Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycana daxil olan valyuta çıxanı üstələyib - 2,4 MİLYARD DOLLARLIQ SALDO

Azərbaycanın tədiyə balansının saldosu 1 milyard 803.7 milyon dollar kəsirdən, 2 milyard 437 milyon dollar profisitə keçib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycana daxil olan valyuta çıxanı üstələyib - 2,4 MİLYARD DOLLARLIQ SALDO
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2021-ci ilin 9 ayında Azərbaycanın tədiyə balansının ümumi saldosu müsbət 2 milyard 437 milyon dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin 9 ayında tədiyə balansının ümumi saldosu mənfi 1 milyard 803.7 milyon dollar təşkil etmişdi.

Reklam_3_11

Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2021-ci ilin 9 ayında tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında qiymətlərin bərpası və qeyri-neft ixracının əhəmiyyətli artımından təsirlənmişdir.

Cari əməliyyatlar balansında 3.9 milyard dollarlıq profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 1.5 milyard dollarlıq kəsir yaranmış, ehtiyat aktivləri 2.4 milyard dollar artmışdır.

Qeyd edilib ki, bu dövrdə xam neftin orta qiyməti 62 dollar/barel olmuş, qeyri-neft ixracı isə 38% artaraq 1.7 milyard dollar səviyyəsində formalaşmışdır.

Cari əməliyyatlar hesabı

2021-ci ilin 9 ayı üzrə cari əməliyyatlar hesabının profisiti 3.9 milyard və ya ÜDM-in 10.7%- ni təşkil etmişdir (2020-cu ilin 9 ayı üzrə 208.3 milyard dollar kəsir olmuşdur). Neft-qaz sektoru üzrə cari əməliyyatlar hesabının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 2.1 dəfə artaraq 8.2 milyard dollar, qeyri-neft sektoru üzrə cari əməliyyatlar hesabının kəsiri isə 1.5% artaraq 4.3 milyard dollar məbləğində olmuşdur.

Xarici ticarət balansı

2021-ci ilin 9 ayı üzrə xarici ticarət dövriyyəsi 21.4 milyard dollar təşkil etmiş, neft-qaz sektoru üzrə 11 milyard dollar həcmində profisit, qeyri-neft sektoru üzrə 4.6 milyard həcmində kəsiri bağlamış və nəticədə xarici ticarət balansında 6.4 milyard dollarlıq profisit yaranmışdır. Hesabat dövründə Azərbaycanın dünyanın 183 dövləti ilə ticarət əlaqələri olmuşdur. Xarici ticarətin 14%-i MDB üzvü olan dövlətlərin, 86%-i isə digər xarici dövlətlərin payına düşür.

Əmtəə ixracı

Hesabat dövründə əmtəə ixracı 13.9 milyard dollar (42.3% artma) təşkil etmişdir. Dövr ərzində əsasən dünya neft bazarlarında xam neftin ötən ilin müvafiq dövrünə nisbətə bahalaşması (49% və ya 1.5 dəfə) səbəbindən neft-qaz sektoru üzrə ixracın həcmi 43% artaraq 12.2 milyard dollar olmuşdur. İxrac olunmuş neft məhsullarının (9.6 milyard dollar) 8.9 milyard dollarını xam neftin, 627 milyon dolları isə neft emalı məhsullarının payına düşür. 2021-ci ilin 9 ayı üzrə qeyri-neft ixracı 38.1% artaraq 1.7 milyard dollar olmuşdur.

Əmtəə idxalı

2021-ci ilin 9 ayı üzrə əmtəə idxalı ötən ilin müvafiq dövrünə nisbətən 0.9% artaraq 7.5 milyard dollar təşkil etmişdir, o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri isə 3.6 milyard dollar olmuş, bunun da 1.2 milyard dollarını ərzaq məhsullarının payına düşür. Qeyri-neft sektoru üzrə idxal 3.2% artaraq 6.2 milyard dollar olmuşdur. Qeyri-neft idxalının strukturunda gəmilər, qayıqlar və üzən konstruksiyaların (1.9 dəfə), əczaçılıq məhsullarının (1.5 dəfə), ətir və kosmetik vasitələrinin (44%), minik avtomobillərinin (40%), dəmiryol nəqliyyat vasitələrinin (39.4%), şəkərin (36.6%), mebel məhsullarının (25.6%), alkoqollu və alkoqolsuz içkilərinin (21%), daş və şüşə məmulatlarının (20%), ağac məmulatlarının (16.3%), tütün və tütün məhsullarının (12%), tərəvəz məhsullarının (10.4%), kağız məmulatlarının (7%) və palma yağının (4.5%) idxalı artmış, uçuş aparatlarının (11.4 dəfə), dənli bitkilərin (13.5%), metalların (11.4%), sabun və yuyucu vasitələrinin (8%) və kərə yağının (6.7%) idxalı isə azalmışdır. İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 8.4% təşkil edərək 0.6 milyard dollar olmuşdur.

Xidmətlər balansı

2021-ci ilin 9 ayı üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 6.9 milyard dollar təşkil etmişdir. Bunun 4.3 milyard dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 2.6 milyard dolları isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 14% azalaraq 1.7 milyard dollar olmuşdur. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 1.3 milyard dollar (29.3% azalma) olmuşdur. Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri isə 462.9 milyon dollar (2.2 dəfə artma) olmuşdur.

Qarşılıqlı xidmətlər dövriyyəsinin 41.1%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 2.8 milyard dollar olan nəqliyyat xidmətlərinin 60%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olmuşdur.

Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 1.7 milyard dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 1.1 milyard dollar təşkil etmişdir. Dövr ərzində qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı ötən ilin müvafiq dövrünə nisbətən 11.3%, idxalı isə 20.8% artmışdır. Nəticədə nəqliyyat xidmətləri üzrə 2020-ci ilin 9 ayında 0.2 milyard dollar olan profisit, 2021-ci ilin 9 ayında 0.6 milyard dollara yüksəlmişdir.

2021-ci ilin 9 ayında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 23.1% azalaraq 491.1 milyon dollar təşkil etmişdir. Hesabat dövründə turizm xidmətləri üzrə idxalın (367.4 milyon dollar) ixracı (123.7 milyon dollar) üstələməsi nəticəsində 243.7 milyon dollar həcmində kəsir yaranmışdır. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 24.7%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 38.2% azalmışdır. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 367.4 milyon dollar olmuşdur. Bunun 88.5%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olmuşdur (məkik idxal üçün vəsaitlər istisna olmaqla). Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 3.4 dəfə azalaraq 6 milyon təşkil etmişdir. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 37.3% artaraq 668 milyon olmuşdur.

İlkin gəlirlər balansı

Hesabat dövründə ilkin gəlirlər balansında neft-qaz sektoru üzrə 1.5 mlrd.$ kəsir, qeyri-neft sektoru üzrə isə 0.4 mlrd.$ profisit olmuşdur. Nəticədə ilkin gəlirlər balansında kəsir 33.1% artaraq 1.1 mlrd.$ təşkil etmişdir. İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 3.7 mlrd.$ olmuşdur. Bunun 65%-i (2.4 mlrd.$) Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil etmişdir. Bu məbləğin isə əsas hissəsini (1.7 mlrd.$) xarici investorların payına düşən gəlirlərin repatriasiyası (o cümlədən 1.6 mlrd.$ beynəlxalq neft-qaz konsorsiumları üzrə xam neft şəklində repatriasiya), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (0.3 mlrd.$), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (0.2 mlrd.$) və digər ödənişlər (0.2 mlrd.$) təşkil etmişdir.

Təkrar gəlirlər balansı

Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi həcmi 1.3 mlrd.$ məbləğində qiymətləndirilmişdir. Daxilolmalar 0.8 mlrd.$, ödənişlər isə 0.5 mlrd.$ təşkil etmişdir. Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 91.2%-i xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 7%-i ölkəyə gətirilən humanitar və yardım mallarının həcmi, 1.8%-i isə digər daxilolmalar təşkil edir. Ölkəyə göndərilən pul baratlarının həcmi 13.3% artaraq 772.5 mln.$, ölkədən çıxarılan pul baratlarının həcmi isə 5% artaraq 402.3 mln.$ olmuşdur. Nəticədə pul baratları üzrə 370.2 mln.$ müsbət saldo yaranmışdır. Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 363.3 mln.$ (21% artım) təşkil etmişdir.

Maliyyə hesabı

2021-ci ilin 9 ayı üzrə ölkənin xalis maliyyə aktivləri 740.1 mln.$ artmışdır. Bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (132.2 mln.$), portfel investisiyaları (388.2 mln.$) və digər investisiyalar (219.7 mln.$) hesabına formalaşmışdır. Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 717.4 mln.$ azalmışdır ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (-617.1 mln.$), neft bonusu (454.1 mln.$), portfel investisiyaları (-177.7 mln.$) və digər investisiyalar (-376.7 mln.$) hesabına formalaşmışdır.

Tədiyə balansı nədir?

Tədiyə balansı ölkənin beynəlxalq iqtisadi əlaqələrinin mədaxil və məxaric formasında valyuta ilə ifadə olunmuş dəyəridir.  Başqa sözlə, tədiyə balansı beynəlxalq iqtisadi əməliyyatların həyata keçirilməsi nəticəsində milli iqtisadiyyata daxil olan və xaricə çıxarılan valyuta vəsaitləri arasında nisbəti müəyyən edir. 

Tədiyə balansı 4 hissədən ibarətdir:

1. Cari əməliyyatlar balansı;

2. Kapitalın və maliyyənin hərəkəti balansı;

3. Ehtiyat aktivlərin dəyişməsi və

4. Balanslaşdırıcı maddələr.

Tədiyə-balansı
09.12.2021 10:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ