Dövlət agentliyi tabeliyində olan şirkətə faizsiz 110 milyon manat borc verib
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) 2020-ci ili 5 milyon 223 min 947 manat xalis mənfəət ilə başa vurub. Bu, 2019-cu illə müqayisədə cüzi azdır. Agentlik 2019-cu ili 5 milyon 339 min 699 manat xalis mənfəət ilə bağlamışdı. Ötən ilin xalis mənfəəti daxil MİDA-nın bölüşdürülməmiş xalis mənfəəti 13 milyon 578 min 474 manata çatıb.
Marja Agentliyin hesabatına istinadən xəbər verir ki, MİDA 2020-ci ildə 2 milyon 100 min manat dövlət yardımı alıb. 2019-cu ildə MİDA 1 milyon 500 min manat dövlət yardımı almışdı.
MİDA 2020-ci ildə 10 milyon 76 min 601 manat maliyyə gəlirləri də əldə edib (2019-da 7 milyon 719 min 623 manat ). 31 Dekabr 2020-ci il tarixində MİDA-nın borc qiymətli kağızlara (istiqrazlara) investisiyaları 109 milyon 891 min 301 manat təşkil edib. 2019-cu il ərzində Agentlik "MİDA” MMC tərəfindən buraxılmış 110 milyon dəyərində korporativ istiqrazları satın almaqla borc qiymətli kağızlara investisiya qoymuşdur.
Ötən il 12 milyon 176 min 601 manat cəmi gəlirlərə qarşı MİDA-nın cəmi xərcləri 6 milyon 952 min 654 manat təşkil edib. 2019-cu ildə MİDA-nın cəmi gəlirləri 9 milyon 219 min 623 manat, cəmi xərcləri 3 miylon 879 min 924 manat təşkil etmişdi. Ötən il xərclərin artmasına maliyyə aktivlərinin ədalətli dəyəri üzrə 3 milyon 246 min 995 manat xalis zərər səbəb olub.
31 Dekabr 2020-ci il tarixində MİDA 361 milyon 606 min 967 manat cəmi aktivlərə malik olub (2019-un sonunda 205 milyon 434 min 494 manat idi ). Aktivlərin artmasına əsasən MİDA tərəfindən qısa müddətə verilmiş borc səbəb olub. 2020-ci ildə Agentlik tərəfindən “MİDA” MMC-yə 110 milyon manat məbləğində faizsiz borc verilmişdir. Bu borc FVTPL kateqoriyasına (Ədalətli dəyərinin dəyişməsi mənfəət və ya zərərdə aid olunan) təsnifləşdirilmiş və 3 milyon 246 min 995 AZN məbləğində zərər il üzrə mənfəət və ya zərərdə qeydə alınmışdır.
100 milyon manat nizamanmə kapitalaına malik olan MİDA-ya 2020-ci ildə dövlət büdcəsindən 168 milyon manat ayrılıb və dövlət büdcəsindən cəmi ayırma 230 milyon 497 min 471 manata çatıb.
Azərbaycan Respublikasının Mənzil inşaatı Dövlət Agentliyinin əsas məqsədi Azərbaycan Respublikası vətəndaşlarının güzəştlə mənzil əldə etmələrinə (uyğun qiymətə mənzil təminatına) şərait yaratmaq üçün onun sərəncamına verilmiş torpaq sahələrində müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən yaşayış binalarının və digər tikinti obyektlərinin tikintisini təşkil etmək, habelə həmin torpaq sahələrində ərazi planlaşdırılması, layihələndirmə və memarlıq sahələrində siyasətin həyata keçirilməsində iştirak etmək və fəaliyyəti əlaqələndirməkdir. Agentlik “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 858 nömrəli Fərmanı ilə yaradılaraq, tabeliyində olan “MİDA” MMC ilə birlikdə Azərbaycan Respublikası ərazisində fəaliyyətə başlamışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyul 2016-cı tarixli 424s, 22 fevral 2017-ci il tarixli 136s, 3 mart 2017-ci il tarixli 168s, 11 yanvar 2019-cu il tarixli 37s, 07 iyun 2019-cu il tarixli 394s və 08 may 2020-ci il tarixli 195s nömrəli sərəncamlarına əsasən müvafiq olaraq Bakı şəhərinin Yasamal rayonunda 11,6 hektar, Suraxanı rayonunun Hövsan qəsəbəsində 20 hektar, Yasamal rayonunda 15,4 hektar, Sumqayıt şəhərində 0,76 hektar, Gəncə şəhərində 6,23 hektar, Suraxanı rayonunun Hövsan qəsəbəsində 23,25 hektar olmaqla, cəmi 77,24 hektar torpaq sahəsi çoxmənzilli yaşayış binalarının tikintisi üçün Agentliyin sərəncamına verilmişdir. Hazırda həmin torpaq sahələrində yaşayış komplekslərinin inşa edilməsi üzrə layihələr icra edilir.
Agentliyin payları Azərbaycan Respublikasına (Dövlətə) məxsusdur.
Müştərilərin xəbərləri
Rəqəmsal İpək Yolu layihəsində mühüm mərhələ: Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin rəsmi açılışı olub
“PAŞA Kapital”ın anderrayteri olduğu dövlət zəmanətli ilk korporativ - “AZƏRMAŞ GROUP”un istiqrazları uğurla yerləşdirildi ®
Azərbaycan banklarının mənfəəti 1 milyard manatı keçib – Artımın 93%-i cəmi iki bankın hesabına təmin olunub
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
10 d. əvvəl
Oktyabrın 17-də gözlənilən hava şəraiti - 31- dərəcəyədək isti
- 28 d. əvvəl
-
- 58 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda minik avtomobili istehsalı geriləyir – 500 ədəd daha az istehsal edilib
-
1 saat əvvəl
Azərbaycanda doğum və nikahların sayı azalır – Əhalinin sayı 10 milyon 280 min nəfərə yaxınlaşıb
-
1 saat əvvəl
Fəaliyyət var, etimad yoxdur. PR niyə reputasiyaya çevrilmir?
-
1 saat əvvəl
İllik gəlirlilik 15%, müddət 18 aydır - 20 oktyabrda satışa çıxarılır
-
2 saat əvvəl
Vergi gəlirləri artırılır, Neft Fondundan büdcəyə transfertlər azaldılır – 2030-cu ilədək PROQNOZLAR
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dünya Bankı Qrupu Azərbaycana 100 milyon dollara yaxın özəl kapital cəlb edib
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Oktyabrın 17-də gözlənilən hava şəraiti - 31- dərəcəyədək isti
Rəqəmsal İpək Yolu layihəsində mühüm mərhələ: Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin rəsmi açılışı olub
Mətbuat Şurasına yeni sədr seçilib
Azərbaycanda doğum və nikahların sayı azalır – Əhalinin sayı 10 milyon 280 min nəfərə yaxınlaşıb
Vergi gəlirləri artırılır, Neft Fondundan büdcəyə transfertlər azaldılır – 2030-cu ilədək PROQNOZLAR
Ən çox oxunanlar
“PAŞA Kapital”ın anderrayteri olduğu dövlət zəmanətli ilk korporativ - “AZƏRMAŞ GROUP”un istiqrazları uğurla yerləşdirildi ®
Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI
Manatın taleyi ilə bağlı 4 illik PROQNOZ AÇIQLANDI
Azərbaycanın dövlət borcu 28,6 milyard manata çatacaq – İki ildə 2,6 milyard manat artım gözlənilir
Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqlə! ®


























