Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Ət istehsalındakı vəziyyət açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ət istehsalındakı vəziyyət açıqlandı

 

Kənd Təsərrüfatı Nazirliyi bildirir ki, heyvandarlıq məhsullarının istehsalında stabil artım 2016-cı ildə də davam edib. Belə ki, 2016-cı ildə diri çəkidə 523,8 min ton ət, 2009,9 min ton süd, 1609,8 milyon ədəd yumurta və 16,7 min ton yun istehsal olunub.

Reklam_3_11

 

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, 2015-ci illə müqayisədə ət istehsalı 6,7 min ton və ya 1,8 faiz, süd istehsalı 47,4 min ton və ya 2,9 faiz, yun istehsalı 0,1 min ton və ya 1,0 faiz artıb. Quş əti istehsalı isə 95,5 min ton təşkil edib.

 

2009-cu ildən bəri 23668 baş iribuynuzlu cins damazlıq heyvan güzəştli şərtlərlə satılıb

 

Heyvandarlıq təsərrüfatlarında məhsuldarlığın artırılması istiqamətində seleksiya-damazlıq işlərinin elmi əsaslarla aparılması və heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması üçün xarici ölkələrdən yüksək məhsuldarlığa malik damazlıq heyvanların idxalı davam etdirilib, heyvanların süni mayalandırılması işi genişləndirilib. 2009-cu ildən 2017-ci il mayın 1-dək olan dövrdə 23 min 668 baş iribuynuzlu cins damazlıq heyvan alınaraq ölkəyə gətirilib, həmin heyvanlar 720 fiziki və hüquqi şəxsə lizinq yolu ilə güzəştli şərtlərlə satılıb. 

 

Keçən il bir sıra heyvandarlıq məhsullarının ixracı həyata keçirilib. Belə ki, 1163 baş əmtəəlik at və 128 baş damazlıq qaramal, 582,2 ton ət və ət məhsulları, 1381,7 ton süd və süd məhsulları, 6 ton bal, 31,8 ton yun ixrac edilib.

 

11964 baş buzova görə 1196400 manat subsidiya verilməsinə dair qərar qəbul olunub

 

Azərbaycan Respublikası Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” 2015-ci il 19 avqust tarixli Sərəncamına əsasən əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 (yüz) manat həcmində subsidiya verilməsi müəyyən edilib. Heyvan sahiblərinə subsidiyanın verilməsi mexanizminin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 24 dekabr tarixli qərarı ilə “Süni mayalandırma yolu ilə alınmış hər buzova görə heyvan sahiblərinə subsidiyanın verilməsi Qaydası” təsdiq olunub. 2016-cı ildə süni yolla 103 min qaramal mayalandırılıb, heyvanlardan alınmış buzovlara görə subsidiya ödənişinə başlanılıb. Qaydaya uyğun olaraq keçən ilin oktyabr-dekabr ayında 7449 heyvan sahibinə doğulmuş 8529 baş buzovun hər birinə görə 100 manat olmaqla, 852900 manat məbləğində subsidiya ödənilib. 2017-ci ilin birinci rübü ərzində isə 10100 heyvan sahibinə 11964 baş buzova görə 1196400 manat subsidiya verilməsinə dair qərar qəbul edilib.

 

Mövcud təsərrüfatların 28-i modern heyvandarlıq kompleksidir

 

Respublikada baş sayına görə müxtəlif qruplara aid edilən heyvandarlıq profilli müxtəlif təsərrüfatlar fəaliyyət göstərir. Belə ki, hər birində 50-99 başadək iribuynuzlu heyvan mövcud olan 602 təsərrüfat, 100-199 başadək 118 təsərrüfat, 200-499 başadək 28 təsərrüfat, 500 baş və ondan yuxarı 16 təsərrüfat, eyni zamanda, 100-499 başadək xırdabuynuzlu heyvan mövcud olan 8733 təsərrüfat, 500 baş və ondan yuxarı xırdabuynuzlu heyvan mövcud olan 873 iri heyvandarlıq təsərrüfatları var. Mövcud təsərrüfatların 28-i modern heyvandarlıq kompleksidir. Bununla yanaşı, respublikanın müxtəlif bölgələrində 78 quşçuluq müəssisəsi fəaliyyət göstərir.

 

Respublika Süni Mayalama Mərkəzinin törədici heyvanlarla təchizatı yekunlaşıb

 

Hazırda Respublika Süni Mayalama Mərkəzinin yeni kompleksinin inşası başa çatıb, laboratoriya avadanlıqları və törədici heyvanlarla təchizat yekunlaşıb. Respublikada qaramal cinslərinə tələbat nəzərə alınaraq Avstriya və Almaniyadan 10 baş simmental, 8 baş holştein-friz, 5 baş şvis, 3 baş şarole, 2 baş aberdin-anqus olmaqla, 28 baş törədici buğa, İrandan isə 2 baş cinsi yaxşılaşdırılmış mürrah mənşəli törədici kəl Mərkəzdə istifadə olunmaq üçün gətirilib. Müəssisə fəaliyyətə başladıqdan sonra toxum bankı formalaşdırılmaqla respublikanın genetik materiala olan tələbatı tam ödənəcək və bu sahə üzrə ixrac potensialı yaranacaq.

 

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən “Azərbaycanda Maldarlığın və Süni Mayalanma Xidmətlərinin İnkişaf etdirilməsi” layihəsi çərçivəsində 2016-cı ildə 163 nəfər, 2017-ci ilin birinci rübündə isə 19 nəfər süni mayalama mütəxəssisi müəssisədə təlim kursu keçib. Bu təlimlərin 2017-ci ilin iyun ayınadək davam etdirilməsi nəzərdə tutulub. Hazırda fəaliyyət göstərən süni mayalama mütəxəssislərinin sayı 324 nəfərdir.

 

Pilot ərazilərdə müasir ailə-kəndli təsərrüfatları yaradılıb

 

“Ətlik-südlük istiqamətli müasir 5-10 başlıq ailə-kəndli təsərrüfatlarının yaradılması” layihəsi çərçivəsində Ağcabədi, Bərdə və İmişli rayonlarının seçilmiş pilot ərazilərində müasir ailə-kəndli təsərrüfatlarının yaradılması yolu ilə kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsi sahəsində tədbirlər həyata keçirilir. Belə ki, Ağcabədi, Bərdə və İmişli rayonlarında seçilmiş fermerlərin torpaqlarından nümunələr götürülərək kimyəvi tərkibi öyrənilib, onlara yüksək məhsuldar silosluq qarğıdalı toxumları, mineral gübrələr verilib və yerli kənd təsərrüfatı mütəxəssislərinin nəzarəti altında bütün aqrotexniki tədbirlər görülüb. Hər bir fermer üçün kredit paketi hazırlanıb, kredit paketində cari il üçün digər yemlərin tədarükü və payızlıq əkin aparılması məqsədilə əlavə vəsait də nəzərdə tutulub. 

 

Layihə çərçivəsində hədəf ərazilərdə seçilmiş pay torpaqlara sahib ailələrə güzəştli şərtlərlə lizinq yolu ilə ətlik-südlük istiqamətli damazlıq heyvanlar paylanılıb. Ağcabədi rayonunda 25 ailəyə 178 baş, Bərdə rayonunda 27 ailəyə 189 baş, İmişli rayonunda isə 17 ailəyə 149 baş simmental cinsindən olan damazlıq heyvanlar verilib. Hazırda pilot ərazilərdə layihə tərəfdaşı kimi seçilmiş 69 ailə təsərrüfatına, ümumilikdə, 516 baş qaramal verilib və heyvanların verilməsinə qədər onların yem bazasının formalaşdırılması istiqamətində mühüm işlər həyata keçirilib. Hər bir rayonda bir süd qəbulu məntəqəsi yaradılaraq, ailə-kəndli təsərrüfatı sahiblərindən ibarət ictimai birliklərin istifadəsinə verilib.

 

Layihənin həyata keçirildiyi müddətdə 1,4 min ton süd istehsal edilib, I və II nəsil 572 baş bala alınıb.

19.05.2017 14:04

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ