Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Dövlət Vergi Xidməti Rusiyadan bunları öyrənir - XİDMƏTİN RƏİSİ RUSİYADA OLUB

Azərbaycan və Rusiya vergi sahəsində e-sənəd dövriyyəsinin təşkili üçün layihə hazırlayacaq.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət Vergi Xidməti Rusiyadan bunları öyrənir - XİDMƏTİN RƏİSİ RUSİYADA OLUB

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında ticarət, nəqliyyat, büdcə-vergi sektorunun rəqəmsallaşdırılması sahələrində qarşılıqlı əlaqələrin və əməkdaşlığın genişləndirilməsi məqsədilə imzalanmış “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə 2024-cü ilədək Fəaliyyət Planı” çərçivəsində birgə əməkdaşlıq davam edir. Büdcə-vergi sektorunun rəqəmsallaşdırılması sahəsində ölkələr arasında qarşılıqlı əməkdaşlıq Rusiya Federasiyasının Maliyyə Nazirliyi yanında Federal Vergi Xidməti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) nümayəndələrindən ibarət işçi qrup formatında aparılır.

Bugünədək işçi qrupun 2 iclası keçirilib.

Reklam_3_11

Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir ki, oktyabrın 13-14-də Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlinin rəhbərlik etdiyi nümayəndə heyəti işçi qrupun 3-cü iclasında iştirak etmək üçün Moskva şəhərinə səfər edib.

Oktyabrın 13-də DVX rəisi Orxan Nəzərli Federal Vergi Xidmətinin rəhbəri Daniil Yeqorovla görüşüb. Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi görüşdə iki ölkənin vergi xidmətləri arasında əlaqələr və əməkdaşlıq məsələləri, həmçinin vergi orqanlarının rəqəmsallaşma sahəsində həyata keçirilən işləri barədə geniş spektrdə müzakirələr aparılıb, ölkələrin bu sahədə təcrübələri ilə bağlı təqdimatlar olub. O.Nəzərli bildirib ki, Azərbaycan Rusiya vergi orqanlarının rəqəmsallaşma sahəsində təcrübəsini yaxından izləyir və mütərəqqi yeniliklərin milli vergi sistemində tətbiqi imkanlarını araşdırır.

Son illər Azərbaycanın vergi sistemində aparılan islahatlar barədə danışan O.Nəzərli “kölgə iqtisadiyyatı”nın miqyaslarının aşağı salınması, biznesin fəaliyyətinin leqallaşdırılması, şəffaflaşdırılması və dövriyyələrin “ağardılması” istiqamətində tətbiq olunan rəqəmsal nəzarət mexanizmləri, eləcə də bu sahədə həyata keçirilən tədbirlərin fiskal nəticələri barədə məlumat verib. Qeyd edilib ki, pandemiyanın səngiməsi və iqtisadi mühitin yenidən öz aktivliyini bərpa etməsi ÜDM-in yenidən artımına, xüsusilə də qeyri-neft sektorunda əhəmiyyətli canlanmaya gətirib. Cari ilin 8 ayında ÜDM-in 3,6 faiz artımı qeydə alınıb. İqtisadiyyatda müşahidə edilən pozitiv proseslər, həmçinin vergi bazası üzərində effektiv rəqəmsal nəzarətin tətbiqi vergi daxilolmalarının artımına müsbət təsir edir.

DVX rəisi Azərbaycanın vergi sistemində həyata keçirilən layihələr barədə rusiyalı həmkarlarını məlumatlandırıb. Ölkəmizin pərakəndə ticarət sektorunda tətbiq edilən və həyata keçirilən əməliyyatlara məsafədən nəzarət imkanı verən yeni nəsil onlayn kassa aparatları barədə danışan DVX rəisi indiyədək 45 mindən çox belə kassaların praktiki tətbiq olunduğunu qeyd edib. Görüş çərçivəsində ölkəmizdə “kölgə iqtisadiyyatı”nın azaldılmasına yönəldilmiş və təsərrüfat subyektlərinin şəffaflığının artırılmasını hədəfləyən “ƏDV geri al” layihəsi barədə də məlumat verilib. Qeyd olunub ki, 2020-ci ilin may ayından tətbiq edilən bu sistem vasitəsilə istehlakçılar alış zamanı ödənilmiş ƏDV-nin bir hissəsini geri ala bilirlər. Bu zaman onlar ticarət obyektlərindən kassa çeklərini tələb etməli və onu xüsusi yaradılmış portalda qeydə almalıdırlar. İstehlakçıların kassa dövriyyələrinin şəffaflaşmasında birbaşa iştirakını nəzərdə tutan bu layihə sayəsində indiyədək portalda 300 milyondan çox kassa çeki qeydə alınıb, istehlakçılara 119,6 milyon manat geri ödənilib.

DVX rəisi vergi ödəyicilərinə göstərilən elektron xidmətlər barədə də məlumat verərək bildirib ki, vergi orqanları sahibkarlara 69 elektron xidmət göstərir. Hazırda bu xidmətlərin daha da təkmilləşdirilməsi istiqamətində işlər aparılır.

Görüş zamanı Rusiya tərəfi rəqəmsallaşma sahəsində milli təcrübəsi ilə bağlı təqdimatlar edib. Federal Vergi Xidmətinin "ƏDV-nin büdcədən qaytarılmasına avtomatlaşdırılmış nəzarət sistemi"ni (АСК НДС 2) nümayiş etdirilib. Bu sistem vergi ödəyicilərinin təqdim etdiyi bəyannamələrdə səhvlərin, şirkətlər və fərdi sahibkarlar tərəfindən istifadə olunan riskli və qeyri-real əməliyyatların müəyyən edilməsi üçün tətbiq olunur. Rusiyada tətbiq edilən kassa aparatları üçün müasir IT nəzarət sistemi də maraqlı təqdimatlardan olub. Rusiya vergi orqanları bu sistem vasitəsilə onlayn rejimdə ödəyicilərin bütün kassa əməliyyatlarını izləyir. Kassa aparatlarının istifadəsi sahəsində sui-istifadə hallarını istisna etmək üçün aparılan monitorinq məlumatları sonradan yoxlamaların təyin olunması üçün əsas rol oynayır.

Federal Vergi Xidmətinin nümayiş etdirdiyi növbəti təqdimat fərdi əməklə məşğul olanların vergitutma sistemi ilə bağlı olub. Bildirilib ki, 2019-cu ildən özünüməşğul vətəndaşlar üçün yeni xüsusi vergi rejimi tətbiq edilir. Peşə gəlirlərinə vergini müəyyən edən bu rejim 10 il müddətinə Rusiyanın bütün subyektlərini əhatə edir. Özünüməşğul vergi ödəyiciləri xüsusi rejimdə çalışmaq istəyini könüllü müəyyən edir, bu rejimdə fəaliyyət göstərən şəxslər vergilərini güzəştli dərəcə ilə (4 və ya 6 faiz) ödəyirlər. Rusiya tərəfinin sonuncu təqdimatı elektron sənəd idarəetmə sistemi ilə bağlı olub. Təqdimatda sərhədlərarası elektron sənəd dövriyyəsinin təşkili üçün ikitərəfli pilot layihənin hazırlanması və işə salınması ilə bağlı imkanlar nümayiş etdirilib.

Görüş zamanı Azərbaycan nümayəndə heyəti də ölkəmizin rəqəmsallaşma sahəsində həyata keçirilən bir sıra layihələr üzrə təqdimatlar edib. Əvvəlcə ƏDV üzrə vahid depozit hesabının istifadəsi və subhesabların idarə olunması sistemi nümayiş etdirilib. Bu sistem vergi ödəyicisinə verilmiş vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülmə işlərinin yerinə yetirilməsini əhatə edir. Bildirilib ki, bu sistemin tətbiqi ƏDV üzrə ödəmələrin sistemləşmiş hərəkətinə nəzarəti təmin etməyə imkan verib. Vergi ödəyicisi ƏDV depoziti hesabında olan vəsaitindən istifadə etməklə vergilərlə bağlı dövlət büdcəsinə, ƏDV ilə bağlı dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına, o cümlədən digər vergi ödəyicilərinin ƏDV sub-uçot hesablarına ödənişləri həyata keçirir. Eyni zamanda, vergi orqanı vergi ödəyicisinin ƏDV depoziti hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir.

Azərbaycan tərəfinin digər təqdimatı yeni nəsil onlayn kassaların tətbiqini təmin edən monitorinq sistemi ilə bağlı olub. Təqdimat zamani Rusiya vergi orqanlarının tətbiq etdiyi sistemlə müqayisələr aparılıb. Tərəflər sistemlərin fəaliyyəti və imkanları, həmçinin “ƏDV geri al” layihəsinin tətbiqi və məqsədləri barədə fikir mübadiləsi aparıblar. Eyni zamanda, daxil olan məlumatların saxlanılması və təhlili üzrə gələcəkdə ölkələrarası təcrübə mübadiləsinin aparılması razılaşdırılıb.

Daha bir təqdimat Azərbaycanda tətbiq olunan beynəlxalq vergitutma məsələləri ilə bağlı olub. Ölkəmizdə vergi məqsədləri üçün məlumat mübadiləsi proqramlarında iştirakı və əldə edilmiş məlumatların emalı, bağlanmış ikitərəfli və çoxtərəfli sazişlər, beynəlxalq təşkilatların iştirakı ilə həyata keçirilən layihələr, tvinninq proqramları barədə məlumat verilib.

Oktyabrın 14-də işçi qrupun 3-cü iclası keçirilib. İclasda vergi xidmətlərinin müxtəlif sahələrdə rəqəmsallaşma imkanları barədə geniş müzakirələr aparılıb. Müzakirələrin əsas mövzuları elektron xidmətlərə ƏDV-nin tətbiqinin inzibatçılığı, elektron ticarət üzərində nəzarətin təmin edilməsinə yanaşmalar, yerli rezidentlər tərəfindən nəzarət edilən xarici şirkətlərlə vergi orqanlarının qarşılıqlı fəaliyyətinin praktiki təcrübəsi, vergi ödəyiciləri üçün interaktiv xidmətlər, iri ticarət mərkəzlərində (bazarlar, yarmarkalar və s.) operativ nəzarətin təşkili, vergi monitorinqi sisteminin tətbiqi, həmçinin avtomatik məlumat mübadiləsi çərçivəsində alınan məlumatların istifadəsi olub. İşçi qrupun iclasında qarşılıqlı təcrübə, həmçinin vergi inzibatçılığının bir sıra sahələri üzrə məlumat mübadiləsi aparılıb, dünyada tətbiq olunan beynəlxalq standartlar və son tendensiyalar müzakirə edilib.

İclasın sonunda tərəflər arasında protokol imzalanıb. Tərəflər gələcəkdə vergi inzibatçılığı sahəsində, o cümlədən ƏDV inzibatçılığı və yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi sistemləri, elektron kommersiyaya nəzarət, iri ticarət mərkəzlərində operativ nəzarət mexanizmləri sahələrində mütərəqqi təcrübələr barədə məlumat mübadiləsi aparmağı, İİƏT çərçivəsində məlumat mübadiləsi sisteminin təcrübəsi əsasında maliyyə informasiyalarının mübadiləsi və ondan istifadə edilməsini, eləcə də təsərrüfat subyektlərinin sərhədlərarası elektron sənəd dövriyyəsinin təşkili üçün ikitərəfli pilot layihənin hazırlanması ilə bağlı imkanları nəzərdən keçirməyi qərara alıblar.

18.10.2021 15:58

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ