Azərbaycanda nəhəng nərə balıqlarına rast gəlinməməsinin səbəbləri açıqlandı
“Azərbaycanda balıqların təbii çoxalma yerlərinin sayı demək olar ki, yox dərəcəsindədir” - Açıqlamaİranın şimalında yerləşən Mazandaran vilayətində, Xəzər dənizində uzunluğu 3 metr, çəkisi isə 210 kq olan nərə balığı (beluqa) tapılıb.
Nərə balıqlarının dünya üzrə olan ehtiyatlarının 80 faizinin Xəzərdə cəmləşməsinə baxmayaraq bu balığın ölçüləri nadir hadisə kimi qiymətləndirilib.
Marja xəbər verir ki, Xəzər dənizində bu ölçüdə balıqlara davamlı olaraq rast gəlinməməsinin səbəbləri barədə Zoologiya İnstitutunun aparıcı elmi işçisi Süleyman Süleymanov məlumat verib.
Onun sözlərinə görə, müasir dövrdə bu balıq növlərinin sayı Xəzərin orta və cənub hissələrinə nisbətən, şimal hissəsində qismət də olsa üstünlük təşkil edir. Bunun səbəbi onların buradan Ural çayına miqrasiya etmək imkanlarının olması ilə bağlıdır.
Ural çayında təbii şəraitin saxlanıldığını deyən S.Süleymanov bildirib ki, nərə balıqları bu yerlərə miqrasiya edərək kürülərini tökür, çoxala bilirlər.
“Azərbaycanda isə təbii çoxalma yerlərinin sayı demək olar ki, yox dərəcəsindədir”, - deyə bildirən tədqiqatçı son dövrlərdə Azərbaycan ərazisində böyük ölçüyə malik nərə balıqlarına rast gəlinmədiyini vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
13 d. əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
21 d. əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 23 d. əvvəl
- 26 d. əvvəl
-
32 d. əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
39 d. əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
11 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 12 saat əvvəl