Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Ukrayna Rusiya müharibəsinin Azərbaycana təsirləri və yaratdığı yeni imkanlar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ukrayna Rusiya müharibəsinin Azərbaycana təsirləri və yaratdığı yeni imkanlar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Uzun müddətdir ki, dünyanın siyası arenasında baş verən yenilənmələrin fonunda yeni qlobal və regional güc mərkəzlərinin, xüsusilə də iqtisadi güc mərkəzlərinin ortaya çıxması, indiyədək mövcud olan hegoman ölkələrin bu dəyişikliklərdə hazırkı statusunu qorumağa çalışması bir sıra lokal münaqişələri istisna etməklə tərəflər arasında siyasi və bəzən isə iqtisadi müstəvidə mübarizə şəklində davam edirdi.

Lakin, bu iqtisadi və siyasi müstəvidə davam edən mübarizə ilə yanaşı təbii olaraq tərəflər hərbi müstəvidə də hazırlıqlarını görürdülər. Belə ki, Aİ-nın və NATO-nun dünyanın siyasi xəritəsində arealını genişləndirmə cəhdləri, bu cəhdlərə qarşı addımlar atan Rusiyanın daha da aqresivləşməsi qərblə Rusiyanın mübarizəsini siyasi müstəvidə dalana saladı. Nəticədə isə tərəflər bu mübarizəni masada yox Ukrayna ərazisində aparmaq qərarına gəlməklə, mürrəkəbi qanla əvəz etdi.

Ümumilkdə mübarizənin tərəflərinə nəzər yetirdikdə isə hər iki tərəfin dünya iqtisadiyyatında çəkisinin kifayət qədər böyük olduğunun, bununla yanaşı rəqib olmalarına baxmayaraq qloballaşmanın nəticəsi olaraq bir-birlərindən asılı olduğunun şahidi oluruq. Tərəflərə ayrı-ayrlıqda qısa olaraq nəzər yetirdikdə isə hər kəsə məlum olduğu kimi bu gün texnoloji tərəqqinin, yeniliyin əsas aparacı qüvvəsi qərb ölkələridir. Bu texnoloji tərəqqinin, yeniliklərin nəticəsi olaraq, beynəlxalq iqtisadi, siyasi, hərbi və humanitar təşkilatların, dünya ölkələri arasında aparılan iqtisadi əməliyyatların aparıcı qüvvəsi olan, hətta təyyarələrin və gəmilərin hərəkətlərinin qeydiyyatını aparan qabaqcıl şirkətlər qərbdə yerləşir. Rusiya isə əhalisinin və ərazinin böyüklüyünün verdiyi üstünlük səbəbindən hər kəsin maraqla qarşıladığı böyük bazarla olmaqla yanaşı, xammal ehtiyatları ilə də kifayət qədər zəngindir.

Bütün bunları nəzərə aldıqda, artıq bizə aydındır ki, Ukrayna Rusiya müharibəsi yalnız tərəflərə təsir etməklə kifayətlənməyib, yan təsirlər törətməklə bu ölkələrlə ticarət dövriyyəsinin həcmi böyük və ya qonşu olan ölkələrə də sirayət edəckdir.

Nəzərə alsaq ki, sadəcə pandemiyanın Rusiya əhalisinin cibinə olan təsirlərinin azaldılması məqsədi ilə iri taxıl istehsalçılarından olan Rusiyanın yaxın zamanda ölkədən ixrac edilən taxıla tətbiq etdiyi məhdudiyyətlər təbii olaraq Türkiyə də daxil olmaqla bir sıra ölkərlərdə çətinliklərin yaşanmasına, əlavə xərcin yaranmasına səbəb olmuşdur.

Azərbaycanın da Rusiya ilə qonşu olduğunu, ticarət dövriyyəsinin həcmində Rusiyanın xüsusi yer tutduğunu, pul axını həyata keçirilən əsas ölkələrdən biri olduğunu, böyük insan kütləsinin Rusiyada çalışdığını nəzərə alaraq Ukrayna Rusiya müharibəsinin uzun müddət dəvam edəcəyi təqdirdə ölkə iqtisadiyyatına, o cümlədən mikro, kiçik və orta sahibkarlıq (KOB) subyektlərinə təsirsiz ötüşməyəcəyi qənaətinə gəlmək olar.  

Sizi yormadan, rəqəmlərə toxunmadan məsələni sadə və anlaşılan dillə izah etsək qərbin  Rusiyaya tətbiq etdiyi saksiyalar nəticəsində rubl xarici valyuta qarşısında kəskin dəyər itirmişdir. Bunun nəticəsi olaraq rusiya vətəndaşlarının da gəlirlərləri azalmış, alıcılıq qabiliyyəti aşağı düşmüşdür. Məlum olduğu kimi Azərbaycandan Rusiyaya kifayət qədər böyük həcmdə kənd təsərrüfatı məhsulları ixrac edilməkdədir. Rublun dəyər itirməsi ilkin dövrdə Rusiya əhalisinin alıcılıq qabiliyyətinin aşağı düşməsi və Rusiyanın öz məhsullarını ixrac edə bilməməsi səbəbi ilə Azərbacaycandan Rusiyaya ixracın həcminin azalmasına səbəb ola bilər. Satışların zəifləməsi səbəbi ilə gəlirləri azalan KOB subyektləri, əlavə olaraq gəlirlərini rubuldan milli valyutaya çevirdikdə əvvəlki dövrə nisbətdə daha az gəlir əldə edəcəkdir. Bununla yanaşı, Rusiyanın xarici pul əməliyyatlarına tətbiq edilən məhdudiyyətlər səbəbi ilə KOB subyektlərinin Rusiya və Azərbaycan arasında pul köçürmələrində də maneələrin yaşanmasını, qara bazarda isə canlanmanın artmasını ehtimal etmək olar.

Yaşaması ehtimla olunan çətinliklər səbəbi ilə zəncir vari olaraq ixracatçıların gəlirlərinin azalması onlarla qarşılıqlı ticarət fəaliyyətini həyata keçirən digər yerli KOB subyektlərinin də (işçi qüvvəsi, qablaşdırma, logistika və digər sahələrdə fəaliyyət göstərən) müəyyən qədər gəlirlərinin azalması, fəaliyyətlərinin  zəifləməsi ilə nəticələnə bilər.

Məsələyə başqa aspektdən baxdıqda KOB subyektləri üçün ucuz işçi qüvvəsinin yaranma ehtimalı ortaya çıxır. Buna səbəb isə yuxarıda sadalanan ehtimallar, o cümlədən Rusiyada xarici şirkətlərin fəaliyyətini dayandırması nəticəsində xeyli insan, o cümlədən azərbaycanlılar işsiz qala bilər. Gələcəkdə gəlirləri azalan insanlar Rusiyada fəaliyyətlərinin səmərəsiz olduğuna inanar, belə olan halda isə kütləvi şəkildə ölkəyə geri dönmə halları yaşana bilər. Nəricədə ölkdə əmək bazarında təklif artdıqda əmək haqlarında azalmalar, işsiz insanların və kriminagen hadisələrin sayında artımlar müşahidə oluna bilər. Belə olan halda ucuz işçi qüvvəsini işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidən qurma işlərinə cəlb etməklə balanslaşdırmaq olar.

Həmçinin, ilkin dövr üçün ixracın azlanması səbəbi ilə yerli bazarda bir sıra məhsulların qiymətində azalmalar da ola bilər.

Ukrayna Rusiya müharibəsinin yaşada biləcəyi fəsadlarla yanaşı yeni imkanlar da ortaya çıxacadır. Belə ki, əsas istehsalçı ölkələrdən olan Çindən Avropaya qədər uzanan Şərq Qərb Nəqliyyat Dəhlizinin Rusiyadan keçən hissəsinin fəaliyyətinin dayanması tranzit yükdaşımaların Azərbaycan vasitəsi ilə həyata keçirilməsinə səbəb ola bilər. O cümlədən, Rusiya üçün Avropa hava məkanı bağlandığından Rusiya investorları (bərpa olunmadığı halda) Avropaya ən yaxın məkanda yerləşən və qonşusu olan Cənubi Qafqaz ölkələri vasitəsi ilə Avropaya çıxmağa çalışa bilər. Bu ehtimalı nəzərə alaraq, yerli kargo və logistika şirkətlərinin indidən hazırlıq görməsi məqsədəuyğun olar. 

Tətbiq edilən sanksiyalar nəticəsində qərbə çıxışı çətinləşən Rusiya investorları diqqətlərini Cənubi Qafqaz, Orta Asiya ölkələrinə yönəldə bilər. İnvestisiya qoyuluşu ilə yanaşı, qərbdə müəyyən çətinliklərlə qarşılaşmamaq üçün Rusiya investorları şirkətlərini post sovet ölkələrində təsis edə bilərlər.

Müharibənin səngiməsi və ya sonlanması halında isə Rusiyada qərb şirkətlərinin fəaliyyətini dayandırması, baş vermiş çalxalanmaların nəticəsində Rusiya bazarda boşluq yaranacdır. Bu boşluğu isə yerli sahibkarlar fürsətə çevirib yeni imkanlar əldə edə bilər.

Rusiya ilə yanaş Ukraynda da imakanlar yaranacadır. Ttiktinti və tikinti məhsulları istehsalçısı olan yerli şirkətlər ilk növbədə Qarabağın bərpa olunmasında iştirak etməklə, Ukraynda həyata keçiriləcək yenidən qurma və abadlaşma işlərində iştirak edə bilərlər.

Müəllif: Rauf Tağıyev

Rauf Tağıyev Ukrayna Rusiya müharibə Azərbaycan
07.03.2022 07:17

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ