Nabranda nümunəvi çimərliklər yaradılır
Azərbaycanda çimərlik mövsümünün başlanmasına sayılı günlər qalıb.
Ölkəmizin böyük turizm potensialına malik bölgələrindən olan Nabran istirahət zonası yay mövsümündə qonaqları qarşılamağa hazırlaşır. 80-dən çox turizm obyektinin fəaliyyət göstərdiyi Nabranda çimərlik mövsümü iyunun ikinci ongünlüyündən start götürür.
Bu mövsüm Nabran istirahət zonasında iki yeni nümunəvi çimərlik fəaliyyətə başlayacaq. Bunlardan biri dövlət, biri isə özəl istirahət müəssisələri kimi fəaliyyət göstərəcək. Beynəlxalq standartlara cavab verəcək çimərliklərin yerinin müəyyənləşdirilməsi üçün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yerli icra orqanları ilə birlikdə Nabranda olub. Bu il payız-qış mövsümündə ölkəyə gələn turistlərin sayındakı artımın yay mövsümündə də müşahidə olunacağı gözlənilir. Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında qarşıdakı yay mövsümündə ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz çox turistin gələcəyinin proqnozlaşdırıldığını bildirib.
Mövsümqabağı Nabran çimərliklərində dəniz suyunun tərkibi yoxlanılır
Çimərlik mövsümünün başlanması ilə əlaqədar Nabran istirahət zonasında son hazırlıq işləri görülür. İstirahət mərkəzlərinin sahibləri obyektlərində şəraitin yaxşılaşdırılmasına, xidmət səviyyəsinin yüksəldilməsinə çalışdığı bir vaxtda, əlaqədar qurumlar da dəniz suyunun tərkibinin müayinəsini həyata keçirir. Xaçmaz Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən Xəzər dənizinin Xaçmaz rayonu ərazisindəki beş müxtəlif çimərlikdən su nümunələri götürülərək, müayinə üçün laboratoriyaya göndərilib. Bu çimərliklərin əksəriyyəti yay mövsümündə turistlərin daha çox üz tutduğu Nabran istirahət zonasındadır. Dəniz suyunun müayinəsi çimərlik mövsümü boyunca, ay ərzində iki dəfə olmaqla, oktyabradək davam etdiriləcək.
30-40 manata gündəlik ev kirayələmək imkanı
Hazırda Nabran çimərliklərinə daha çox yerli turist gəlir. Bəzi turistlər buradakı müasir tələblərə cavab verən istirahət mərkəzlərində dincəlməyə üstünlük versələr də, fərdi şəxslərə məxsus evləri kirayələyənlər də az deyil. Bunun başlıca səbəbi kirayə evlərin qiymətinin otellərlə müqayisədə aşağı olması və ev sahibləri tərəfindən turistlərə ödənişsiz bələdçilik xidmətlərinin təklif olunmasıdır. Günü 30-40 manata təklif olunan belə evlər əsasən, Nabran və Müqtədir kəndlərində yerləşir. Evlərin kirayə qiymətləri turistin evdə qalma müddətindən asılı olaraq dəyişir. Otellərdə isə qiymət nisbətən baha olsa da, turistlərə təqdim olunan xidmətlərin çeşidi və keyfiyyəti də yüksəkdir.
Nabranda ev kirayələmək istəyən qonaqlar Xaçmaz Regional Turizm İnformasiya Mərkəzinin xidmətlərindən yararlana bilərlər. Mərkəzdə Xaçmazda fəaliyyət göstərən turizm obyektləri ilə yanaşı, evini kirayə verən şəxslər barədə də məlumatlar toplanılıb.
Xaçmazın rayon mərkəzində hazırda dörd otel fəaliyyət göstərir. Bu otellərdə iki nəfərlik nömrələrdə bir gün qalmaq üçün təxminən 30-40 manat ödəmək lazımdır. Nabran turizm zonası istiqamətində yerləşən istirahət mərkəzlərində isə qiymətlər bir qədər yüksəkdir. Turizm obyektlərindəki kotteclərin bir günlük qiyməti 50 manatdan başlayır. Qiymətlər kotteclərin komfortundan və təqdim olunan əlavə xidmətlərdən asılı olaraq dəyişir.
Xaçmazda keçirilən II Beynəlxalq dolma festival turistlərin bu zonaya marağını artıracaq
İyulun 15-də Xaçmaz şəhərində II Beynəlxalq dolma festivalı təşkil olunacaq. Şəhərin şimal girişində yerləşən “Çənlibel” istirahət parkında təşkil olunacaq festivalda bölgələrimizdə, eləcə də dünyanın bir sıra ölkələrində müxtəlif çeşiddə bişirilən 300 növdə dolma sərgilənəcək. Ötən il olduğu kimi, bu il də festivalın ziyarətçilərinin çox olacağı gözlənilir. Belə ki, beynəlxalq tədbirə Azərbaycanın 50 rayonundan və 10 xarici ölkədən 500-dən çox iştirakçı qatılacaq.
Festival ölkəmizin müxtəlif bölgələrində dolma növlərinin aşkara çıxarılmasına, qədim ənənəyə malik milli mətbəximizin yerli və beynəlxalq ictimaiyyətə təqdim olunmasına xidmət edir.
Bununla yanaşı, festivala qatılan qonaqlar Xaçmazın və ümumilikdə şimal bölgəsinin turizm imkanları barədə məlumatlandırılacaqlar. Təşkilatçılar əmindirlər ki, II Beynəlxalq dolma festivalı turistlərin bu zonaya marağını daha da artıracaq.
Yeni turizm marşrutları
Nabran istirahət zonasına yerli və xarici turistləri cəlb etmək üçün yeni turizm marşrutları da müəyyənləşdirilib. Xaçmaz Turizm İnformasiya Mərkəzi yerli icra orqanları ilə birlikdə tədbirlər planı hazırlayıb. Tərtib olunan yeni turizm marşrutları Nabran istirahət zonası ilə yanaşı, bütün Xaçmaz ərazisini, eləcə də qonşu rayonları əhatə edir. Bu marşrutlar üzrə səyahətə çıxan turistlər əsrarəngiz təbiət mənzərələri ilə yanaşı, tarixi abidələr və digər maraqlı məkanlarla da tanış olmaq imkanı qazanacaq. Mərkəz tərəfindən turistlərə balıqçılıq turları da təklif olunur. Xaçmaza gələn qonaqlara, eyni zamanda, Quba, Qusar, Şabran və Xızı rayonlarına da səyahət imkanı yaradılır.
©Azərtac
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 12 d. əvvəl
-
-
55 d. əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
15 saat əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 15 saat əvvəl
-
15 saat əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
15 saat əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
AZAL 2 milyard 29 milyon manat qazanıb, 1 milyard 812 milyon manatını xərcləyib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Ən çox oxunanlar
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb





















