Ötən il 1000 tondan artıq ət satan aqropark ətlik cins heyvanların satışına başlayacaq
“Tovuz Aqro” MMC ötən il 1000 tondan artıq ekoloji təmiz ət satışını həyata keçirmişdir. Bi il isə hazıradək 600 ton ət tədarük olunaraq satılmışdır.
Marja xəbər verir ki, bunu müəssisənin direktoru Şadkamal Hüseynov bildirib.
“Tovuz Aqro” MMC nümunəvi təsərrüfat olaraq üç ildən artıqdır ki, fəaliyyət göstərir. Müəssisə Ukrayna, Rusiya və başqa ölkələrdən gətirilmiş ətlik cinsdən olan iribuynuzlu heyvanların kökəldilməsi ilə məşğuldur.
İstehsal olunan ekoloji təmiz ət məhsulu daxili bazarlarda satılır, eləcə də dövlət sifarişi əsasında imzalanmış müqavilələrə əsasən qapalı müəssisələri ət ilə təmin edir. Bununla yanaşı, təsərrüfatda damazlıq sürüsünü yaratmaq üçün hazırlıq aparılır. Belə ki, müəssisədə “Aberdin Andus” cinsindən olan heyvanlardan döl əldə etməklə ana heyvanların sayının artırılması üçün “Tovuz Aqro” MMC Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə müraciət etmişdir.
Müəssisənin direktoru Şadkamal Hüseynov bildirdi ki, nazirliyin əməkdaşları bir neçə gün bundan əvvəl müəssisəyə gələrək monitorinqlər aparmışlar. Müvafiq sənədlər hazırlanmış, “Tovuz Aqro” MMC-yə ətlik istiqamətdə damazlıq təsərrüfat statusunun verilməsi ilə bağlı müvafiq qərar qəbul edilmişdir.
Qeyd etmək lazımdır ki, bu addım respublikada ilk olacaqdır. Burada yetişdirilən damazlıq heyvanların respublikada fəaliyyət göstərən digər heyvandarlıq təsərrüfatlarına da güzəştli qiymətlə satışı həyata keçiriləcək, respublikada ətlik cinsdən olan heyvanların sayı çoxalacaqdır. Bununla ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına, eyni zamanda bu tip cins heyvanların ölkəyə idxalı minimuma enəcək və ölkədən valyuta axınının qarşısı alınacaqdır.
“Tovuz Aqro” MMC heyvanların yemə olan tələbatını ödəmək üçün 250 hektar buğda, 350 hektar arpa səpini aparmış, artıq biçin uğurla başa çatdırılmışdır. Hər hektardan 51 sentner məhsul əldə olunmuşdur. Bundan başqa 122 hektar çoxillik yonca becərilmiş, indiyədək 2 dəfə biçin aparılmışdır. Hər hektardan 4 tondan artıq məhsul əldə olunmuşdur (hər biçində).
Yaxın günlərdə yoncanın 3-cü üz biçimi aparılacaqdır. Payız aylarına qədər yonca 5 dəfə biçilir. Bundan başqa taxıl biçini qurtarmış sahələrdə 200 hektar təkrar əkin aparılaraq silosluq qarğıdalı səpini aparılır.
Bu təsərrüfat ilində müəssisə 60 min ədəd saman kipi bağlayaraq fermerlərə güzəştli qiymətlə satmışdır. Burada bitkilərin becərilməsi və suvarılmasında mütərəqqi üsullardan istifadə olunur. “Tovuz Aqro” MMC ötən il 1000 tondan artıq ekoloji təmiz ət satışını həyata keçirmişdir. Hazıradək 600 ton ət tədarük olunaraq satılmışdır. Müəssisədə eyni zamanda 6 hektara yaxın intensiv bağçılıq mövcuddur. Gələn ildən ağacların bar verəcəyi gözlənilir. Bununla yanaşı, 2 hektar sahədə tərəvəz və bostan bitkiləri becərilir. Əldə olunan məhsul təsərrüfatda çalışan əməkdaşları təmin etmək üçündür. Hazırda MMC-də 100 nəfər adam daimi işlə təmin olunmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
9 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
9 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
10 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI






















