Uzun iş saatları öldürür – ARAŞDIRMA
Hər il 700 mindən çox insan bu səbəbdən ölür və 2000-ci illə müqayisədə ölüm halları 29% artıb.Sutka ərzində həddən artıq uzun müddət işləmək hər il dünyada 100 minlərlə insanın həyatına son qoyur. Ümümdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Əmək Təşkilatının birgə araşdırması maraqlı nəticələr üzə çıxarıb....
Marja xəbər verir ki, bugün Environment International jurnalında dərc olunan və 2000-2016-cı illərdə 194 ölkədə normadan artıq çox işləyən insanların xəstəlikləri ilə əlaqədar aparılan araşdırma bu tipli ilk beynəlxalq tədqiqatdır. Nəticələr təkcə 2016-cı ildə 745 min şəxsin insult və ürəyin işemik xəstəliyi nəticəsində dünyasını dəyişdiyini ortaya çıxarıb. Bu isə 2000-ci illə müqayisədə 29% artım deməkdir. Həmçinin, 2000-2016-cı illər arasında normadan artıq iş saatlarına görə ürək xəstəliklərindən ölüm halları 42%, insulta görə ölüm isə 19% artıb.
Araşdırma göstərir ki, 35-40 saatlıq iş həftəsi ilə müqayisədə, həftədə 55 saat və daha artıq çalışmaq insult riskini 35%, ürəyin işemik xəstəliyindən ölüm riskini isə 17% artırır. 2016-cı ildə 488 milyondan artıq insan həftədə 55 saatdan artıq işləyib və əsas risk qrupuna daxildir. İşlə əlaqədar xəstəlik həddi ən çox Qərbi Sakit Okean regionunda (Çin, Cənubi Koreya, Avstraliya və Yaponiya) və Cənub-Şərqi Asiyada qeydə alınıb. Bu bölgədə ölüm hallarının 72%-nə kişilər arasında rast gəlinir.
Narahatlığa əsas verən tendensiya....
Tədqiqatın pandemiya dövrünü əhatə etməməsinə baxmayaraq, normadan artıq işləyən insanların sayı getdikcə artır və hazırda dünya əhalisinin 9%-ni təşkil edir. ÜST rəsmiləri pandemiyada əksər sahələrin evdən iş rejiminə keçdiyini, bu səbəbdən isə iş saatlarının faktiki olaraq daha da artdığını bildirir.
Hesabatla tam şəkildə bu linkdən tanış olmaq mümkündür:
https://www.sciencedirect.com/science/article/pii/S0160412021002208
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





