Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Şirkətimiz qeyri-neft sektoru üzrə ixrac lideridir” - MÜSAHİBƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Şirkətimiz qeyri-neft sektoru üzrə ixrac lideridir” - MÜSAHİBƏ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“MKT İstehsalat Kommersiya” MMC-nin İdarə Heyətinin üzvü Rüfət İsmayılov ilə müsahibə

-Rüfət bəy, ilk öncə “MKT İstehsalat Kommersiya” MMC haqqında ümumi məlumat verərdinz.

Reklam_3_11

- “MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 illik iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-ində pambığın yetişdirilməsi, tədarükü və daha sonra pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.

“MKT İstehsalat Kommersiya” MMC xam pambıqdan əsasən mahlıc, çiyid habelə lint, uluk və tiftik əldə edərək iplik , pambıq yağı, pambıq toxumu və jımıx istehsalını həyata keçirməkdədir. Bu məhsullar əsasən Türkiyə, İran, Rusiya və digər MDB ölkələrinə ixrac edilir. 

Rayonlarda yerləşən pambıq emalı, qəbul məntəqəsi və innovasiya filiallarından başka “MKT İstehsalat Kommersiya” MMC-nin Bakı şəhəri ərazisində xam pambıq mahlıcından iplik istehsal edən Bakı İplik Fabriki və Şirvan şəhərində çiyiddən pambıq yağı istehsal edən Şirvan Yağ Emalı Zavodu da fəaliyyət göstərməkdədir.

Şirkətimiz tərəfdaşlarına və alıcılara öz mallarının yüksək keyfiyyətinə və vaxtında çatdırılmasına zəmanət verir. Cəmiyyətimizin inkişaf dinamikasını qorumaq üçün strateji əhəmiyyətli regional filiallarda əsaslı təmirlər, yenidənqurma işləri və modernizasiyalar həyata keçiririk.

Zavod və müəssisələrimizə yeni və daha müasir Türkiyə, ABŞ, Özbəkistan, İsveçrə və Ukraynada istehsal olunmuş avadanlıqlar, texniki vasitələr cəlb edirik.

“MKT İstehsalat Kommersiya” MMC hazır məhsulları üzrə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Uyğunluq Sertifikatı almışdır.

2019-2020 mövsümündə şirkətimiz 45,000 Ha sahədən rekord göstərici olan 35.6 sentner/Ha xam pambıq tədarük etmişdir. Cari ilin Yanvar, Fevral və Mart  ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində “MKT İstehsalat Kommersiya” MMC birinci yerdə qərarlaşmışdır. Hal-Hazırda müəssisəmizdə işçi sayı 3200 nəfərdir və regionlarda 23 filialımız fəaliyyət göstərməkdədir.

- Son illərdə şirkətin pambıqçılıq sahəsində olan naliyyətlərinin səbəbi nələrdir?

-Şirkətimiz Azərbaycanda pambıq və dənli bitkilərin əkinində və əkin sonrası emal prosesində uzun illər boyunca mühüm təcrübələr qazanmışdır. Bu təcrübələrin yanında daima inkişafa meyilli addımlar atmağımız, yeni əkin texnologiyaları, suvarma sistemləri tətbiq etməyimiz də, naliyyətlərimizin artmasına gətirib çıxarmışdır. İşimizdə uğurlu olmaq üçün işimizin bütün addımlarını yüksəs ixtisas biliklərinə sahib əməkdaşlarımızla hər bir detala xüsusi diqqət yetirərək, yüksək məsuliyyətlə icra edirik.  Qeyd edim ki, yeni fermerlərlə müqavilə bağlanılan zaman ilk öncə ərazinin elektron xəritəsi çıxarılır və ərazinin su təminatı, torpağın məhsuldarlıq səviyyəsi ölçülür. Aparılan analizlər nəticəsində torpağın məhsuldarlığını artırmaq və ya əraziyə uyğun əkin texnologiyası tətbiq edilməsi üçün işlər görülür. Yeni fermerlərdən başqa uzun illər əməkdaşlıq etdiyimiz fermerlərin əkin sahələrində də  müntəzəm olaraq  analizlər aparılır, torpağların məhsuldarlığının artırılması üçün tədbirlər görülür.

Məhsuldarlığın yaxşı olması üçün əkindən əvvəl və əkin sonrası tədbirlər də önəmlidir. Əkindən əvvəl görülən şumlama, malalama və digər işlər xüsusi dəqiqliklə icra edilir. Həmçinin məhsuldarlığın artırılmasında vacib nüanslardan olan yeni əkin və suvarma texnologiyalarının tətbiq edilməsində də şirkətimiz mühüm addımlar atmışdır. Belə ki, hal-hazırda 3000 hektardan artıq ərazidə tirə əkini, 4000 hektardan artıq ərazidə isə pivot suvarma sistemləri tətbiq olunur. Bundan başqa ərazilərimizdə damla suvarma sistemlərindən də istifadə edilməkdədir. Məhsulların istehsalının əlverişli olması üçün şirkətimizə aid pambıq emal zavodlarında daima yenidənqurma işləri görülür, yeni texnologiyaların istifadəsinə üstünlük veririk.

Uğur qazanmaq üçün ilboyu aktiv şəkildə çalışmaq lazımdır. Bizim üçün hər bir fermer, hər bir torpaq sahəsi önəmlidir və daima diqqətimiz altındadır.

-Şirkətinizin Azərbaycanın qeyri-neft sektorunun ixracatındakı uğurlarından danışa bilərsinizmi? Cari il üçün nə qədər mal ixrac edildi (hansı mallar), bunun inkisafi ucun hansı strategiya hazırlanmışdır?

-Bildiyiniz kimi şirkətimiz cari ilin Yanvar-Mart aylarında qeyri neft sektoru üzrə ixrac lideridir. Uğurlarımız ilk öncə ölkə başçısı Cənab İlham Əliyevin son illərdə kənd təsərüfatı sektoruna, əsasən də pambıqçılığa verdiyi dəstək və bu dəstəkdən aldığımız güclə, işimizi məsuliyyətlə görməyimizlə bağlıdır. Uğur qazanmağımızda uzun illər təcrübə qazanmış peşəkar komandamızın işinə tam məsuliyyətli və ciddi yanaşmasını, fermerlərlə qurduğumuzun uzun müddətli və düzgün münasibətləri, tətbiq etdiyimiz yeni əkin texnologiyaları, həmçinin zavod və fabriklərimizdə görülən yenidənqurma işlərini   xüsusi olaraq qeyd etmək istəyirəm.  “MKT İstehsalat Kommersiya” MMC hal-hazırda əsasən mahlıc, iplik, pambıq yağı, jımıx və çiyid istehsal edərək ixracını həyata keçirməkdədir. Bu məhsullarla yanaşı pambığın yan məhsulları da istehsal edilir. İstehsal etdiyimiz pambıq mahlıcının keyfiyyət göstəriciləri yüksək olduğu üçün xarici bazarlarda tələb daima artmaqdadır. Son illər şirkətimiz iplik istehsalına və ixracına da xüsusi diqqət ayırmışdır. Bu da pambıqdan istehsal olunan məhsullara yeni dəyər qatmışdır. Ümumi olaraq keçdiyimiz mövsümda ölkə xaricinə 37 min tondan artıq mahlıc, 7000 tondan artıq iplik, 3000 tondan daha çox pambıq yağı, 11 000 tondan çox jımıx və 10 000 tondan artıq çiyid Türkiyə, Rusiya, Tacikistan, Pakistan kimi ölkələrə ixrac edilmişdir. İstehsal edilən məhsul çeşidini və istehsal gücünün artırılması və ən əsası məhsuldarlığın artırılması üçün mövcud zavod və fabriklərimizdə yenidənqurma işləri görür, yeni zavod və fabriklərin tikintisini həyata keçirir və əkin sahələrimizdə yeni əkin texnologiyalarını tətbiq edirik.

- 2020-ci ildə pandemiya işinizə necə təsir etdi? Önümüzdəki üç il üçün şirkətin inkişafı üçün hansı planlarınız var? Əkin sahələrini, eləcə də digər ölkələrlə əməkdaşlığı genişləndirməyi planlaşdırırsınızmı? Bu istiqamətdə hansı işlər görülür?

Təbii ki, pandemiya bütün sektorlara olduğu kimi pambıqçılıq sahəsinə də mənfi təsirlər göstərdi.

Bu mənfi təsirləri ölkə başçısının xüsusi diqqəti, kənd təsərrüfatı sahəsinə təqdim edilən subsidiyalar və xüsusi imtiyazlar sayəsində minimuma endirdik deyə bilərik.

Məhsuldarlığımızı önümüzdəki illərdə yeni əkin və suvarma texnologiyalarının tətbiqini genişləndirməklə artırmağı hədəfləyirik. Şirkətimiz hər il bir öncəki ildən daha yüksək istehsal həcminə çatır və bu önümüzdəki illərdə də artan qrafiklə davam edəcəkdir.

Məhsuldarlığın artması üçün yeni toxum növlərini də sınaqdan keçiririk. Sınaqdan keçən toxumların eləcə də, sınaqdan keçmiş əkin texnologiyaları və suvarma sistemlərinin fermerlər arasında da geniş istifadəsini həyata keçirmək üçün təşviqedici kampaniyalar həyata keçiririk.

Bundan başqa yeni zavod və fabriklərin tikintisi də planlaşdırılır. Bir çox fabriklərimizi isə artıq yeniləmişik. Zavod və fabriklərimizi sınaqdan keçmiş istehsal avadanlıqları ilə təmin edərək istehsal gücümüzü və yeni texnologiyaların istifadəsini artırırıq.

Qeyd etdiyimiz kimi, hal-hazırda şirkətimiz Türkiyə, Rusiya, Pakistan, Tacikistan və başka ölkələrə məhsul ixracını həyata keçirir. Digər tərəfdən əməkdaşlıq etdiyimiz ölkələrin sayının artırılması üçün işlər görülür. Əməkdaşlarımız xarici sərgilərdə iştirak edir, yeni bazarları araşdırır, həmçinin bu bazarlara uyğun məhsul çeşidimizi və istehsal gücmüzü artırmağa yönəlik də işlər görülür. Sonda qeyd etmək istəyirəm ki, şirkətimiz ölkə başçısı Cənab İlham Əliyevin kənd təsərrüfatına göstərdiyi xüsusi etimadını doğrultmaq üçün fəaliyyətini məsuliyyətlə və inkişaf yönümlü davam etdirməkdədir. “MKT İstehsalat Kommersiya” MMC önümüzdəki illərdə də kənd təsərrüfatı sektorunda olan inkişafını qoruyaraq ölkə iqtisadiyyatına öz bəhrəsini verməyə davam edəcəkdir.

 

Rüfət İsmayılov MKT pambıq
18.06.2021 15:21

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ