Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın ən böyük fondunda 8,7 milyard manatdan çox zərər

Avronun ucuzlaşamsı Dövlət Neft Fondununu daha çox zərərə salıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın ən böyük fondunda 8,7 milyard manatdan çox zərər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dövlət Neft Fondu tərəfindən təqdim edilmiş 9 aylıq icra göstəricilərinə əsasən aktivlərin idarəedilməsindən 2 milyard 659,5 milyon ABŞ dolları (4 milyard 521 milyon manat) və ya mənfi 5,7% həcmində zərər edilmiş, büdcədənkənar xərcləri isə 2 milyard 461,8 milyon ABŞ dolları təşkil etmişdir ki, nəticədə Fondun vəsaitlərinin idarəedilməsindən məzənnə fərqi nəzərə alınmaqla xalis reallaşdırılmamış zərəri ümumilikdə 5 milyar 121,3 milyon ABŞ dolları (8 milyard 706,2 milyon manat) təşkil etmişdir.

Marja.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsinin layihəsinə Rəyində bildirilir.

Dövlət Neft Fondu  2021-ci il yekunlarına görə investisiya portfelinin idarəedilməsindən 4,49% gəlir götürmüşdü. 

Rəydə qeyd edilib ki, 2023-cü ildə Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə ediləcək gəlirlərin 935,8 milyon ABŞ dolları və ya 1 milyard 590,9 milyon manat olması proqnozlaşdırılır ki, bu da manat ifadəsilə 2021- ci ilin müvafiq icra göstəricisindən 1 milyard 696,5 milyon manat və ya 51,6% azdır.

“2022-ci ildə Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər ilkin olaraq 1,7% və ya 1 milyard 216,8 mln. manat proqnozlaşdırılmış, lakin sonradan bazarda baş verən proseslər və bundan irəli gələn qeyri-müəyyənliklər nəzərə alınaraq dürüstləşmiş büdcədə gözlənilən gəlirlilik 0% olaraq müəyyənləşdirilmiş, 9 aylıq icra göstəricilərinə əsasən vəsaitlərin idarə olunmasından 4 milyard 521 milyon manat məbləğində və ya 5,66% həcmində zərər yaranması bildirilmişdir”,- Rəydə deyilir.

Fondun hesabat tarixinə büdcədənkənar xərcləri 2 milyard 461,8 miylon ABŞ dolları, o cümlədən qızıl üzrə 447,8 miylon ABŞ dolları, valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq üzrə isə 2 milyard 14  milyon ABŞ dolları təşkil etmişdir. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq üzrə mənfi gəlirlilikdə əsas pay avro (1 milyard 242,5 milyon ABŞ dolları), funt - sterlinq (418,7 milyon ABŞ dolları) və yapon yeni (118,7 milyon ABŞ dolları) portfelləri üzrə olmuşdur.

Rəydə qeyd edilib ki, cari ildə qlobal iqtisadiyyatlarda müşahidə olunan yüksək inflyasiya, geosiyasi gərginliyin dərinləşməsi fonunda maliyyə bazarlarının tənəzzül gözləntilərinin artması, bir sıra qabaqcıl iqtisadiyyatların mərkəzi banklarının sərt monetar siyasəti, inflyasiya göstəriciləri üzrə istənilən nəticənin əldə edilməməsi həm səhm, həm də istiqraz indekslərində geriləmələrə səbəb olmuşdur ki, bu da öz növbəsində Fondun investisiya portfelində mənfi meyillər formalaşdırmışdır

“Aparıcı mərkəzi bankların hesabatlarında sərt monetar siyasətlərin ən azı cari ilin sonunadək davam etməsi bildirilir ki, bu da öz növbəsində gəlirlilik dərəcələrinin də növbəti dövrlərdə daha da artması və istiqrazların dəyərinin düşməsi ehtimalını yaradır. Eyni zamanda, davamlı sərt monetar siyasət iqtisadi zəifləməyə təkan verməklə maliyyə bazarlarında qeyri müəyyənlikləri artırır və aşağı kredit riski ilə səciyyələnən dövlət istiqrazlarına (yüksək dürasiyalı) tələbatı artırır. Belə ki, 2023-cü il ərzində sabit gəlirli qiymətli kağızların gəlirliliyinə əsas təsir edəcək amil mərkəzi bankların siyasətinin inflyasiyanın qarşısını alınması ilə yanaşı iqtisadi dayanıqlığın saxlanılmasında nə qədər müvəffəqiyyətli olacağından asılı olduğunu bildiririk.

Makroiqtisadi mühitdə qlobal səhmlərin ilin əvvəlindən başlayaraq neqativ gəlirlilik göstərməsi, eləcə də artan enerji və ərzaq qiymətləri, Avropa Mərkəzi Bankının kəmiyyət yumşalmasını sona çatdırması və faiz dərəcələrini artırma planının yaratdığı böhran riski nəticə etibarı ilə cari ilin sonuncu rübünün itki ilə başa vurulacağını, növbəti dövrlər üçün də artan faiz dərəcələrinin korporativ sektorun gəlirlilik və borclanma üzərində neqativ təzyiqləri artıracağını və beləliklə səhm indekslərində neqativ tendensiyaların davam edəcəyini istisna etmir”,- Rəydə deyilir.

“Tərəfimizdən əvvəlki illərin Rəylərində də bildirildiyi kimi, Fondun investisiya siyasəti müəyyən edilərkən Fondun idarəetmə çevikliyinin artırılması və büdcədənkənar xərclərlə bağlı risklərin minimumlaşdırılması məqsədilə valyuta tərkibi ilə bağlı konkret tələblərə dair məsələlərə sistemli formada yenidən baxılmasının aktuallığını bir daha qeyd edirik”,- Hesablama Palatası bildirib.

2023-cü il üçün Neft Fondunun investisiya portfelində ABŞ dollarında ifadə olunan aktivlərin çəkisinin 65%, Avroda 20%, İngilis funt sterlinqində 5%, digər valyutalarda isə 10% səviyyəsində olması proqnozlaşdırılır. 2022-ci il üzrə Dövlət Neft Fondunun büdcəsində nəzərdə tutulan xərclərin gözlənilən icrasını nəzərə almaqla, habelə 2022-ci ilin sonuna büdcədənkənar gəlir və xərclərin dəyişkənliyini və neftin qiymətinin dəyişməsinin ilin sonuna Fondun aktivlərinə təsirini nəzərə alaraq 2022-ci ilin sonuna Fondun aktivlərinin həcmi 46,8 mld. ABŞ dolları məbləğində götürülmüşdür. 2023-cü il üçün Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsi ilə bağlı gəlirliliyi 2,0% proqnozlaşdırılmışdır ki, bu isə Fondun investisiya portfelinin bütün alt portfellərinin gəlirliliklərinin cəmi kimi müəyyən edilir.

Dövlət Neft Fondu
28.11.2022 18:06

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-2_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ -18_18
InvestAZ