Azərbaycan və İran gömrükləri mühüm məsələlərlə bağlı razılığa gəliblər
İranın Urmiya şəhərində İran və Azərbaycan gömrük xidməti nümayəndələrinin üçüncü müştərək görüşü keçirilib.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, səfərin ilk günü Azərbaycan gömrük xidmətinin nümayəndələri İranın Qərbi Azərbaycan Vilayətinin valisi Qurbanəli Səadət ilə görüşüb.
Vali bütün sahələrdə qarşılıqlı əlaqələrin, o cümlədən gömrük münasibətlərinin arzuolunan səviyyəyə çatdırılmasının hər iki ölkənin və xalqlarımızın maraqlarına xidmət etdiyini önə çəkərək müştərək görüşlərin əhəmiyyətindən danışıb. Azərbaycan nümayəndə heyətinin rəhbəri, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov İranın yaxın vilayətləri ilə Naxçıvan Muxtar Respublikası arasında ildən-ilə inkişaf edən münasibətlərin iki ölkənin qarşılıqlı əlaqələrinə müsbət təsir etdiyini vurğulayıb.
Urmiya şəhərində keçirilən İran-Azərbaycan gömrük xidməti nümayəndələrinin üçüncü müştərək görüşündə İran tərəfdən Qərbi və Şərqi Azərbaycan vilayətləri gömrüklərinin rəisləri, rəis müavinləri, Biləsuvar, Astara, Ərdəbil, Culfa, və Poldəşt gömrük idarələrinin rəisləri, Urmiya Yol İdarəsinin tranzit məsələləri şöbəsinin müdiri və digər məsul şəxslər iştirak ediblər.
Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycan Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini Səməd Qaralov, Astara, Culfa, Şahtaxtı gömrük idarələrinin rəisləri, Biləsuvar Gömrük İdarəsinin rəis müavini, "Naxçıvanterminalkompleks" Birliyinin rəisi və digər məsul əməkdaşlar yer alıblar.
Qərbi Azərbaycan Vilayəti Gömrüyünün rəisi Pərviz Təqəvi gömrük xidməti nümayəndələri arasında keçirilən müştərək görüşlərin qarşılıqlı olaraq gömrük orqanlarının fəaliyyətinin daha da yaxşılaşdırılması, prosedurların sadələşdirilməsi və asanlaşdırılması istiqamətində müzakirələrin aparılması və mövcud çətinliklərin aradan qaldırılması yollarının tapılması baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Asəf Məmmədov iki ölkə arasında ticarətin həcminin artırılması, beynəlxalq statusa malik Şahtaxtı-Poldəşt gömrük-sərhəd keçid məntəqəsinin, o cümlədən digər gömrük orqanlarının fəaliyyətinin arzuolunan səviyyəyə çatdırılması, tranzit imkanların maksimum dəyərləndirilməsi, avtonəqliyyat vasitələrinin keçidi zamanı yaranan problemlərin aradan qaldırılması, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin daha da yüksəldilməsi naminə işlərin intensivləşdirilməsinin vacibliyini qeyd edib.
İranın Şərqi Azərbaycan Vilayəti Gömrüyünün rəisi Ələsgər Abbaszadə iki ölkə arasındakı münasibətlərin gömrük əlaqələrinin də inkişafına müsbət təsir etdiyini, ticarətin və gediş-gəlişin ildən-ilə artdığını vurğulayıb.
Sonra İran gömrüyündə üç ildir tətbiq edilən "bir pəncərə" prinsipi ilə bağlı təqdimat olub. Qeyd olunub ki, bu sistem üzərindən 22 dövlət təşkilatının "on-layn" qaydada birgə fəaliyyəti təmin edilib.
Görüşdə hər iki tərəfdən gömrük idarələri rəislərinin iştirakı ilə qarşılıqlı şəkildə keçidin daha da sadələşdirilməsi və asanlaşdırılması, ticarət əməliyyatlarının və tranzitin artırılması istiqamətində müzakirələr aparılıb.
Tərəflər Şahtaxtı-Poldəşt gömrük-sərhəd keçid məntəqəsinin iş vaxtının 12 saatdan 16 saata çatdırılması, avtonəqliyyat vasitələrinin gömrük sərhədində yubanması hallarının qarşısının alınması, sığorta işinin səmərəli təşkili, gömrük nəzarətinin "bir dayanacaq" prinsipi əsasında həyata keçirilməsi, xüsusən də minik avtonəqliyyat vasitələri üçün gömrük-sərhəd buraxılış məntəqələrində tələb olunan sənəd və ödənişlər barədə əvvəlcədən elektron qaydada məlumat verilməsi imkanlarının dəyərləndirilməsi və bir sıra digər mühüm məsələlərlə bağlı ilkin razılığa gəliblər. Hər iki tərəf gömrük prosedurlarının asanlaşdırlması və sadələşdirilməsi istiqamətində işlərin davam etdiriləcəyini qeyd edib.
Görüşdə İranın Naxçıvandakı baş konsulu Mənsur Ayrom gömrük idarələri arasındakı əlaqələrin koordinasiyası üçün hər iki ölkədə gömrük katibliyinin yaradılmasını, Türkiyə gömrük xidməti nümayəndələrinin də iştirakı ilə üçtərəfli formatda görüşlərin təşkil olunmasını təklif edib.
Gömrük xidməti nümayəndələrinin müştərək görüşlərinin ildə bir dəfə olmaqla davam etdirilməsi qərara alınıb və növbəti görüşün gələn ilin mayında Azərbaycanın Biləsuvar şəhərində keçirilməsi ilə bağlı ilkin razılıq əldə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
3 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
-
3 saat əvvəl
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
4 saat əvvəl
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AccessBank-da kart əməliyyatları bərpa olundu
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
Ən çox oxunanlar
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb
“Ferrum Kapital”ın kredit portfeli 26 faizə yaxın azalıb
Neftin qiyməti ABŞ-İran müharibəsindən bir gün əvvəlki səviyyədən də aşağı həddə enib
SİMA İmza ilə Birbank Biznes-də onlayn rahatlıq!
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
"Əsas məsələ yalnız böyümə deyil. Ən böyük məqsədimiz sığortanın insanların həyatında daha çox yer tutmasıdır"

























