Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Daxili bazarda təlabatın 95%-ni ödəyən şirkətin sahibi hökumətə müraciət etdi

İş adamı qiymətlərin artmaması və bazarda qalmaq üçün gömrük rüsumunun ləğv edilməsini xahiş edir.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Daxili bazarda təlabatın 95%-ni ödəyən şirkətin sahibi hökumətə müraciət etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda streç filmlərin (streç sarğıların) istehsalı ilə məşğul olan “Azplasttech” şirkətinin direktoru Əfsun Orucov istifadə etdikləri xətti polietilen xammalına 15 faizlik gömrük rüsumunun bərpa edilməsindən narahatdır. Onun sözlərinə görə, 18 yanvar 2022-ci il tarixindən etibarən xətti polietilenə idxal rüsumunun bərpa edilməsi öz mənfi fəsadlarını göstərməyə başlayıb, müəssisənin rentabelliyi azalır, idxal olunan anoloji məhsullar ilə rəqabət qabiliyyətləri aşağı düşür.

İş adamı Marja.az-a açıqlamasında qeyd edib ki, 2010-cu ildən istehsal fəaliyyətilə məşğuldurlar, o cümlədən 2016-cı ildən “Azplasttech” adı ilə fəaliyyət göstərirlər:

“Şirkətimiz Bakının Məhəmmədli kəndində 1 hektar ərazində yerləşən zavodu plietilen örtüklər (streç film və ya streç sarğı- red) istehsalı ilə məşğul olur. Streç sarğı əsasən istehsal və ticarət şirkətlərinin anbarlarında yükləri bükmək üçün istifadə olunan şəffaf qablaşdırma materialıdır. Elastik xüsusiyyəti sayəsində bağlanan əşyaları saxlayır. Streç filim məhsulların dağılmasının qarşısını alır, həmçinin onları mühafizə edir. Bugün Azərbaycanın qida və qeyri-qida şirkətləri, iri marketlər şəbəkləri bizim müştərilərdir.

Azərbaycan Prezident cənab İlham Əliyevin iş adamlarına yaratdığı şəraitdən bəhrələnərək bu şirkəti açıb, böyütməyə qərara aldıq, investisiyalar yatırdıq. Şirkətimiz ildən ilə böyüyüb, işçilərimizin sayı artıb. Əgər 2016-cı ildə 6 əməkdaşımız var idisə, bugün 25 nəfər işçiyə malikik. Hazırda daxili bazarda streç filimə olan təlabatın 95%-ni bizim şirkət ödəyir”.

BU XAMMALIN AZƏRBAYCANDA İSTEHSALI YOXDUR

Sahibkar Əfsun Orucov xüsusilə vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamlar və fərmanlar sahibkarlara əlverişli şəraitin yaradılmasını, güzəştli kreditlərin və digər dəstəklərin verilməsini nəzərdə tutur. Eyni zamanda, bir sıra dövlət qurumlarının qərarlarının sahibkarların da maraqlarına uyğunlaşdırılmasına ehtiyac var.

Əfsun Orucov məlumat verib ki, streç sarğılar Azərbaycanda istehsalı olmayan, əsasən İran, Türkiyə, Səudiyyə Ərəbistanı və ABŞ-dan idxal etdikləri Xətti Aşağı Sıxlıqlı Polietilendən  (LLDPE) alınır.

Əfsun Orucovun sözlərinə görə, streç sarğı istehsalında istifadə olunan Xətti Aşağı Sıxlıqlı Polietilenə 18 yanvar 2022-ci il tarixindən 15 faizlik gömrük rüsumunun bərpa olunması biznesləri üçün təhlükə yaradıb:

“Dövlət başçısına və hökumətə müraciətlərimizdən sonra, 2019-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik etmişdi. Həmin dəyişiklik ilə xətti polietilen də 2 il müddətinə 15% faizlik gömrük rüsumundan azad olunmuşdu. Dəyişiklik barədə Qərar 2022-ci ilin Yanvar ayının 18-dək qüvvədə olub. Yanvarın 18-dən 15% gömrük rüsumunun yenidən tətbiq edilməsi streç məhsulunun maya dəyərinin artması və müəssisəmizin rentabelliyinin aşağı düşməsilə nəticələnib.

Məsələn, 18 yanvardan öncə xətti polietileni yalnız 18% əlavə dəyər vergisi ilə idxal edirdiksə, bugün alış qiymətinin üzərinə 15% rüsüm əlavə edildikdən sonra 18% ƏDV tətbiq olunur. Nəticədə xammalın idxalı 21%-ədək bahalaşır və məhsulumuzun maya dəyəri artır”.

RÜSUMUN BƏRPASI BAZARDA QİYMƏTLƏRİN ARTMASININ SƏBƏBLƏRİNDƏN BİRİDİR

Əfsun Orucov, “15 faiz gömrük rüsumunun tətbiq edilməsi zəncirvari olaraq ilk növbəfdə bizim istehsal etdiyimiz məhsulların qiymətinin artmasına, sonra müştərilərimiz olan istehsal və ticarət şirkətlərinin xərclərinin artmasına gətirib çıxarır” deyərək sözlərinə belə davam edib: “Dolayısı ilə, müştərilərimizin xərcləri artdığından onlar da məhsullarının qiymətlərini artırmaq məcburiyyətində qalırlar. Bu 15%-lik rüsum Azərbaycanda istehal olunun qida və qeyri-qida məhsullarının qiymət artımına az da olsa “töhfə” vermiş olur”.

AZƏRBAYCANDA İSTEHSALI OLAN POLİETİLEN NÖVLƏRİNƏ SIFIR, İTEHSALI OLMAYANLARA 15% RÜSÜM TƏTBİQ EDİLİR

İş adamı qeyd etdi ki, Azərbaycanda istehsalı olmayan və bu səbəbdən idxal olunan polietilin növünə rüsumun tətbiq edilməsi məntiqsizdir. Azərbaycanda istehsal olunan polietilen növlərinin idxalına sıfır dərəcəsi tətbiq olunarkən, ölkəmizdə istehsalı olmayan xətti polietilenə 15% dərəcəi tətbiq edilir:

“İndiyədək sorğularımıza məntiqli cavab ala bilməmişik. Bizim idxal etdiyimiz xətti polietilenin gömrük kodu 390110100-dür.  Sıxlığı 0,94-dən aşağı olan polietilenlər 3901 mal nomenklaturası ilə quruplaşdırılır. Bu qrup, 390110100 - xətti polietilen, 390110900 - digərləri olmaqla iki yerə bölünür. Digərlərinə sıfır gömrük rüsumu, xətti polietilenə isə 15% gömrük rüsumu tətbiq edilir. Halbuki, digər polietilenlər – PP, LDP, HDP ölkəmizdə  “SOCAR Polimer” tərəfindən istehsal olunur, bunlar sıfıra düşür, Azərbaycanda istehsalı olmayan və digər məhsullar ilə müqayisədə qat-qat az idxal olunan xətti polietilen isə 15% rüsuma düşür. Yəni bu rüsumun məntiqli əsası yoxdur”.

Sahibkar qeyd edib ki, bu kimi hallar sahibkarların istehsal ruhunu aşağı alır, inkişaflarını əngəlləyir:

“Artıq şirkətimizin rentabelliyi aşağı düşməkdədir, hiss edirik ki, idxal olunan streç sarğıların bazarda miqdarı artmaqdadır. Bizim onlar ilə rəqabət qabiliyyətimiz azalır. Xərclərimizin 21% artmasının nəticəsi olaraq xarici ölkələrdən idxal olunan streç filmlərin Azərbaycan bazarında payları artır. Azərbaycanda istehsalın heç bir məntiqi olmur, xarici ölkələrdən hazır məhsulu idxal edib satmaq daha gəlirli olur. Halbuki, istehsal müəssisəmiz ölkəmizin  ümumi daxili məhsul istehsalının artmasına, Azərbaycanının valyuta ehtiyatlarının ölkəmizdə qalmasına töhfə verir, iş yerləri açır”.

“Azplasttech” şirkətinin direktoru vurğulayıb ki, Dünya təcrübəsində xammala rüsum tətbiq olunması təcrübəsindən geniş itifadə olunmur: “Xammala rüsumun tətbiq edilməsi son məhsulun maya dəyərinin artmasına səbəb olur. Bu da istehsal şirkətlərinin perspektivini, daxil bazarda rəqabət qabiliyyətini və ixrac imkanlarını aşağı salır. Bu yarımfabrikat və hazır məhsul deyil. Bu polietilen xammaldır. Bu xammal zavodumuzda streç filmlərə çevrilir”.

İş adamı, “Biz yuxarı dövlət qurumlarını məlumatlandırmaq istəyirik ki, bu rüsum biz sahibkarların inkişafının qarşısını alır” deyib və əlavə edib:

“Biz bu rüsumun yenidən sıfıra endirilməsini xahiş edirik. 15%-lik rüsumun ləğv edilməsi ilə dövlət itirməyəcək, əkinə qazanmağa davam edəcək. Belə ki, dövlət istehsalçıdan mənfəət vergisi, dövlət sosial sığorta haqqı və s. haqlar alır. 15% rüsumun tətbiq edilməsi istehsal müəssisəmizin zəifləməsinə, ödədiyimiz vergilərin azalmaına və işçilərin ixtiarına səbəb ola bilər. Sizin sayt vaitəsilə hökumətimizə müraciət edərək, bizi narahat edən bu rüsum məsələinə baxılmasını xahiş edirəm”.

Sahibkar sonda qeyd etdi ki, ölkədə sahibkarlığın inkişafına əsaslanan iqtisadi siyasət aparıldığı üçün qaldırdığı məsələnin müsbət həll olunacağına inanır:

"Ümummilli lider Heydər Əliyev ölkəmizin sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla və onun tərəqqisi ilə əlaqələndirirdi. Ulu Öndərin fəaliyyətində, həmçinin sahibkarlıq fəaliyyətinə mane olan bir sıra əngəllərin və yoxlamaların aradan qaldırılması istiqamətində imzalanan fərman və sərəncamları bu sahədə müstəsna rol oynayıb.

Azərbaycanda sahibkarlığın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğı sayəsində əlverişli biznes mühitinin yaradılması üçün çox yaxşı imkanlar açılıb. Bu gün sahibkarlığın inkişafı istiqamətində atılan addımlar, bu sahədə yaradılan şərait ulu öndər Heydər Əliyevin və onun yolunun layiqli davamçısı İlham Əliyevin adı ilə bağlıdır. 

Bugün ölkənmizin hərtərəfli inkişafının təmin edilməsi dövlətin siyasətinin əsasında dayanır. Həyata keçirilən islahatlar zamanın tələbinə uyğunlaşdırılır, iş adamlarına təşviqlər, güzəştlər və əlavə imkanlar təqdim edilir. Mən inanıram ki, hökumətimiz yaxın gələcəkdə qaldırdığım məsələni müsbət həll edəcəkrir".

Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədovun imzaladığı “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, 2022-ci il ərzində idxal inflyasiyasının təsirinin azaldılması məqsədilə Dövlət Gömrük Komitəsi İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə birlikdə idxal edilən və minimum istehlak səbətinin tərkibində ərzaq məhsullarına münasibətdə və konkret sahəni əhatə etməklə daxili istehsalda istifadə olunan aralıq məhsulların idxalına tətbiq edilən gömrük rüsumları və əlavə dəyər vergisi üzrə güzəştlərin verilməsinə, gömrükdə saxlanc və yükləmə-boşaltma xərclərinin optimallaşdırılmasına dair razılaşdırılmış təkliflərini 15 gün müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Azplasttech Əfsun-Orucov streç-filmlər streç-sarğılar zavod plietilen örtüklər gömrük rüsum qablaşdırma
03.03.2022 18:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ