Nağdsızlığın yaratdığı nağd problemlər
KİÇİK VƏ ORTA BİZNES ÜÇÜN AŞAĞI FAİZLƏ MİKROKREDİT
Tanınmış iqtisadçı-ekspert Samir Əliyev Bank sektorunda nağdlaşdırma ilə bağlı yaradılmış problem barədə mövqeyini açıqlayıb.
"Marja" xəbər verir ki, iqtisadçı Facebook səhiəsində yazıb:
-2017-ci ildən qüvvəyə minən “Nağdsız hesablaşmalar haqqında” Qanunda yazılıb ki, məqsəd ölkədə mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq, bank sisteminin inkişafını sürətləndirməkdir. Göründüyü kimi, Qanunda alt-məqsədlər çoxdur. Ancaq onların ikisinin qiymətləndirilməsi göstərir ki, Qanunun icrası bir sıra hallarda nəzərdə tutulan məqsədlərə problemlər yaradır.
Məsələn, reallıq göstərir ki, Qanun tətbiq olunandan sonra ən çox əziyyəti məhz istehlakçılar, xüsusən də bank müştəriləri çəkir, ən çox onların hüquqları pozulur. Və yaxud digər məqsəd olan nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırılmasını götürək. “Stimullaşdırmaq” feli bir qayda olaraq həvəsləndirmə tədbirlərini nəzərdə tutur. Ancaq mövcud Qanunun icrasında “stimullaşdırmaq” sözünün sinonimi olaraq “məcbur etmək” işlədilir.
Qanunda nağd qaydada əməliyyatlar aparmağın məhdudlaşdırılması kənarda qalıb pulu nağdlaşdırmaya məhdudiyyətlər və ya qadağa tətbiq edilir. Bir tərəfdən Maliyyə Bazarlarına Nəzarət Palatası, digər tərəfdən Vergilər Nazirliyi Qanunu öz istədiklərinə uyğunlaşdırırlar. Maliyyə Bazarlarına Nəzarət Palatası “stimullaşdırmağı” “qadağada”, Vergilər Nazirliyi isə əlavə olaraq 1%-lik vergiyə cəlb etməkdə görür. Bunun əziyyətini sahibkarlar və onlarla “müharibə” vəziyyətinə düşən banklar çəkir.
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
Hazırda bank sektorunda baş verənlər məhz “nağdsız hesablaşmalar” ifadəsinə yanaşma tərzindən qaynaqlanır. Qanunun 3.1.1.-ci maddəsində nağdsız hesablaşmanın izahı verilir: Nağdsız hesablaşma - bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalardır. Yəni söhbət iki fərqli şəxs, subyekt arasındakı hesablaşmalardan, pul köçürmələrindən gedir, bir şəxsin ayrı-ayrı hesabları arasındakı hesablaşmalardan yox. Ancaq fərdi sahibkarın cari hesabından kredit və ya depozit hesabına köçürülən vəsaitdən 1%-lik sadələşmiş vergi tutulur. Əvvəla, burda vergitutmanın mahiyyəti təhrif edilir. Çünki vergi əldə edilən gəlirdən tutulmalıdır. Bir hesabdan başqa hesaba köçürülən vəsait isə gəlir deyil, ən yaxşı halda xidmət haqqı obyekti ola bilər. İndiki vəziyyət köçürülən vəsaitin ikiqat vergiyə cəlb edilməsi ilə nəticələnir. İkincisi, bankların vergi tutmaq hüququ yoxdur. Çünki qanunvericiliyə görə, dövlət vergiləri Vergilər Nazirliyi, yerli vergilər isə bələdiyyələr tərəfindən tutulmalıdır. Üçüncüsü, Qanunun məqsədi nağdsız əməliyyatları stimulaşdırmaqdır. Əgər müştəri cari hesabındakı pulu nağdlaşdırmadan, köçürmə yolu ilə kredit və ya depozit hesabına köçürürsə bu halda həmin vəsaitdən nə üçün vergi tutulmalıdır? Cari hesabdan digər şəxsin hesabına pul köçürmə ilə kredit və ya depozit hesabına pul köçürmə arasındakı fərq nədir? Dördüncüsü, burda bank hesablarından pul çıxarılması hadisəsi baş vermir. Vergi Məcəlləsinin 220.12-ci maddəsinə görə. hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır. Hesablar arasında pul köçürülməsi məhz nağdsız hesablaşmadır.
Əgər məqsəd nağdlaşdırmanı məhdudlaşdırmaqdırsa, bu halda bankomatlar vasitəsilə nağdlaşdırma əməliyyatına Palata komisyon haqqın qaldırılmasını məsələsinə baxa bilər. Onsuz da kredit kartından pul çıxaranda banklar ən azı 1% xidmət haqqı tutur.
Qanunu öz məqsədinə uyğun yararlanan qurumlardan biri də Maliyyə Bazarlarına Nəzarət Palatasıdır. Palata məhdudiyyəti nağd ödənişlərə yox nağd pul çıxartmağa tətbiq edir. Fərdi sahibkarın hesabına gələn pul niyə məhdudlaşdırılmalıdır? Qanuna istinad edirsə, orda elə müddəa yoxdur. Əgər nağd hesablaşmalarla nağdlaşdırma arasında bərabərlik işarəsi qoyulursa, sabah digər qurumlar da qanunları öz baxışlarına uyğun icra edəcəklər. Axı, pul sahibkarın vəsaitidir və onun üzərində öz istəyinə uyğun sərəncam vermək hüququ var. Palatanın qadağaları Konstitusiyaya uyğun olaraq sahibkarın öz mülahizəsinə görə sərəncam vermək hüququnu məhdudlaşdırır. Əsas qadağalar dövlət büdcəsindən gələn vəsaitlərlə bağlıdır. Dövlət büdcəsində özəl mülkiyyətə köçürülən pulu sahibkar ümumiyyətlə nağdlaşdıra bilmir. Dövlət satınalmalarında şəffaflığın, hesabatlılığın təmin edilməsi, tenderlərin rəqabət şəraitində keçirilməsi vacibdir. Ancaq investisiya pullarının nağlaşdırılaraq dollar şəklində ölkədən çıxarılmasının qarşısını almaq məqsədilə belə qadağadan tətbiqi çıxış yolu deyil. Yenə də sahibkarın qazandığı pul üzərində sərəncam vermək hüququ pozulur.
Bu gün dünyaya nağd əməliyyatlara məhdudiyyətlər mövcuddur. Amma bu məhdudiyyətlər pul çıxartmağa deyil, ödənişlərin nağd qaydada edilməsinədir. Bu gün Palatanın atdığı addımlar nağdsız əməliyyatları stimullaşdırmaq yox, sahibkarın bankdan pul çıxartmasına qadağa tətbiq etməsi kimi qiymətləndirilməlidir. Bu addımlar, sahibkarlığı inkişafına əngəl yaratmaqla yanaşı hökumətin sahibkarlığın inkişafı üçün məhdudiyyətləri aradan qaldırmaq tipli bəyanatları ilə ziddiyyət təşkil edir. Buna görə də Qanunda mövcud olan hallara aydınlıq gətirilməsi üçün təcili olaraq Konstitusiya Məhkəməsinin müraciət edilməlidir
Müştərilərin xəbərləri
AİB Azərbaycanda dəmir yolu və metro infrastrukturunun modernləşdirilməsi üçün 652 milyon dollardan çox kredit ayırıb
Rəqəmsal İpək Yolu layihəsində mühüm mərhələ: Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin rəsmi açılışı olub
“PAŞA Kapital”ın anderrayteri olduğu dövlət zəmanətli ilk korporativ - “AZƏRMAŞ GROUP”un istiqrazları uğurla yerləşdirildi ®
Azərbaycan banklarının mənfəəti 1 milyard manatı keçib – Artımın 93%-i cəmi iki bankın hesabına təmin olunub
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 11 d. əvvəl
-
37 d. əvvəl
Oktyabrın 17-də gözlənilən hava şəraiti - 31- dərəcəyədək isti
-
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda minik avtomobili istehsalı geriləyir – 500 ədəd daha az istehsal edilib
-
2 saat əvvəl
Azərbaycanda doğum və nikahların sayı azalır – Əhalinin sayı 10 milyon 280 min nəfərə yaxınlaşıb
-
2 saat əvvəl
Fəaliyyət var, etimad yoxdur. PR niyə reputasiyaya çevrilmir?
-
2 saat əvvəl
İllik gəlirlilik 15%, müddət 18 aydır - 20 oktyabrda satışa çıxarılır
-
2 saat əvvəl
Vergi gəlirləri artırılır, Neft Fondundan büdcəyə transfertlər azaldılır – 2030-cu ilədək PROQNOZLAR
- 2 saat əvvəl
-
3 saat əvvəl
Dünya Bankı Qrupu Azərbaycana 100 milyon dollara yaxın özəl kapital cəlb edib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
AİB Azərbaycanda dəmir yolu və metro infrastrukturunun modernləşdirilməsi üçün 652 milyon dollardan çox kredit ayırıb
Oktyabrın 17-də gözlənilən hava şəraiti - 31- dərəcəyədək isti
Azərbaycanda minik avtomobili istehsalı geriləyir – 500 ədəd daha az istehsal edilib
Fəaliyyət var, etimad yoxdur. PR niyə reputasiyaya çevrilmir?
Ən çox oxunanlar
Vergi gəlirləri artırılır, Neft Fondundan büdcəyə transfertlər azaldılır – 2030-cu ilədək PROQNOZLAR
“PAŞA Kapital”ın anderrayteri olduğu dövlət zəmanətli ilk korporativ - “AZƏRMAŞ GROUP”un istiqrazları uğurla yerləşdirildi ®
Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI
Manatın taleyi ilə bağlı 4 illik PROQNOZ AÇIQLANDI
Azərbaycanın dövlət borcu 28,6 milyard manata çatacaq – İki ildə 2,6 milyard manat artım gözlənilir






















