşıya qoyduqları hədəflərdən danışıb:
“Hazırda bizim qurumda 7 üzv birləşib. Biz təsis yığıncağını keçirdik. Amma Assosiasiya rəsmi şəkildə yaxın həftələrdə qeydiyyatdan keçəcək. Qeydiyyat prosesinin 90 %-i tamamlanıb. Artıq formal addımların atılması qalıb ki, bunlar da yaxın zamanlarda atılacaq.
Assosiasya olaraq əsas məqsədimiz kiçik sahibkarlara dəstək göstərmək, bütün qızılgül və başqa güllərin istehsalçı, ixracatçı və idxalatçılarının mənafeyini qorumaq və dövlət qarşısında vahid bir təkliflərlə çıxış etməkdir. İl ərzində bir sıra görüşlər keçərəcəyik və həmin görüşlərə kiçik sahibkarları da dəvət edəcəyik. Bu görüşlərdə onların maarifləndirilməsi üçün addımlar atılacaq və onlara yeni üsullar, gübrə, bioloji mücadilə və digər məsələlər barədə məlumatlar veriləcək. Hər bir gülçü hansısa mövzuda dövlətə ayrı-ayrılıqda sorğu göndərsə, bu səmərəli olmaz. Çünki sorğular vahid bir platforma adından getməlidir. Assosiasiya tərəfindən sənaye xeyrinə atılan addımlar təkcə iri sahibkarlar üçün deyil, bütün iştirakçılar üçün olacaq.
Hazırda gülçülükdə əsas problemlər gübrə, elektrik enerjisinin qiyməti və kimyəvi qatqılarla bağlıdır. Qızılgül və başqa güllərin istehsalında bioloji mücadilədən istifadə olunur. Biz onların subsidiyalaşdırılması, idxal zamanı gömrük rüsumlarının azaldılması məqsədilə dövlətə müraciət edəcəyik. Fəaliyyətimiz zamanı əsasən kiçik sahibkarların mənafeyinin qorunmasına önəm verəcəyik”.

C.Axundov bildirib ki, bu il Azərbaycan gülçülərinin yeni bazarlara çıxması reallaşa bilər:
“Azərbaycandan xaricə gül ixracında əsas hədəflənən bazarlar Rusiya, Gürcüstan və Yaxın Şərq, xüsusilə də Dubay bazarlarıdır. Gələcəkdə Asiya bazarı, əsasən də Çin bazarına çıxış barədə də fikirləşmək olar. Çünki bunlar çox perspektivli bazarlardır. Bu il yeni bazarlara açılmaq barədə planlar var. AZPROMO-nun dəstəyi ilə Azərbaycan gülçülərinin Rusiya, Yaxın Şərq, Orta Asiya bazarlarına çıxışı planlaşdırılır. Hələ ki, proseslər yetkin bir mərhələdə deyil və bu barədə detallı şəkildə danışmaq üçün tezdir”.
Assosiasiya sədri güllərin hazırkı qiymətləri barədə də məlumat verib:
“Xarici bazarlarda qiymətlər gülün növünə görə dəyişir. Azərbaycanda yetişdirilən elə gül var ki, xarici bazarlarda çox rəqabətli hesab olunur. Elə güllər də var ki, onlar xaricdən Azərbaycana idxal olunur. Pandemiya bazarlarda güllərin qiymətlərini aşağı salıb. Çünki qızılgül və başqa güllərə tələbat qat-qat azalıb. Pandemiya ilə əlaqədar Azərbaycanda toy-nişan məclislərinin keçirilməsinə qadağa qoyulub. Güllərin də böyük qismi toy-nişan mərasimləri və digər tədbirlər üçün istifadə olunurdu. Belə olan halda, tələbat azaldığı üçün qiymətlər də aşağı enib”.
Xatırladaq ki, bu il aprelin 16-sında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzində keçirilən toplantıda “Azərbaycan Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyası”nın təsis olunması barədə qərar qəbul olunub. Müzakirələrdən sonra qurumun nizamnaməsi təsdiq edilib. Səsvermə nəticəsində Cavid Axundov Assosiasiyanın sədri seçilib. Bundan başqa, Assosiasiyanın 7 nəfərdən ibarət İdarə Heyəti də formalaşdırılıb.
Marja.az Telegramda: https://t.me/marjaaz
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
-
11 saat əvvəl
AutoStar Kaukasus yeni S-Class modelini ilk dəfə Azərbaycanda təqdim etdi
-
12 saat əvvəl
Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb
- 12 saat əvvəl
-
13 saat əvvəl
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
- 15 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Kürdəmirdə “Bazarstore” açılır
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
"ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib"
Azərbaycanda şirkətlərin sayı 6 faizə yaxın artıb
Avqustun 13-də gözlənilən hava şəraiti
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib





















