Azərbaycanda ilk dəfə Kinoa bitkisi becəriləcək
Vətəni Cənubi Amerika olan Kinoa adlı bitki Azərbaycanda da becəriləcək. Kinoa bitkisinin ölkəmizdə ilk dəfə mədəni şəkildə səpini aparılıb.
Bitkinin sınaq səpini Beyləqan rayonunda yerləşən Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin təcrübə stansiyasında həyata keçirilib. Səpin işləri regional mərkəzin və Əkinçilik Elmi-Tədqiqat İnstitutu əməkdaşlarının birgə təşkilatçılığı ilə elmi əsaslara söykənilərək gerçəkləşdirilib. İlkin mərhələdə sınaq məqsədilə Kinoa əkini üçün 1 hektar ərazi ayrılıb. Sahədə aqrotexniki işlər görülüb və səpinə hazır vəziyyətə gətirilib.
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev bildirib ki, bu layihə ölkəmizdə ilk dəfə Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə gerçəkləşdirilir. Kinoa bitkisinin ölkədə əkilməsi əvvəlki illərdə Milli Elmlər Akademiyası tərəfindən də elmi əsaslara uyğun olaraq öyrənilib. Türkiyədən gətirilən toxumun səpini Elmi-Tədqiqat İnstitutu tərəfindən həm Milli Elmlər Akademiyasının təcrübəsindən bəhrələnməklə, həm də elmi əsaslara uyğun olaraq aparılır.
İlkin mərhələdə Kinoa bitkisinin cərgəvarı və tirə üsulu ilə əkilməsi planlaşdırılır. Məqsəd bitkinin qidalılıq dəyəri ilə yanaşı, həm də regionlara uyğun xarakterik xüsusiyyətlərini öyrənməkdir. Buna görə bitkinin təkcə Beyləqanda deyil, digər bölgələrdə də əkilməsi planlaşdırılır. Hansı regionda yaxşı məhsuldarlıq alınacaqsa, həmin ərazilərdə Kinoanın kütləvi əkini gerçəkləşə bilər.
Beyləqan Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru Mirağa Kazımov söyləyib ki, Kinoa suya tələbkar olsa da, bitkinin innovativ qaydada suvarılması əsas şərtdir. Bu amil isə həm suya qənaət etməyə imkan verir, həm də torpağı şoranlaşmadan qoruyur. Eyni zamanda, bitki lazımi səviyyədə su içə bilir. Bu bitki yerli iqlimə uyğun olacağı təqdirdə, fermer təsərrüfatlarında geniş yayılması üçün təsərrüfatlarda təbliğat aparılacaq.
Kinoa bitkisinin səpini və becərilməsində istifadə olunan aqrotexniki qaydalardan danışan Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Sevil Abbasquliyeva bildirib ki, bir hektara təxminən 5 kiloqram toxum səpilir. Toxumlar kiçik olduğu üçün torpaqdakı dərinliyi 1-2 santimetr olmalıdır. Cərgəarası məsafə isə 45-60 santimetr arasında dəyişə bilər. Bitkinin vegetasiya dövrü 120 gündür və sentyabrda məhsul yığılması nəzərdə tutulub. Məhsuldarlıq isə regiona uyğun olaraq dəyişir. Məsələn Kinoa bitkisindən Türkiyədə quraqlıq şəraitdə hər hektara 1,5 ton, suvarılan ərazilərdə isə 2-3 ton məhsul yığılır. Kinoa bitkisinin vətəni olan Cənubi Amerikada isə bir hektar sahədən doqquz ton məhsul əldə edilir.
Qeyd edək ki, Kinoa bitkisi dünyada çox yayılmasa da, tərkibindəki protein və yağ kütləsinə görə seçilir. Bu bitkinin dənindən, yaşıl kütləsindən, həmçinin yarpağından da istifadə edilir. Təsadüfi deyil ki, Kinoa bitkisindən əldə olunan qida məhsulunu “kosmonavt yeməyi” də adlandırırlar. Hətta gələcəkdə hər hansısa fəlakət baş verərsə və ya qlobal çətinlik yaranarsa, Kinoa bitkisi “Bəşəriyyətin xilaskarı” da hesab edilir.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
7 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)






.jpg)










