Əkin subsidiyası sığorta müqaviləsi bağlandıqdan sonra veriləcək - QAYDA DƏYİŞDİ
Azərbaycanda istifadəsində olan 10 hektar və daha çox torpaq sahəsində sığortalanmalı olan bitkinin becərilməsinə görə əkin subsidiyası sığorta müqaviləsi bağlandıqdan sonra verilir.
“Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edildi.
Marja, bununla bağlı Azərbaycan Respublikası Prezidentinin Fərmanına istinadən xəbər verir ki, aqrar sahədə subsidiyaların tətbiqi ilə bağlı qərarları qəbul edən Şura əkin subsidiyasının tətbiqi üçün regionlar üzrə bitkilərin siyahısını təsdiq edərkən Qaydanın 2.5-1-ci bəndini nəzərə alınacaq.
Qaydaya yeni əlavə edilən 2.5-1-ci bəndinə görə, Şuranın təsdiq etdiyi siyahıya “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aqrar sığorta predmetinə aid olan bitkilər (sığortalanmalı olan bitkilər) daxil edildiyi təqdirdə, həmin bitkilərin ixracyönümlü olması və ya ərzaq təhlükəsizliyinin təmin edilməsindəki rolu əsas götürüləcəkdir.
Qaydaya əlavə edilən digər bir bəndə (3.1-1.) görə, istifadəsində olan 10 hektar və daha çox torpaq sahəsində Şuranın təsdiq etdiyi siyahıya daxil edilmiş sığortalanmalı olan bitkinin becərilməsinə görə əkin subsidiyası Qaydanın tələblərinə əsasən, sığorta müqaviləsi bağlandıqdan sonra veriləcəkdir.
Digər bir dəyişikliyə görə, əkin əmsalı – regionlar və bitkilər, habelə əkin sahəsinin (sahələrinin) həcmi üzrə istehsalın dəstəklənməsi dərəcəsi nəzərə alınmaqla Şuranın müəyyən etdiyi göstəricidir.
Əkin subsidiyası üçün sığortalanmalı olan bitkilərə münasibətdə isə həmçinin sığorta müqaviləsinin nömrəsi “Subsidiya” informasiya sisteminə daxil edilməldir.
Fərman 2025-ci il yanvarın 1-dək qüvvədədir.
XXX
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1050, № 12, maddə 1939; 2020, № 5, maddə 551; 2021, № 3, maddə 224; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyun tarixli 1361 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.4.1-ci yarımbəndə “siyahısının” sözündən sonra “(bu Qaydanın 2.5-1-ci bəndi nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
1.2. aşağıdakı məzmunda 2.5-1-ci və 3.1-1-ci bəndlər əlavə edilsin:
“2.5-1. Bu Qaydanın 2.4.1-ci yarımbəndinə uyğun olaraq Şuranın təsdiq etdiyi siyahıya “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aqrar sığorta predmetinə aid olan bitkilər (bundan sonra – sığortalanmalı olan bitkilər) daxil edildiyi təqdirdə, həmin bitkilərin ixracyönümlü olması və ya ərzaq təhlükəsizliyinin təmin edilməsindəki rolu əsas götürülür.”;
“3.1-1. İstifadəsində olan 10 hektar və daha çox torpaq sahəsində (sahələrində) bu Qaydanın 2.4.1-ci yarımbəndinə uyğun olaraq Şuranın təsdiq etdiyi siyahıya daxil edilmiş sığortalanmalı olan bitkinin becərilməsinə görə əkin subsidiyası bu Qaydanın tələblərinə əsasən, sığorta müqaviləsi bağlandıqdan sonra verilir.”;
1.3. 3.1-ci bəndin ikinci abzasına “bitkilər” sözündən sonra “, habelə əkin sahəsinin (sahələrinin) həcmi” sözləri əlavə edilsin;
1.4. 3.8.3-cü yarımbəndə “sənədləri” sözündən sonra “, sığortalanmalı olan bitkilərə münasibətdə isə həmçinin sığorta müqaviləsinin nömrəsini” sözləri əlavə edilsin.
2. Bu Fərman 2025-ci il yanvarın 1-dək qüvvədədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
41 d. əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
7 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
8 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
9 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI






















