Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Bu il əkin zamanı çətinliklər oldu, buna baxmayaraq çalışırq hədəfə çataq" - MÜSAHİBƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bu il əkin zamanı çətinliklər oldu, buna baxmayaraq çalışırq hədəfə çataq" - MÜSAHİBƏ

 “MKT İstehsalat Kommersiya” MMC-nin Neftçala filialının Direktoru, əməkdar pambıqçı Bahəddin Leysanov ilə müsahibə.

-Pambıqçılıq sahəsində ümumi fəaliyyətiniz, uğur  və təcrübələriniz haqqında məlumat.

Reklam_3_11

Mən 1985-ci ilin Avqust ayından Neftçala pambıqtəmizləmə zavodunda Direktor vəzifəsində çalışmışam. İşlədiyim müddətdə Kollegiyanın üzvü olmuşam. Hər il yaxşı işlədiyimizə görə zavodumuz keçici Qırmızı Bayraqla təltif olunub və mükafatlar almışıq.

1987,1988,1989-cu illərdə kənar rayonlardan, Biləsuvar (o vaxtki Puşkin) rayonunun Ağalıkənd və Bolqarçay məntəqələrindən, Beylaqan (Jdanov) rayonunun Azərbaycan və Sarısu məntəqələrindən, Ağcabədi rayonunun Ağcabədi,Hüsülü və Beylaqan məntəqələrindən hər il cəmi 60-62 ton pambıq qəbul etməklə yüksək keyfiyyətli mahlıc istehsal edib (QOST normasında) kapitalist ölkələrinə göndərmişik.

Neftçala işləyən pambıq zavodunun illik pambıq emal gücü başqa zavodlar kimi 40 min ton olub.Biz istirahət günləri də olmaqla, bütün il boyu Avqust ayının 10-15 nə kimi yüksək mahlıc emal etməklə göstərilənlərin öhdəsindən gəlmişik.Bizim zavodun layihəsi ilə tikilmiş eyni güclə olan respublikada heç bir zavod bir il ərzində bizim qədər pambıq emal etməmişdir.

1990-1991-ci illərdə Neftçala Xalq Deputatlar Sovetinin İcrayyə Komitəsinin Sədri vəzifəsində çalışmışam. Bu vəzifənin 1991-ci ildə Dövlət tərəfindən ləğv olunması və  seçkili orqanda işlədiyim üçün yenidən 1991-ci ilin Noyabr ayından pambıq zavoduna Direktor vəzifəsinə qayıtmışam.

1994-cü ildə Respublikada yeganə bizim rayonda Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə İsraildən yeni gətirilən “Akala” pambıq sortunu nəzarətimizlə əkmişik. Bununla əlaqədar 2 dəfə Ulu Öndərin qarşısında Prezident Aparatının akt zalında çıxış etmişəm. 1994,1995,1996-cı illərdə Kənd Təsərrüfatı Nazirliyindən Prezident Aparatında Ulu Öndər Heydər Əliyev tərəfindən keçirilən reformalarla əlaqədar kiçik qrup şəklində (15-20 nəfərlə) yığıncaqlarda iştirak etməklə Kənd Təsərrüfatı Nazirliyini təmsil edərək  nümayəndə kimi təkliflərlə çıxış etmişəm. Həmin illərdə bizim zavodun göstəriciləri yaxşı olduğu üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yeni texnologiyalı  İtaliya və Fransa dövlətlərin xarici, toxunmayan parça sexi tikilmiş və işləmişdir.

1997-ci ildə zavod Açıq Səhmdar Cəmiyyətə çevrildiyi zaman zavodda Sədr kimi fəaliyyət göstərdim. 2000-ci ilin Yanvar ayından nisbətən pambıq istehsalı Neftçalada azaldığından MKT Rəhbərliyi tərəfindən Salyan ASC-nin Sədri işləməklə Neftçala ASC-yə də Rəhbərlik etdim.

2016-cı ildə Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının “Regionların iqtisadi inkişaf” proqramına uyğun olaraq Neftçalada pambıq istehsalı artdığına görə indiki Rəhbərliyin göstərişi ilə 2017-ci ilin May ayından “MKT Neftçala” filialında Direktor işləməyə başladım. Bu illərdə ildən ilə bütün sahələrdə şəxsən “MKT Sistehsalat Kommersiya” MMC-nin İdarə heyətinin Sədri  Rövşən Həsənovun bizim Filiala göstərdiyi qayğı və diqqətin nəticəsində göstəricilərimiz artaraq yüksək olmaqla nəticədə 2018-ci ildə mən şirkət tərəfindən “İlin Direktoru” nominasiyasında Diplom ilə təltif olundum. Hal-hazırdada göstəricilərimiz və işimiz kollektivin birgə səyi nəticəsində göz qabağındadır. Bütün Rəhbərliyə və kollektivimə minnətdaram ki, bizi hörmətli edib, gözdən salmadılar. Söz verirəm ki, bu işlərin davamı olacaq.

-Hal-hazırda əkin həyata keçirdiyiniz ərazilərdə hansı problemlər var? Bu problemlərin üstəsindən necə gəlirsiniz və həll yolu təklifləriniz nələrdir?

Məlumat üçün bildirirəm ki, Salyan və Neftçala torpaqları ölkəmizdə ən çətin, strukur göstərcisinə görə aşağı olan torpaqlardır. Bu torpaqlarla işləmək çox çətin olduğundan böyük zəhmət tələb edir. Ona görə bu torpaqlarda işləyəndə kiçik buraxılan səhv çox çətinliklə aradan qaldırılır, üstə gəl keçən il Kür çayında su olmadığından Xəzər dənizinin yodlu şor suyu Kür çayına girərək Salyana qədər gəlmişdi. Demək olar ki, keçən il arat dövründən sonra rayon ərazisində bütün pambıq sahələri dəniz suyu ilə suvarıldı. Elə vəziyyət yarandı ki, ərazilərdə sudan istifadə edən heyvanlar da xəstələndi, kəndlərdə həyətyanı sahələrdə ağac və bitkilər ziyan çəkdi. Bu pambıqda da öz təsirini göstərdi. Becərilən pambıq sahələrində pambığın boyunu tənzimləmək üçün hər il 2-3 dəfə mübarizə aparıb boyunu saxlayırdıqsa, keçən il 4162 hektardan cəmi 1100 hektarda boy tənzimləyicidən istifadə etdik. Digər sahələr dəniz suyu ilə suvarıldığına görə pambığın boyu olmadı. Buna görə də bizim gözlədiyimiz məhsuldarlıq  42 sentnerdən aşağı oldu.

Bu ildə də dənizə yaxın ərazilərimizin bəzi torpaqları çox şorlaşdığı üçün Aprel ayında əkdiyimiz toxumlar çürüdü və təkrar əkin (197,3 ha) aparmalı olduq. Hələ də o torpaqlar tam yararlı hala düşməyib. Biz çalışırıq ki, torpağa lazım olan bütün tədbirlər vaxtında olsun ki, istədiyimiz məhsulu əldə edək. Bunun üçün yay aylarında pambıq əkilən sahələri dərin şum etməklə, 2-ci şumunu qış aylarında edirik. Yaxşı olar ki, bizim rayonlarda qış aratı olunsun. Hal hazırda dəniz suyu şorlaşdırdığı torpaqlarda mütləq qış aratı vacibdir ki, bu torpaqlar yuyulsun. Çalışmalıyıq ki, edilən şumlar dərin və keyfiyyətli olsun. Sonrakı işləri də çalışıb vaxtında və keyfiyyətli görmək lazımdır. Belə ki, torpağı arat edəndə dərin su qoyulmalı və lazım olarsa əlavə üstünə su artırılmalıdır. Əkin vaxtı yerlərdə üzünmüddətli hamarlama və başqa işlər görülmədiyindən mala işi keyfiyyətli aparılmalıdır. Əkin əkəndə torpaqda olan ziyanvericilərlə və alaq otlarına qarşı lazım olan dərman və pesdisidləri vurmaq,çiyidin səpildiyi torpaq sahəsi yaxşı hamarlanmalı və nəm torpağa çiyid səpmək lazımdır. Bundan sonra bütün aqrotexniki tədbirlər vaxtında və keyfiyyətli edilməlidir. Bunun üçün bütün lazım olan texnika,  dərman preparatları Şirkət tərəfindən vaxtında verilir. Şirkətin aqrar və mexanizasiya sahəsindən vaxtaşırı diqqət, kömək və tövsiyyələr yerdə verilməklə işlərimiz çox keyfiyyətli gedir. Yerlərdə olan kiçik çətinlikləri çalışırıq ki, vaxtında aradan qaldırıb ziyansız işlərimizi görək. Başqa rayonlardan fərqli olaraq biz çalışırıq ki, səhvə yol verməyək, çünki bizim torpaqlarda buraxılan səhv böyük ziyanlar verir. Bu il məhsuldarlığı qaldırmaq üçün hər hektara 27 kq çiyidlə 150 kq ammofos gübrəsi verdik (bəzi fermerlər gübrəni çox verdi). Becərmə dövrü gedir, 1-ci baraza ilə (suya pambığı hazırlayanda) 150-200 kq karbomid veririk. Çalışırıq ki, suvarılmadan  sonra pambığın aratını götürəndə 250 kq karbomid verək.

- Bu  il pambıq mövsümə necə başladınız, pambıq mövsümünün nəticəsini necə gözləyirsiniz.

  -Bu il əkin zamanı çətinliklər oldu. Bəzi yerlərdə əkinə gecikdik. Amma buna baxmayaraq hər iki filialın aqronom və mütəxəsissləri çalışırlar ki, geriliyi qısa müddətdə zəhmət bahasına aradan qaldırıb, fermerlərlə birgə gözlədiyimiz hədəfə çataq. Bizim aqronom və ərazi nümayəndələri fermerlərlə sıx əlaqəli anlaşılan əməkdaşlıq etməklə istədiklərinə nail olurlar. Bu təcrübə səmərəli olduğu üçün hər iki tərəf bəhrələnir. Ona görə birgə bir-birini başa düşməklə, fermerlər aqronomlar tərəfindən göstərilən tövsiyyə və tapşırıqları əməl edirlər. Sahələrə verilən bütün dərman və pesdisidlər ərazi nümayəndələrinin və aqronomların nəzarəti və iştirakı ilə (axşamlar da) səpilir. Bu da naturada öz nəticəsini verir.

- Fermerlərə nələri məsləhət görərdiniz.

-Bütün kəndlərdə fermerlər demək olar ki, pay torpağlarında pambıq əkirlər. Sahələr ensiz və uzundur. Əksər torpaqların qonşularında taxıl, yonca və s. bitkilər əkilir. Ona görə suvarma müxtəlif vaxtlarda keçirildiyi üçün qonşu torpaqları su basır və nəticədə əkilmiş bitkiyə ziyan vurur. Fermerlərin torpaqları kənddən xeyli aralıqda yerləşir Torpaqlarda işləmək üçün gedib-gəlmək, lazım olan işləri görmək xərc tələb edir. Yaxşı olar ki, fermerlər kiçikdə olsa qrup şəklində birləşib fəaliyyət göstərsinlər. Bu çox rentabelli və səmərəli olmaqla ümumi işin xeyrinə olar. İtkilər minimuma enməklə sonda femerlərin gəlirləri artar. Bizlə işləyən femerlərə məsləhət görürük ki, aqronomlar tərəfindən verilən tövsiyə və məsləhətə riayət etməklə göstərilənləri icra edib son nəticədə yüksək məhsuldarlıq əldə etsinlər. Bu bizim də ümumi işimizin xeyrinədir. Belə ki, pambığdan yüksək gəlir əldə edən fermer başqa bitki əkmək istəmir və nəticədə bizim fermerlərin sayı artmaqla əkin sahələrimiz genişlənir, bu da pambığımızın bol, keyfiyyətli olmağına gətirib çıxarır.  Həm də fermerlər arasında seçim etməyə imkan verir. Yəni zəif torpaqlarda müqavilə bağlamamaqla, problemli fermerləri kənarlaşdırırıq.

22.07.2021 12:53

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ