Mebel şirkətləri istehsalı azaldıb, taxta qiymətləri tarixi rekorda çatıb...
Çip böhranı yeganə səbəb deyil. Təchizat problemləri indi də Avrozonada digər sahələri vurur.Pandemiya səbəbindən yaranan çip böhranı və logistika problemi avtomobil, elektronika və məişət avadanlıqları istehsalında ciddi problemlər yaratmaqda davam edir. Lakin bu sahələr tək deyil - yeni istehsalçılar da “qara siyahı”ya əlavə olunmaqdadır.
Marja xəbər verir ki, hazırda təchizat səbəbindən Avropada xammal və material çatışmazlığı ilə üzləşən istehsalçıların sayı 1985-ci ildən bəri rekord həddə - 40%-ə çatıb. Avropa Komissiyasının keçirdiyi son rüblük sorğunun nəticələrinə görə, hər 3 mebel istehsalçısından biri logistika səbəbindən istehsalı azaltmağa məcbur olub.
Qərargahı Avropada yerləşən dünyanın ən iri mebel istehsalı və satış şəbəkəsi Ikea da bu problemlərdən əziyyət çəkir. Əsas səbəblər Asiyanın iri limanlarında COVID səbəbindən işlərin tez-tez dayanması, nəqliyyat xərclərində yeddi dəfəyə yaxın artım və iri yük maşın (TIR) sürücülərinin çatışmazlığıdır.
IHS Markit-in məlumatına görə, Avropada sifarişlər və çatdırılmalar arasında mənfi fərq son 24 ildə ən yüksək həddə çatıb. Təchizat problemləri inflyasiyaya da xüsusi təkan verir və hazırda Avrozonada son 10 ilin ən yüksək göstəricisi - orta hesabla 3%-lik inflyasiya artımı yaşanır.
Təkcə taxta qiymətləri bu ilin mayında tarixi rekorda çatıb - hər min kub fut-a görə 1500 dollardan çox. Hazırda qiymətlər yarıbayarı azalsa belə, hələ də pandemiyadan əvvəlki göstəricidən yüksəkdir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 2 d. əvvəl
-
-
13 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 17 d. əvvəl
-
29 d. əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 36 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb











.jpg)






.jpg)





