London məhkəməsi də Beynəlxalq Bank barədə qərar qəbul etdi
Nyu-York məhkəməsinin ardınca London məhkəməsi də Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivlərinin, habelə hüquqlarının xarici kreditorların iddia tələblərindən qorunması ilə bağlı müsbət qərar qəbul edib.
"Marja" Beynəlxalq Banka istinadən xəbər verir ki, qərara əsasən, ABB-nin xarici öhdəliklərinin könüllü restrukturizasiyası prosesi zamanı xarici kreditorlar bankın aktivlərinə qarşı tələblər irəli sürə bilməyəcək. Bu qərar ABB-nin xarici kreditorlar qarşısındakı öhdəliklərinin könüllü restrukturizasiyası prosesini dəstəkləyir.
Məlum olduğu kimi, ABB-nin bir sıra xarici maliyyə institutlarından cəlb etdiyi xarici valyutada borcların bu plana uyğun olaraq birbaşa dövlətə ötürülməsi nəzərdə tutulur. Bu proses bankın yalnız xarici öhdəliklərini əhatə edir.
"Bütün digər öhdəliklər, o cümlədən Azərbaycan Respublikası vətəndaşlarının, hüquqi şəxslərin və digər qeyri-rezidentlərin milli və xarici valyutada qorunan və qorunmayan, tələbli (cari) və müddətli əmanətləri üzrə əməliyyatlar isə cari rejimdə həyata keçirilir",- Beynəlxalq Bank bildirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















