Şirkətin 9 tona yaxın yararsız qida məhsulları məhv edilib
Marja.az Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir ki, Milla markalı süd və süd məhsullarının istehalçısı olan “AZ FP CO LTD” MMC-nin Agentliyə müraciəti əsasında istifadə müddəti bitmiş və istehlaka yararsız 65 adda, ümumi çəkisi 8946.77 kq müxtəlif növ qida məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda AQTA əməkdaşlarının iştirakı ilə məhv edilib.
Qeyd edək ki, istifadə müddəti bitmiş qida məhsullarının istehsalçı şirkətin öz müraciətilə məhv edilməsi alıcıların sağlamlığına olan diqqətdir.
“AZ FP CO LTD” şirkəti son itifadə tarixi keçən və digər səbəblərdən istehlaka yarasız vəziyyətə düşən məhsulları satış mərkəzlərindən geri yığaraq məhv etdirir, əvəzində satışa təzə məhsullar göndərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 12 saat əvvəl
-
15 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 15 saat əvvəl
-
15 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
15 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
15 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
16 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 17 saat əvvəl