Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Taleh Kazımov önəmli nailiyyətlərini elan etdi - “Müstəqillik dövründə bir ilkdir”

"Artıq müstəqilliyimiz dövründə ilk dəfə uçot dərəcəsinin banklararası faizlərə təsirini müşahidə edirik. Əsas hədəfimiz budur ki, Mərkəzi Bankın uçot dərəcəsilə qısamüddətli faizlərə təsir edərək inflyasiyaya təsir etmək imkanımız olsun".
iç səhifə xəbər başlığı altı (mobil)_31
Taleh Kazımov önəmli nailiyyətlərini elan etdi - “Müstəqillik dövründə bir ilkdir”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Faiz dəhlizinin aşağı həddinin 6,25%-dən 4%-ə endirilməsilə sentyabr ayının əvvəlindən tətbiqinə başlanmış monetar siyasətin yeni əməliyyat çərçivəsi banklararası pul bazarına təsir edir. Artıq müstəqilliyimiz dövründə ilk dəfə uçot dərəcəsinin banklararası faizlərə təsirini müşahidə edirik. Cəsarətlə deyə bilərəm ki, bu, çox önəmli bir nailiyyətdir”.

Reklam_3_11

Marja.az xəbər verir ki, bunu faiz dəhlizinin parametrlərinə dair mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.

Taleh Kazımov 13 aprel 2022-ci il tarixindən Mərkəzi Bankın sədridir.

Kazımov, “Biz son iki ayda monetar siyasətimizin yeni əməliyyat çərçivəsinin bazara təsirini müşahidə edirik” deyərək çıxışına belə davam edib:

“Bilirsiniz ki, təyinatımdan sonra keçirilmiş ilk iclada faiz dəhlizinin parametrləri dəyişilməz saxlanılmışdır. Mənim tərəfindən vurğulanmışdı ki, bunun əsas səbəbi uçot dərəcəmizin dəyişdirilməsinin bazara transmissiyasının (ötürülməsinin - red) həddindən artıq zəif olmasıdır, demək olar ki, yox idi. Artıq sentyabrın 1-də təqdim olunmuş yeni əməliyyat çərçivəsinin təsirlərini nəzərə alaraq İdarə Heyətinin bu gün keçirilmiş iclasında faizlərin artırılmasına qərar verilmişdir”.

Qeyd edək ki, 28 oktyabr 2022-ci il tarixində Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 8%-ə, faiz dəhlizinin aşağı həddi isə 1.00 faiz bəndi artırılaraq 5%-ə qaldırılmış, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılmışdır.

ƏSAS HƏDƏF QISAMÜDDƏTLİ FAİZLƏRƏ TƏSİR ETMƏKLƏ İNFLYASİYAYA TƏSİR ETMƏKDİR

Mərkəzi Bankın sədri vuğulayıb ki, izafi likvidliyin olduğu bir şəraitdə, faiz dəhlizinin aşağı həddinin banklararası pul bazarına təsir etdiyi müşahidə edilir:

“Çox güman ki, növbəti aylarda faiz dəhlizinin yuaxarı hədinin də işləməyə başlayacağını düşünürük. Hazırki izafi likvidliyi nəzərə alsaq, ehtimal olunur ki, banklararası faizlər faiz dəhlizinin aşağı həddi (hazırda 5% - red) və uçot dərəcəsi (hazırda 8% - red) çərçivəsində formalaşacaq. Faiz dəhlizinin aşağı həddinin banklararası pul bazarına təsir etdiyini görürük. Cəsarətlə deyə bilərəm ki, bu, çox önəmli bir nailiyyətdir. Fürsətdən istifadə edib, buradan da komandamıza da təşəkkür etmək istəyirəm. Artıq müstəqilliyimiz dövründə ilk dəfə uçot dərəcəsinin banklararası faizlərə təsirini müşahidə edirik. Əsas hədəfimiz budur ki, Mərkəzi Bankın uçot dərəcəsilə qısamüddətli faizlərə təsir edərək inflyasiyaya təsir etmək imkanımız olsun. Mən başda olmaqla bütün komanda əməliyyat çərçivəmizin daha da təkmilləşdirilməsi üzərində çalışır”.

Taleh Kazımov bildirib ki, avqustda verilmiş qərara əsasən sentyabr ayından tətbiq edilən əməliyyat çərçivəsindəki alətlərindən biri də sterilizasiya yönümlü əməliyyatların keçirilməsidir:

“Bu 1,3,6, 9 aylıq notların buraxılmasıdır. Sevinclə qeyd edə bilərəm ki, artıq Manatın qısamüddətli gəlir əyrililiyi formalaşıb. Biz bu gün müşahidə edirik ki, Mərkəzi Bankın faiz dəhlizinin aşağı həddi banklararası bazara təsirini göstərir”.

“BUNLAR BANK SEKTORU TARİXİNDƏ REKORDLARDIR”

Taleh Kazımov əqdlər üzrə rəqəmləri də açıqlayıb:

“Sentyabr ayı ərzində banklar tərəfindən 787 milyon manat həcmində əqdlər bağlanıb. Artıq Oktyabr ayında (27 oktyabradək) 1 milyard 426 milyon manat həcmində banklararası əqdlər bağlanıb. Bunlar bank sektoru tarixində rekordlardır. Əqdlər 1-3 günlük aralığında formalaşıb. Biz banklararası bazarın çalışması üçün aktiv işləyəyəcəyik”.

FAİZİN DAHA DA ARTIRILACAĞI SİQNALI

Mərkəzi Bankın sədri əlavə edib ki, qlobal mühitdə qeyri-müəyyənliklərin davam etməsi, geo-siyasi gərginliklər, ərzaq və enerji qiymətlərinin yüksəlməsi, qlobal mərkəzi bankların monetar siyasəti sərtləşdirmələri, təchizat zəncirlərindəki çətinliklər qlobal iqtisadi artıma mənfi təsir edir. Növbəti ildə dünya iqtisadiyyatında tənəzzül olması ehtimalı artır. İqtisadi artımın zəifləməsi nəzərə alınaraq 2023-cü ildə inflyasiyanın sürətinin azalacağı gözlənilir:

“Azərbaycan Mərkəzi Bankın əsas mandatı qiymətlərin sabitliyinə nail olmaqdır. Qlobal və Azərbaycan iqtisadiyyatındakı proseslərə, həmçinin bizim monetar siyasətimizin yeni çərçivəsinin nəticələrinə əsasən, öz növbəti qərarlarımızı çox guman ki, faiz dəhlizinin aşağı kolidorunun daralması istiqamətində nəzərdən keçirəcəyik. Yeni əməliyyat çərçivəsinin uğurlarını nəzərə alaraq faiz dəhlizinin aşağı hissəsini daraldacağıq. Bizim faiz dəhlizimizn aşağı həddinin bazara təsirini müşahidə edirik. Bu bizə imkan verir ki, monetar siyasətimizi sərtləşdirmək istiqamətində qərarlarımızı verək”.

Taleh Kazımov jurnalistlərdən birinin sualına cavabında deyib: "Hazırkı vəziyyətdə əsas məqsədimiz inflyasiyanın artmasının qarşısını almaq, sonra hədəfə (4±2%) endirməkdir. Mərkəzi Bankın əsas alətlərindən biri uçot dərəcəsidir. Biz uçot dərəcəsinin bazar faizlərinə təsirinə nail olmaq istəyirik. Biz iki ay ərzində yeni çərçivəni həyata keçirtməklə uçot dərəcəmizin banklararası bazara təsirini görürük. Əsas istəyimiz odur ki, uçot dərəcimiz banklararası bazara təsir etsin ki, burada da faiz dərəcələri dəyişərək inflyasiyaya təsir etsin. İndi məqsəd inflyasiyanın artmasının qarşısını almaqdır. Gələcəkdə ola bilsin ki, inflyasiya çox azalsa, hətta hədəfimizdən də aşağı düşsə biz artıq uçot dərəcəmizi aşağı salıb krediləşməni aktivləşdirərək iqtisadiyyatın canlanmasına təkan verə bilərik”.  

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, cari ilin sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 3,1 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 15,6 faiz yüksəlib. 

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı 01 Sentyabr 2022-ci il tarixində monetar siyasətinin yeni çərçivəsinin tətbiqinə başlayıb.

Mərkəzi Bankın İdarə Heyətinin növbəti iclası 16 Dekabr 2022-ci il tarixində nəzərdə tutulur. 

FAİZ DƏHLİZİ NƏDİR?

Məlumat üçün bildirək ki, pul siyasətinin əməliyyat çərçivəsinin mühüm elementlərindən biri faiz dəhlizidir. Faiz dəhlizi banklararası bazardakı qısamüddətli faizlərin dəhliz daxilində hərəkətini təmin etmək məqsədi daşıyır. Faiz dəhlizi eyni zamanda Mərkəzi Bankın likvidlik əməliyyatları üzrə faizlərinin iyerarxiyasını müəyyən edir.

Mərkəzi Bankın faiz dəhlizi üç parametr olan uçot dərəcəsi, yuxarı hədd və aşağı həddən ibarətdir. Faiz dəhlizinin aşağı həddi sterilizasiya yönümlü daimi imkanlar alətlərindən olan 1 günlük depozit əməliyyatının faizidir. Faiz dəhlizinin yuxarı həddi isə 1 günlük likvidliyin verilməsi üzrə daimi imkanlar alətlərindən olan əks-REPO əməliyyatının faizidir. Uçot faiz dərəcəsi faiz dəhlizinin mərkəzi parametridir. Bu faiz dərəcəsini elan etməklə Mərkəzi Bank banklararası bazarda qısamüddətli faizləri bu parametrə yaxınlaşdırmağa çalışır.

Dəhlizin aşağı həddi ilə uçot dərəcəsi arasında formalaşan faizlərlə sterilizasiya yönümlü qısamüddətli açıq bazar əməliyyatları həyata keçirilir. Uçot dərəcəsi ilə dəhlizin yuxarı həddi arasında formalaşan faizlərlə likvidliyin verilməsi yönümlü qısamüddətli açıq bazar əməliyyatları həyata keçirilir.

Mərkəzi Bank sərəncamındakı alətlərlə banklararası pul bazarında faizlərin dəhliz daxilində formalaşmasına çalışır. Bu proses pul siyasəti qərarlarının transmissiyasının birinci həlqəsini təşkil edir. Banklararası bazarda qısamüddətli faizlər dəyişəndə digər faizlər, o cümlədən depozit və kredit faizləri də dəyişir. Bu proses pul siyasəti qərarlarının transmissiyasının ikinci həlqəsini təşkil edir.

uçot-dərəcəsi Taleh Kazımov mərkəzi-bank faiz-dəhlizi
28.10.2022 14:17

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ