Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Ekspert neft qiymətlərinin hazırkı artımını şərtləndirən faktorları açıqlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ekspert neft qiymətlərinin hazırkı artımını şərtləndirən faktorları açıqlayıb

Dünyada neftə olan tələbat 2022-ci ilin sonunda və ya 2023-cü ildə pandemiyadan əvvəlki səviyyəyə qayıda bilər.

Bunu SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini İbrahim Əhmədov bildirib.

Reklam_3_11

Onun sözlərinə görə, yeni növ koronavirus (COVID-19) pandemiyası bütövlükdə dünya iqtisadiyyatına, o cümlədən neft-qaz bazarlarına ən çox mənfi təsir göstərən faktorlardan biri kimi tarixdə qalacaq. Pandemiyanın başlanğıc dövründə belə bir fərziyyə yayılmışdı ki, iqtisadi dirçəliş yalnız COVID-19-a qarşı effektli peyvəndin icad olunmasından sonra başlaya bilər. Odur ki, ötən ilin sonundan etibarən COVID-19 əleyhinə effektli vaksinlərin icad olunması bazarlarda nikbinliyi artırıb və neft qiymətlərinin yüksəlməsinə səbəb olub.

İ. Əhmədov onu da qeyd edib ki, bu ilin əvvəlindən neft qiymətləri 40%-dən çox artıb və yüksəlməyə davam edir. Neft qiymətlərinin hazırkı artımını əsasən iki faktor şərtləndirir: lokdaun (qapanma – red.) şərtlərinin yumşaldılması və ümumi iqtisadi canlanma ilə bağlı yanacaq və enerjiyə tələbatın artması, digər faktor isə hasilatı məhdudlaşdıran və neftin təklifini ciddi şəkildə azaldan "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) qərarlarıdır.

"Bir çox müşahidəçilər, eləcə də bir çox neft şirkətləri artıq bir barrel neftin qiymətinin hətta 100 ABŞ dollarına qədər yüksəlməsini proqnozlaşdırır. Digərləri isə neft qiymətlərinin 60-80 dollar dəhlizində inkişafını gözləyir. Neftə olan tələbat 2022-ci ilin sonunda və ya 2023-cü ildə pandemiyadan əvvəlki səviyyəyə qayıda bilər", - ekspert vurğulayıb.

Ümumilikdə, İ. Əhmədovun fikrincə, bu onillikdə neft qiymətlərinin sonuncu "yüksəliş" dövrünü görə bilərik. 2030-cu illərdə isə alternativ enerji mənbələrinin sürətli inkişafı nəticəsində neft tələbatının azalmağa başlaması proqnozlaşdırılır. Beləliklə, qarşıdakı onillik bizim ölkə üçün də neft gəlirlərinin əhəmiyyətli bir hissəsini əldə etməklə, post-neft dövrünə hazırlıq işləri görmək üçün bir fürsət kimi görünür.

Onun sözlərinə görə, bu onillikdə neft qiymətinin artımını şərtləndirə bilən ən mühüm faktor kimi dünyada yeni neft yataqlarının kəşfinə və işlənməsinə qoyulan sərmayələrin azaldılması göstərilir: "Belə ki, dünya ictimaiyyəti bərpa olunan enerjiyə üstünlük verdiyinə görə, müxtəlif ölkələrin hökumətləri də məhz bu növ enerji layihələrini təşviq edir. Lakin, bərpa olunan enerjiyə keçid hələ uzun müddət davam edəcək və buna görə bazarda bərpa olunan enerjinin müvəqqəti çatışmazlığı neft hasilatının qıtlığı ilə üst-üstə düşə bilər, bu da neft qiymətinin bir neçə il ərzində yüksəlməsinə səbəb ola bilər".

Ötən il ABŞ-da şist neft hasil edən bir çox şirkət müflisləşdiyinə görə, bu hasilatın bərpa olunması uzun müddət tələb edə bilər. Bazarda ABŞ tərəfindən rəqabətin zəif olması "OPEC+" ölkələrinin yüksək neft qiymətlərinə köklənmiş siyasətini təşviq edə bilər, İ. Əhmədov əlavə edib.

"Əlbəttə, neft qiymətlərinin artımı ilə bağlı proqnozlar özünü doğrultmaya da bilər", - ekspert qeyd edib.

Onun fikrincə, yaxın perspektivdə neft qiymətlərinin aşağı düşməsinə təsir göstərə biləcək ssenarilər bunlardır:

- Vaksinasiya prosesinin ləngiməsi və bir çox insanların vaksinlərdən imtina etməsi nəticəsində iqtisadi tənəzzül dövrünə qayıdış tam istisna olunmur;

- ABŞ-da şist neft hasilatının dirçəlməsi və bu sahəyə yeni sərmayələrin qoyulması dünya üzrə neft təklifinin artımını şərtləndirə bilər;

- ABŞ-da şist neft hasilatı artarsa, istisna deyil ki, bəzi "OPEC+" ölkələri ABŞ-dakı rəqiblərini yenidən təzyiq altına salmaq üçün öz hasilatlarını da ciddi şəkildə artıraraq, qiymətin 40 dollardan aşağı salınması yolunu seçə bilər.

"Uzunmüddətli perspektivdə isə bahalı neft alternativ enerjinin daha da sərfəli olması deməkdir. Bu isə alternativ enerji texnologiyaların inkişafına daha böyük sərmayələrin qoyulmasına, bərpa olunan enerji sahəsində tədqiqat və inkişafın sürətlənməsinə, nəticə etibarı ilə post-neft dövrünün başlanmasına gətirib çıxaracaq", - yekunlaşdıraraq İ. Əhmədov bildirib.

 

Marja.az Telegramda: https://t.me/marjaaz

APA

25.06.2021 12:45

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ