TuranBank “ASAN Məktub” la birgə uşaqların arzularını gerçəkləşdirib
(®) Sosial məsuliyyətli bankçılıq prinsiplərinə sadiq qalan TuranBank “ASAN Məktub” sosial proqramı çərçivəsində növbəti xeyriyyə aksiyasına imza ataraq aztəminatlı ailələrin, o cümlədən şəhid və qazi övladlarının arzularını gerçəkləşdirib.
Sosial proqram çərçivəsində bank əməkdaşları ASAN Könüllülərlə birlikdə “ASAN Məktub” vasitəsilə öz arzularını yazan uşaqların görüşünə getmiş, uşaqlara istəklərinə uyğun müxtəlif hədiyyələr təqdim etmişdir. Adıçəkilən sosial proqram çərçivəsində Bank Sumqayıt şəhəri və Balakən rayonunun kəndlərinin kiçik sakinlərini sevindirmişdir.
Məlumat üçün qeyd edək ki, TuranBank Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində daim həssas əhali qruplarını diqqət mərkəzində saxlayır və dəstək olur. Bankımız hər zaman şəhidlərimizin ailə üzvlərinin, qazilərimizin sosial müdafiəsi və ehtiyaclarının qarşılanması üzrə təşəbbüslərdə aktiv iştirak edir. Bu ənənəyə sadiq qalan Bankımız ASAN Könüllülər və "YAŞAT" Fondu ilə birlikdə mütəmadi olaraq sosial layihələrdə əməkdaşlıq edir.
TuranBank həssas əhali qruplarına, o cümlədən gələcəyimiz olan uşaqlara dəstək layihələrini, həssas əhali qruplarının ehtiyaclarının qarşılanması üzrə aksiyalarını bundan sonra da davam etdirəcək.
Müştərilərin xəbərləri
"Prime Cotton"un regional idarəetmə rəhbəri Bahəddin Leysanov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
2 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
2 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
41 d. əvvəl
“NORM” şirkətinin illik xeyriyyə xərcləri 5 milyon manatdan çox olub
-
59 d. əvvəl
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Satınalma tamamlandı, rəhbərlik dəyişdi — iki bankda yeni təyinatlar
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tanınmış geyim brendi Bakıda 2 min 400 kvadratmetrlik mağaza açıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Satınalma tamamlandı, rəhbərlik dəyişdi — iki bankda yeni təyinatlar
Azərbaycanda neft və qaz hasilatı azalıb
“Rabitəbank”ın Müşahidə Şurasına sədr müavini təyin edilib
Tanınmış geyim brendi Bakıda 2 min 400 kvadratmetrlik mağaza açıb
Rubio: Tramp İranla müharibəni sülh yolu ilə bitirmək istəyir
Chery rəhbərindən xəbərdarlıq: “Çinin avtomobil istehsalçılarının təxminən 90 faizi zərərlə işləyir”
PMD eksklüziv layihələrini AIREX 2026-da təqdim edəcək ®
“Ford”un mənfəəti 17% azalıb, gəlirləri geriləyib – Şirkət 2027-ci il üçün proqnozunu açıqlayıb
Neft bazarı üçün mühüm qərar
Rəsmi məzənnələr açıqlandı






















